"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                     Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi .....                     Rusiya Ermənistana ordu yığır: .....                 

Fəlakət üzərindən siyasət: zəlzələnin “altında” kim qalacaq? - GƏLİŞMƏ
Tarix: 10-02-2023, 15:34 | Çap et
Fəlakət üzərindən siyasət: zəlzələnin “altında” kim qalacaq?
Türkiyənin cənub-şərq hissəsində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fəlakət ölkənin siyasi gündəminə də təsirsiz ötüşməyib. Zəlzələdən əvvəl həyata keçirilməyən önləyici tədbirlər və fəlakətin nəticəsinin aradan qaldırılmasındakı problemlərə görə müxalif qüvvələr Prezident Rəcəb Tayyib Ərdoğanın iqtidarını tənqid etməyə başlayıb.

Məlumdur ki, bu il mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Fəlakət günlərində seçkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Prosesin təxirə salınacağı ehtimalı var. Çünki zəlzələnin baş verdiyi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu səbəbdən həmin bölgələrdə seçimlərin baş tutması texniki cəhətdən mümkün görünmür. Bütün hallarda isə seçkilərin bu il ərzində baş tutacağı və zəlzələnin bu prosesə təsirsiz ötüşməyəcəyi güman edilir.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı AYNA-nın suallarını siyasi şərhçi Asif Nərimanlı cavablandırıb:

- Türkiyədə zəlzələ fəlakəti ölkədəki ictimai-siyasi vəziyyətə necə təsir göstərəcək?

- Bu zəlzələnin Türkiyədə ictimai və siyasi müstəvidə qarşıdurmanı şiddətləndirəcəyi bəllidir. Zəlzələyə və fəsadlarına yanaşmada təbii fəlakət olması ilə günahkarın hakim partiyası olması fikri arasında mübahisələr qızışacaq. Hələ proses yenidir, bəllidir ki, dağıntılar altından çıxarılanlar artdıqca, məsələ daha kəskin müzakirə mərhələsinə keçəcək. Hərçənd, böyük bədbəxtliklər insanların həmrəliyinin güclənməsi ilə nəticələnir. Burada əsas məsələ həmrəliyin hakim partiyanın lehinə, yoxsa əleyhinə olacağıdır ki, bunu da hökumətin atacağı addımlar müəyyənləşdirəcək.

- Hələlik seçkilərlə bağlı hansısa rəsmi məlumat olmasa da, bildirilir ki, ertələnəcək. Ümumiyyətlə, zəlzələ seçki prosesinə hansı təsirləri göstərəcək?

- Seçkilərin təxirə salınıb-salınmaması hələ sual altındadır. Seçkilərin vaxtı may ayına çəkilmişdi və bunun səbəblərindən biri də zamanın hakim partiyanın əleyhinə olması idi. Çünki inflyasiya, digər iqtisadi çətinliklər seçkinin nəticələrinə də təsir edir. Zəlzələ isə vəziyyəti tamamilə dəyişdirdi və hakimiyyət ittiham altına düşdü. Mövcud mənzərə fonunda üç ay sonra seçkiyə getmək məğlubiyyət ehtimalını artırır, amma üç ay müddətində AKP seçki kampaniyasını zəlzələ bölgəsində görülən işlərlə apara və vəziyyəti dəyişdirə də bilər. Önümüzdəki iki ay ərzində bu məsələyə aydınlıq gələcək. Ərdoğan vəziyyəti xeyrinə də dəyişdirə bilər.

- Belə fikirlər var ki, hazırkı iqtidar 1999-cu il zəlzələsinin fəsadlarını tənqid edərək hakimiyyətə gəlmişdi. Budəfəki fəlakət Ərdoğanı iqtidardan sala bilərmi?

- Hazırkı vəziyyət 1999-cu ildə baş verən zəlzələdən sonrakı mənzərəni xatırladır. AKP də həmin zəlzələdə hakimiyyətin səhvləri üzərindən çıxış edərək, səs qazana və iqtidara gələ bildi. İndi də eyni gözləntilər var. Lakin Ərdoğanın 1999-cu il zəlzələsindən təcrübəli olduğunu və vəziyyətin bu istiqamətdə inkişafına imkan verməyəcəyini düşünürəm. 1999-cu il zəlzələsində müxalifət qüvvələri əhali ilə birbaşa təmaslar quraraq səs qazanmışdı, indi müxalifətin zəlzələ bölgəsindəki kampaniyasının məhdudlaşdırılacağı aydın görünür. Fövqəladə vəziyyətin elanı da hakim partiya üçün belə bir imkanı yaradır.

- Bəzi proqnozlara görə, AKP zəlzələnin nəticələrinin aradan qaldırılmasında uğur göstərərək növbəti dönəm üçün səslərin böyük əksəriyyətini qazanacaq. Bu fikirlə razısınızmı?

- Əslində AKP-nin dilemma qarşısında qaldığını deyə bilərik. Seçkinin vaxtının uzadılması da risklidir, təyin olunan vaxtda keçirilməsi də. Böyük ehtimalla, hakim partiya düşərgəsində seçkilərin vaxtı ilə bağlı nə etmək lazım olduğunu bilmirlər. Hərçənd, ən unikal variant seçkinin vaxtının dəyişdirilməməsi və önümüzdəki aylarda zəlzələ bölgəsində nəzərəçarpacaq işlərin həyata keçirilməsi kimi görünür. Hakim partiyanın real işlər görərək qazanmaq şansı itirilmiş deyil. O baxımdan, yaranmış böhranı seçkidə xeyirlərinə çevirəcəkləri gözləntisi daha çoxdur.

- Müxalifət qüvvələrinin zəlzələdən istifadə edərək siyasət aparması bəzən ikrah doğurur. Tənqidlər səslənir ki, faciə üzərindən mənafe düşünənləri Türkiyə cəmiyyəti qəbul etməyəcək və s.

- Zəlzələnin yaratdığı dağıntılar müxalifət üçün “göydəndüşmə fürsət” kimi görünür, amma bu, əks-effekt də verə bilər. Çünki bu, təbii fəlakətdir və müxalifətin zəlzələ üzərindən siyasət aparması “ölümdən qazanc əldə etmək” kimi qarşılana bilər. CHP lideri Kamal Kılıçdaroğlunun zəlzələ bölgəsindən yayımladığı videomüraciətdə bu, açıq görünürdü. Hakim partiya da bu tezis üzərində təbliğatını gücləndirəcək və ictimai rəyə təsir etməyə çalışacaq. Digər tərəfdən, zəlzələ hakim AKP üçün risklər yaratsa da, müxalifət düşərgəsindəki fikir ayrılıqları iqtidarın əlini gücləndirən məqamdır.

Müxalifətin “Altılı masa”sında namizəd hələ də müəyyən edilməyib, hətta Ərdoğanın tənqidçiləri də buna görə müxalifəti ittiham edir. Kılıçdaroğlunun namizəd olmaq istəyi aydındır, hərçənd, Akşenerin razı olmadığı haqda məlumatlar var. Eləcə də Türkiyə seçiciləri CHP liderini “xilaskar” kimi görmürlər. Bununla yanaşı, fövqəladə vəziyyətin elan edilməsi müxalifətin zəlzələ bölgəsində kampaniya aparmasını məhdudlaşdırır, əvəzində hakim partiyanın bərpa işləri üzərindən reytinq əldə etməsi imkanını artırır. Fikrimcə, müxalifət üçün də hər şey ürəkaçan deyil.

Həlledici məqamlardan biri də zəlzələdə dağılan evlərin hansı dövrdə tikilməsi məsələsidir. Əgər dağılan binalar arasında çoxluq AKP-dən öncə inşa edilənlər olsa, hakim partiya bundan maksimum istifadə edəcək. Əks təqdirdə, müxalifətin arqumenti güclənəcək, lakin bu halda hakim partiya zəlzələnin gücünü əsas gətirən təbliğatı gücləndirəcək.

- Ümumiyyətlə, Türkiyə ictimai-siyasi mühitinin bundan sonrakı mərhələsi necə görünür?

- Fikrimcə, bu zəlzələ Türkiyədə arada qalan seçici sayını artıra bilər. Çünki hakim partiyanı seçmək istəməyənlərin müxalifətə də ümidi azdır. Buna səbəb “Altılı masa”nın fikir ayrılığı, HDP ilə münasibətləri və s. məsələlərdir. Seçkininin nəticəsini də məhz neytral qalanlar həll edəcək. O baxımdan, AKP-nin önümüzdəki dövrdə göstərəcəyi performans nəticəyə təsir edəcək amildir. Ümumilikdə Türkiyəni ictimai-siyasi mühitinin gərgin mərhələyə qədəm qoyduğu şübhəsizdir, lakin bu, zəlzələ baş verməmişdən də belə idi, təbli fəlakət və fəsadları bu gərginliyi ikiqat artıracaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Dünən, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru