MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... .....                     Səfirliklərin Bakı “döyüşü” .....                     “Onu lüt soyundurdular, ac qoydular və...” .....                     Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz .....                     “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” .....                     Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu .....                     SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… .....                     Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                 

Semyon Baqdasarovun “Rusiya İstanbulu işğal etsin” çağırışına “Müsəlman Qaradaşları”ndan təpki gəldi - TƏFƏRRÜAT
Tarix: 24-03-2023, 07:47 | Çap et
Semyon Baqdasarovun “Rusiya İstanbulu işğal etsin” çağırışına “Müsəlman Qaradaşları”ndan təpki gəldi
İslam Dünyasında xüsusi nüfuzu ilə seçilən “Müsəlman Qardaşları” təşkilatına yaxınlığı şübhə doğurmayan “Middle East Monitor” saytı “This Russian call to occupy Istanbul is an outrageous provocation” (Rusiyanın İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır) adlı məqalə ilə çıxış edib. Həmin məqaləyə keçməmişdən onu qeyd edim ki, “Müsəlman Qardaşları” Türkiyəyə həmişə simpatiya ilə yanaşıb. Bu təşkilat Tayyib Ərdoğana açıq dəstək verib. Türkiyə prezidenti də “Müsəlman Qardaşları”na xoş münasibətini açıq şəkildə ortaya qoyub. “Müsəlman Qardaşları” Türkiyənin İslam Dünyasında öncüllüyünü qəbul edən təşkilatdır...
Londondan yayımlanan saytın sözügedən məqaləsində deyilir ki, Rusiyalı “mütəxəssis” bu yaxınlarda 6 fevral zəlzələsindən sonra Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib. Semyon Baqdasarov ehtiyatda olan erməni əsilli ordu polkovnikidir. O, Federal Məclisin aşağı palatası olan Dumada deputat olub, Moskvada yerləşən Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorudur.
Baqdasarov Rusiya televiziyalarında tez-tez görünməsi və özünə diqqət çəkmək üçün qalmaqallı bəyanatlar verməsi ilə tanınıb. Bir çox televiziya kanalları tamaşaçıları cəlb etmək və reytinqi artırmaq üçün ifrat baxış bucağı olan şərhçiləri önə çıxardırlar. Bağdasarov da belələrindən biridir. Bununla belə, onun Rusiya dövlət televiziyası “Rossiya-1”də ara-sıra çıxışları Rusiyanın siyasi mənzərəsi daxilində daha böyük strategiyanın bir hissəsi ola bilər.
Bu “mütəxəssis” uzun müddət Türkiyə ilə bağlı düşməncəsinə şərhlər səsləndirib. Məsələn, o, “Qərbi Ermənistan” ifadəsi işlətməklə Türkiyənin ərazi bütövlüyünü inkar edir. O, bir neçə dəfə Türkiyə dövlətinə qarşı düşmənçilik ifadə edib və Rusiyanı kürd PKK terror təşkilatı ilə əməkdaşlığa çağırıb. Üstəlik, o, II Qarabağ müharibəsi zamanı PKK terrorçularının Ermənistanın tərəfində döyüşməsini müdafiə edib və onları “Rossiya-1”də yaxşı döyüşçü və sosialist kimi qiymətləndirib. Son aylarda o, hətta PKK-nın Ukraynada Rusiya adından döyüşməsini təklif edib. O, həmçinin Türkiyə hökumətini devirmək və “Konstantinopolu geri almaq” üçün “mexanizmlərin” həyata keçirilməsinin vacibliyini bildirib.
Baqdasarov təklif edib ki, rus siyasətçiləri və ordusu Türkiyənin zəlzələdən sonrakı çətinliklərindən istifadə edib, tarixən Rusiyanın bir hissəsi olan torpaqları “geri alsınlar”. Onun təkliflərindən biri də budur ki, İstanbuldakı Ayasofya məscidinin qübbəsinə ortodoks xristian xaçı vurulsun, orada arami və rus dillərində dualar oxunsun.
Baqdasarovun təxribat xarakterli sözləri marginal görünsə də və rəsmi Rusiya xəttini təmsil etməsə də, sosial şəbəkələrdə hələ də geniş müzakirə olunmaqdadır.
İstanbulun (Konstantinopol) vaxtilə Rusiya imperiyasının tərkibində olması iddiası isə tamamilə yalandır. Uzun tarixi boyunca İstanbul bir gün belə Rusiyanın nəzarəti altında olmayıb. Ancaq bu qondarma mütəxəssis Rusiyanın Bizans İmperiyasının varisi kimi indiki Türkiyənin ərazisinə sahib olmaq haqqını təbliğ edir.
Üstəlik, Türkiyədə baş verən son zəlzələlərdə 50 mindən çox insanın ölüməsi, böyük fəsad və tələfatlardan istifadə etmək təklifi onun qəddar və amansız düşüncəsini ortaya qoyur. Ancaq mənəvi baxımdan bu cür tənəzzülə uğramış insan çətinliklə üzləşmiş bir xalqın fəlakətindən istifadə etməyi düşünə bilər. Yunanıstan kimi Türkiyə ilə uzun müddət mübahisələri olan ölkələr belə barışdırıcı bir tona keçdi və sülh və barışığa yeni bir başlanğıc təklif edərək humanitar diplomatiyaya üstünlük verdi.
Türkiyəni düşmən kimi göstərən ritorika Rusiya üçün onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirə bilər. Qeyd etmək lazımdır ki, Türkiyə Ukraynada davam edən müharibədə vasitəçilik etməyə çalışır. Türkiyə taxıl dəhlizi sazişinin imzalanmasında mühüm rol oynamaqla yanaşı, iki ölkə arasında əsir mübadiləsinə də təşəbbüs göstərib.
Onun Rusiyaya NATO üzvü olan Türkiyəni işğal etməyə çağırışları ehtiyatsızlıqdır və potensial nəticələrin tam dərk etməməsindən irəli gəlir. Belə bir təqdirdə Rusiya ağır və dağıdıcı nəticələrlə üzləşə bilər, çünki NATO-nun 5-ci maddəsi tətbiq olunacaq və bütün NATO üzvlərindən sərt reaksiya tələb olunacaq. Təkcə bu, Moskvanı belə bir addım atmaqdan çəkindirməlidir.
Rusiya ilə Türkiyə arasındakı münasibətlər mürəkkəbdir və Baqdasarov kimi media quldurlarının təsvir etdiyi kimi sadələşdirilə bilməz. İki ölkə arasında münaqişə dövrləri olsa da, dostluq münasibətləri də olub. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə diplomatik əlaqələri davam etdirir. Ölkələr münaqişələri sağlam düşüncə və konsensus yolu ilə həll etməklə onları minimuma endirə bilər. Böhran vaxtlarında hökumətlər vəziyyətin gərginləşməsinin və daha əhəmiyyətli zərərin yaranmasının qarşısını almaq üçün bərabər səviyyədə olmalıdırlar. Bu prinsip, xüsusən də son illərdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə mərkəzi yer tutur.
Rusiya beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmuş vəziyyətdə olduğuna görə Kreml rasional hərəkət etməli və Ankara ilə münasibətlərinə daha çox xələl gətirə biləcək hər hansı təxribatdan çəkinməlidir. Moskva Ukraynada davam edən müharibə vasitəsilə sərhədləri yenidən cızmaq cəhdinin ağır bədəlini artıq ödəyir. Vəziyyət Rusiyanın Türkiyə ilə münasibətlərinə xələl gətirən, nifaqı alovlandırmaq xətti tutan agent təxribatçıların nəzarətindən kənarda olmalıdır. İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır və pislənməlidir.

Elbəyi Həsənli - DİA.AZ

MƏQALƏ BURADA: This Russian call to occupy Istanbul is an outrageous provocation










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28
Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22
“Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20
Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11
“Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08
Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03
SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Dünən, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Dünən, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Dünən, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Dünən, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Dünən, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Dünən, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Dünən, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Dünən, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Dünən, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Dünən, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Dünən, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Dünən, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Dünən, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Dünən, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Dünən, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Dünən, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Dünən, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
26-07-2025, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
26-07-2025, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
26-07-2025, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
26-07-2025, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26-07-2025, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
26-07-2025, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
26-07-2025, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
26-07-2025, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
26-07-2025, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
26-07-2025, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru