Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                     Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb .....                     Yenə də `Azəriqaz`... yenə də... .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür .....                     Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı .....                     General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” .....                     Məşğulluq Agentliyi anbar icarəyə götürür .....                     100 min evə “kupça” veriləcək: .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb .....                     "336 manat 58 qəpik təqaüd alıram" .....                     Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi .....                     Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı .....                     Trampın “artsax” problemi .....                     Yevlaxda açıq havada film nümayiş etdirilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... .....                     "Qışda qaz, yayda isə su kəsilir" .....                     "Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu .....                     İran bu pakistanlıları Azərbaycana yerləşdirib .....                     Bakıya görə Qusman getdi, növbə onundur... .....                     “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır .....                     8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər .....                     FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb .....                     Paşinyanın Rusiya səfərinin əsas məqsədi: .....                     Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı .....                     Ailələr ANLAŞMALI DAĞILIR... .....                     Mülayim şərq küləyi əsəcək .....                 

Ərdoğana qarşı əzik “6-lıq” - İNCƏLƏMƏ...
Tarix: 7-01-2023, 10:35 | Çap et
Ərdoğana qarşı əzik “6-lıq”
Qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri artıq indidən böyük müzakirə
predmetinə çevrilib. Son on il ərzində dünya siyasətində mühüm fiqurlardan birinə,
regionda isə əsas söz sahibinə çevrilən Türkiyə dövləti, dostlu-düşmənli hər kəsin
diqqətindədir. Sevənləri və sevməyənləri ilə birlikdə.
Hazırkı Prezident, 2003-cü ildən iqtidarda olan Rəcəb Tayyib Ərdoğan
əleyhdarları var gücləri ilə onu çıxdaş etmək üçün ağıl və məntiq çərçivəsindən
tutmuş ta ağlagəlməz hər şeyə qədər bütün yolları “dənəsələr” də, sonda görünən
odur ki, hakimiyyət sükanını R.T.Ərdoğan idarə edir. Türkiyə cəmiyyətində də
hazırkı iqtidara qarşı kəskin əks münasibətin olmaması, üstəlik, xarizma olaraq
Ərdoğanın Türkiyənin çağdaş tarixində mühüm siyasi qüvvə kimi özünə möhkəm
yer etməsi, Türkiyəni daha müstəqil siyasət aparan və sözü eşidilən dünya
güclərinin siyahısına çıxara bilməsi ona olan ictimai dəstəyi də gücləndirib.
Türkiyədəki müxalifət qüvvələri isə, bu vaxta qədər bütün seçkilərdə hələ ki,
İstanbul və Ankara Bələdiyyə sədrliyini qazanmaqdan başqa heç bir uğura imza ata
bilməyiblər. Həm ana müxalifət adlandırılan Cümhuriyyət Xalq Partiyası, həm də
digər siyasi qruplaşmalar son 10 il ərzində keçirilən heç bir seçkidə mütləq
qələbəyə sevinməyiblər. Xüsusilə, milliyyətçi siyasi düşərgənin əsas yuvası sayılan
MHP-nin hazırkı prezident Ərdoğanı dəstəkləməsi həm parlamentdəki yerlərin,
həm də ictimai rəyin AKP iqtidarının xeyrinə dəyişməsinə səbəb olub. MHP-nin
Ərdoğan iqtidarını dəstəkləməsi, həm də birbaşa müxalifətin səslərinin
parçalanmasına və təsir dairəsinin daralmasına gətirib çıxarıb. CHP lideri Kamal
Kılıcdaroğlunun hər seçkidə lider olaraq önə keçmək əvəzinə, özünə olan
inamsızlıqdan və seçkinin nəticələrindən qorxub arxa planda dayanması, son
prezident seçkilərində namizədliyini irəli sürməməsi müxalifətə olan ictimai
dəstəyi və siyasi inamı da yerlə bir edib.
Bu adamın liderlik qabiliyyətinin olmaması, seçkilərdə məsuliyyəti öz üzərinə
götürməməsi, Ərdoğana qarşı tribunalardan boş hay-küy salmaqdan başqa heç
nəyə yaramaması CHP-nin hazırkı iqtidara qarşı güc göstərməsini də acı xəyala
çevirir. Günü bu gün Türkiyə ictimai rəyində əsas fikir ondan ibarətdir ki, hazırkı
müxalifət cəbhəsində Ərdoğana qarşı meydana çıxa biləcək xarizmatik lider
yoxdur. Bu məsələdə ictimai rəy tam haqlıdır. Çünki hazırda anti-Ərdoğan
cəbhəsində altı siyasi partiyanın birləşdiyi “6-lı masa” adlanan ittifaq, onların
liderləri türklərin təbirincə desək, “rəisə” qarşı siyasi mübarizə aparmaq gücündə
deyillər. “6-lı masa”da yer alan siyasi qüvvələrin öz aralarında da fikir müxtəlifliyi
var.
Əvvəla ondan başlayaq ki, altı siyasi partiyadan ikisinin rəhbəri Ərdoğanın keçmiş
nazirləridir. Əhməd Davudoğlu və Əli Babacan Ərdoğan hökumətində önəmli
siyasi karyera sahibi olublar, sonradan AKP iqtidarını tərk edərək ona qarşı
müxalifət mövqeyinə keçiblər. Amma maraqlısı odur ki, bu iki siyasi fiqurun
sürətlə təşkilatlanması, böyük və dəbdəbəli ofisə, güclü mühafizə xidmətinə, bahalı
maşınlara sahib olması qətiyyən təsadüf sayıla bilməz. Ərdoğanın keçmiş
kadrlarının bu şəkildə siyasi səhnəyə ATILMALARI, güclü media dəstəyi istər-
istəməz “Davudoğlu və Babacan yenə Ərdoğanın “əlinə çalışır” fikrini gündəmə
gətirir. Çünki hər iki adıçəkilən keçmiş nazirlərin zərrəcə də olsun Türkiyə
cəmiyyətində sıfır səviyyəsində belə siyasi çəkisi yoxdur.
O ittifaqdakı əsas siyasi fiqur sayılan İYİ partiya lideri Meral Akşener də keçmiş
MHP-çidir, Türkiyə parlamentində vitse-spiker olub. CHP lideri
K.Kılıcdaroğlundan fərqli olaraq bu xanım siyasətçi daha kəskin çıxışları,
qətiyyətli mövqeyi ilə öndədir. Amma CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə
seçilən HDP-yə, həbsdə olan Səlahəddin Dəmirtaşa loyal münasibəti M.Akşenerlə
CHP arasında ciddi fikir ayrılıqlarına yol açıb. Üstəlik, Ərdoğan ilə açıq
düşmənçilik aparan qərbdəki qüvvələrin hazırkı iqtidarı devirmək üçün məhz
M.Akşenerə dəstək göstərdikləri də hiss olunur. Xüsusilə, mediada Ərdoğana qarşı
açıq düşmənçilik edən Fətullah Gülən qruplaşmasının da xanım Akşenərə dəstək
göstərdiyi deyilir. Lakin açıq şəkildə görünən odur ki, M.Akşenerin də “Rəisi”
üstələmək şansı yoxdur. Həm də unutmaq olmaz ki, əgər Türkiyə siyasətində
Ərdoğanı əzib keçəcək bir xarizmatik siyasətçi olsaydı, çoxdan qərbdəkilər onun
imicini bəzəyib-düzəyib Ərdoğanla siyasi mübarizəyə atmışdılar.
Son vaxtlar İstanbul Bələdiyyəsinin hazırkı sədri, CHP-çi Əkrəm İmamoğlu
müxalifətin vahid namizədi kimi daha çox gündəmə gəlir. Bir çoxları İstanbul
Bələdiyyəsinə keçirilən son seçkilərdə Ərdoğanın ən yaxın adamı, keçmiş Baş
nazir Binəli Yıldırımı üstələyərək böyük səs çoxluğu ilə qələbə qazanan
Ə.İmamoğlunun Ərdoğanla seçki yarışında daha şanslı namizəd olduğunu
düşünsələr də, "6-lı masa" bu məsələdə də vahid qərarda deyil. Ə.İmamoğlunun öz
partiyası onu bu seçkilərdə müxalifətin vahid namizədi kimi Ərdoğanla "döyüşə"
atmaq istəmir. Əvəzində İYİ partiya sədri M.Akşener onun namizədliyində israr
edir. Görünən odur ki, CHP Ə.İmamoğlunu hazırkı seçkilərdə Ərdoğanla
mübarizəyə atmayacaq. Sanki Türkiyə müxalifətində Ərdoğan üzərində qələbə
üçün hələ şəraitin yetişmədiyini düşünürlər. Deməli müxalifətin özü bu seçkilərdə
qələbəsinə o qədər şübhə ilə yanaşır ki, əsas "silahını" açıq döyüşə atmır, sanki
AKP iqtidarının məğlub olması üçün münasib şəraiti gözləyir. Bir sözlə, bu il
keçiriləcək seçkilərdə əzik “6-lı masa”nın Ərdoğanı üstələyəcəyi mümkünsüz
görünür.
Həm də unutmaq lazım deyil ki, Ərdoğanın bu seçkilərdə məğlubiyyəti bütün
bölgədəki prosesləri də kökündən dəyişməli olacaq. Vladimir Putinin şəxsi
hakimiyyətindən başlamış Ukrayna böhranına qədər, yaxın Şərqdəki proseslərdən
başlamış elə bizim Qafqaz bölgəsindəki hazırkı proseslərə qədər HƏR ŞEY
DƏYİŞMƏLİ OLACAQ. Ərdoğan həm də hazırkı situasiyada Qərb üçün də
önəmli siyasi aktordur. V.Putinlə şəxsi təmasları, Ukraynadakı proseslərə Vladimir
Zelenskinin rəğbətini və etibarını qazanan lider kimi müdaxiləsi, taxıl böhranını
aradan qaldırması onu bütün tərəflər üçün vacib oyunçuya çevirib. Türkiyə
cəmiyyəti də hazırkı hökumətin bəzi nazirlərinin, siyasi mənsublarının adlarının
korrupsiya və digər məsələlərdə hallanmasına baxmayaraq, Ərdoğan kursunu
dəstəkləyir. Hazırkı ictimai rəy tablosu ən azından indilik belə görünür. Ərdoğanı
üstələmək üçün Türkiyə müxalifəti hələ neçə seçki gözləyəcək, artıq onu zaman
göstərəcək...
Mətləb Salahov -DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Bu gün, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Bu gün, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Bu gün, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Bu gün, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Bu gün, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Bu gün, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Bu gün, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Bu gün, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Bu gün, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Bu gün, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Bu gün, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Bu gün, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Bu gün, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Bu gün, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Bu gün, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Bu gün, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Bu gün, 15:11
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyor
Bu gün, 15:06
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
Bu gün, 15:00
Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi
Bu gün, 14:48
Trampın “artsax” problemi – “Vaşinqton bataqlığı” qurudulmayınca...
Bu gün, 14:41
Yevlaxda açıq havada film nümayiş etdirilib - FOTO
Bu gün, 14:34
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 13:09
Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
Bu gün, 13:07
"Qışda qaz, yayda isə su kəsilir" - ETİRAZ
Bu gün, 13:04
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
Bu gün, 13:02
İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
Bu gün, 12:58
Bakıya görə Qusman getdi, növbə onundur... - KT
Bu gün, 12:55
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
Bu gün, 12:48
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb – Tendersiz
Bu gün, 12:45
Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər - HÖKM OXUNDU
Bu gün, 12:43
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
Bu gün, 12:39
Paşinyanın Rusiya səfərinin əsas məqsədi: - Moskvanın “damarını” yoxlayacaq, sonra da...
Bu gün, 12:30
Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı
Bu gün, 12:27
Ailələr ANLAŞMALI DAĞILIR... - Ekspertdən İLGİNC AÇIQLAMA
Bu gün, 12:17
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... - AXI NİYƏ?
Bu gün, 12:09
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı
Bu gün, 12:01
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
Bu gün, 11:49
Daha bir fırıldaqçı satış şəbəkəsi... - GİLEY
Bu gün, 11:44
Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib - DİQQƏT!
Bu gün, 11:32
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 11:24
Məhkəmə 1 milyona yaxın pul mənimsəyən "vəzifəli şəxslər"ə bu cəzanı verdi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Rusiya Zəngəzur dəhlizindən UZAQLAŞDIRILDI – Moskvadan Bakı və İrəvana göndərilən mesaj NƏ İDİ?
Bu gün, 11:13
Ermənistan səfiri ABŞ konqresmeni ilə Cənubi Qafqazı müzakirə etdilər
Bu gün, 11:10
Məhbus azərbaycanlı alim yoxa çıxdı
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru