Ağdamda ACINACAQLI DURUM .....                     İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... .....                     Bakıda kollec direktoru vəzifədən GETDİ .....                     Azərbaycan xalqının Qurtuluş Günü .....                     38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var .....                     Neft-qaz sektorunda MAAŞ PARADOKSU .....                     İranda Mossad casuslarının maşınları ələ keçirildi .....                     Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu .....                     Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur .....                     İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb .....                     “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR .....                     "Axı bu nə məsuliyyətsizlikdir?" .....                     Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... .....                     AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                 

Türkiyə siyasi tarixində həlledici mərhələ - Son söz vətəndaşda
Tarix: 6-01-2023, 10:45 | Çap et
Türkiyə siyasi tarixində həlledici mərhələ
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi ertələnə bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb.

O, bunu seçkilərin təyin edildiyi vaxtda əhalinin məzuniyyətdə olması ilə əlaqələndirib: “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”.

Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq: “Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Türkiyədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bunu istisna etmişdi: “Türkiyədə erkən seçkilər olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın”.

Türkiyədə hakim partiya səviyyəsində erkən seçkilər mövzusunun gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub. Müxalifət təmsilçiləri hesab edir ki, Türkiyədə növbəti devalvasiya gözlənilir və məhz bu səbəbdən “Cümhur İttifaqı” seçkiləri tezləşdirməyə çalışır.

DİA.AZ-ın məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya açıqlamasında deyib ki, Türkiyədə erkən seçkilər nəticələrə təsir etməyəcək: “Hakim partiya rəsmisi Ömər Çelikin seçkilərin erkən keçirilə biləcəyinə dair açıqlaması ciddi maraqla qarşılanıb. Müxalifət hesab edir ki, seçkilərin ertələnmə səbəbi “Cümhur İttifaqı”nın situasiyasını nəzarətə almaq niyyətindən qaynaqlanır. Lakin mən bu iddialarla razı deyiləm”.

“Əvvəla, bununla bağlı yekun qərar yoxdur. Digər tərəfdən, hətta belə bir qərar olsa belə, seçkilərin bir neçə ay irəli çəkilməsindən söhbət gedir. Bir neçə ay isə ciddi dəyişikliklərə gətirib çıxara bilməz. Bu mənada iyunda gözlənilən nəticələrin ondan bir neçə ay qabaq keçiriləcək seçkilərdə də təkrarlanacağı qənaətindəyəm. Belə bir qərarın olması əslində müxalifəti də narahat etməməlidir. Əgər onlar doğrudan da uğur qazanacaqlarına əmindirlərsə, seçkilərin hətta bu gün də keçirilməsinə hazır olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, seçkilərdə “Cümhur İttifaqı”nın qələbəsi qaçılmaz görünür: “Müxalifətin “Altılı masa”sı hələ vahid namizədini açıqlamayıb. Cümhuriyyət Xalq Partiyasının daxilində də vahid namizədlə bağlı yekdil qərar yoxdur. Təkcə bu partiyadan üç iddialı mövcuddur və onlardan heç biri geri çəkilmək niyyətində deyil. Müxalifət seçkilərə fəal hazırlaşdığını və birlikdə mübarizə aparacaqlarını bəyan etsə də, onların ciddi sosial elektoratı yoxdur. Görünən odur ki, Türkiyə seçiciləri bu seçkilərdə də mövcud iqtidara etimad göstərəcəklər”.

“Bu baxımdan qarşıdakı seçkilərin qalibinin “Cümhur İttifaqı”ndan olacağı qənaətindəyəm. Seçkilər yaxınlaşdıqca siyasi mübarizə artsa da, rəqabət çoxalsa da, nəticə Ərdoğan və komandasının xeyrinə olacaq. Sadəcə Türkiyənin müstəqil siyasət yürütməsi, ABŞ və Qərbin dediyi ilə oturub-durmaması, Rusiyaya qarşı embarqolara qoşulmaması Türkiyəni öz nəzarətində görmək istəyən qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə Ərdoğan iqtidarını devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Seçkiöncəsi beynəlxalq təzyiqlərin artacağı gözlənilir. Seçkilərin ertələnəməsi həm də beynəlxalq dairələrin Türkiyəni qarışdırmaq niyyətini önləmək üçün atılan bir addım ola bilər”, - deyə Sarı vurğulayıb.

Əlavə edib ki, Türkiyədə Ərdoğanla müxalifətin deyil, həm də onunla Qərbin arasında bir mübarizə gedir: “Hesab edirəm ki, Türkiyə bu seçkilərdə milli maraqları təmsil edən namizədə - Ərdoğana etimad göstərəcək. Bunun əksi olsa, Türkiyənin siyasi həyatında çox ciddi dəyişikliklər baş verəcək”.

DİA.AZ bildirir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə seçkilərin gərgin şəraitdə keçəcəyi qənaətindədir. Onun AYNA-ya dediyinə görə, kifayət qədər gərgin siyasi mübarizə gedəcək: “Müxalifət birləşmiş və vahid komanda halında seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğan daxildə ciddi elektorat itkisinə məruz qalıb. Digər yandan, bu seçkilərə beynəlxalq maraq həddindən artıq böyükdür. Türkiyənin müstəqil xarici siyasət yürütməsi Qərbi hərəkətə gətirib. Onlar bütün təzyiq imkanlarını işə salaraq, Ərdoğan və komandasının devrilməsinə çalışacaqlar”.

“Yəni, Ərdoğan bu gün təkcə müxalifətə, “Altılı masa”ya qarşı yox, ona qarşı olan Qərbə qarşı döyüşür. Lakin bütün hallarda seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir ölkədir və qardaş ölkənin seçiciləri özləri öz iqtidarını və parlamentini formalaşdıracaqlar”, - deyə müsahibimiz söyləyib.

Sabiq dövlət müşaviri seçkilərdə “Cümhur İttifaqı”nın qələbə qazanacağı qənaətindədir: “Bir daha söyləmək istəyirəm ki, seçkilər gərgin şəraitdə keçəcək. Nəticələr barədə qəti mülahizə yürütmək çətindir. İrəliləyən aylarda vəziyyət dəyişə də bilər. Yəqin ki, müxalifət də vahid namizədini açıqlayacaq”.

“Amma Türkiyə bu kimi vəziyyətlərdən dəfələrlə üzüağ çıxıb. Hesab edirəm ki, çətinliklə də olsa, seçkilərin qalibi Ərdoğan və komandası olacaq. Türkiyə seçicilərinin hakim siyasi bloka etimad göstərəcəyi ehtimalları daha yüksəkdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - FAKT BUDUR!
Bu gün, 09:36
İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb - TASS
Bu gün, 09:33
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
Bu gün, 09:31
"Axı bu nə məsuliyyətsizlikdir?" - ETİRAZ VAR...
Bu gün, 09:24
Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... - NARAZILIQ VAR...
Bu gün, 09:16
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru