Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                     Müharibədə ciddi dönüş: .....                     Paşinyan düşmənləri ilə mübarizədə .....                     Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? .....                     Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT .....                     AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI .....                     Tanış olduğu qadınları qarət edən .....                     Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? .....                     Azərbaycan - Türkiyə - Pakistan birliyi … .....                 

“Heç düşmənə də Rusiya və İran kimi müttəfiqlər arzulamıram” - Avraam Şmuleviç
Tarix: 20-10-2022, 08:07 | Çap et
“Heç düşmənə də Rusiya və İran kimi müttəfiqlər arzulamıram”
Bu, həmişə açıq-aşkar olub, lakin son aylar xüsusilə üzə çıxıb - Ermənistan öz təhlükəsizliyi və gələcəyi üçün məsuliyyəti başqasının üzərinə atmaq istəyini dönə-dönə nümayiş etdirib. Əgər əvvəllər Ermənistan bu məsələlərdə tamamilə Rusiyaya arxalanırdısa, indi onların arasında müttəfiqlik münasibətləri artıq müəyyən şübhələr yaradır. İndi İrəvan Qərb istiqamətinə “stavka” edir: ya amerikalıları, ya da fransızları öz müdafiəsinə qalxmağa çağırır. Baxmayaraq ki, dərin fikirləşirsinizsə, xarici siyasətin bu istiqaməti özlüyündə dalana dirənib. Heç kim heç vaxt dilənçi ölkəyə hörmət etməz.

Təbii ki, çıxış yolu var və o, ilk növbədə Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasından ibarətdir. Bütün problemli məsələlər onlarla həll olunarsa, o zaman uzaqdan himayədarlar və xilaskarlar axtarmağa ehtiyac qalmayacaq. Bu fikir yenilikdən uzaqdır, amma nədənsə, indi də İrəvanda bu qədər sarsıntılardan və siyasi dəyişikliklərdən sonra köhnə üsula üstünlük verməkdə davam edirlər. Niyə?

DİA.AZ bildirir ki, mövzunu AYNA-ya Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə israilli ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) sədri Avraam Şmuleviç şərh edib:

“Həqiqətən də, Ermənistan çox çətin vəziyyətdədir. İndi onun əsas müttəfiqləri Rusiya və İrandır. Ancaq indiki vəziyyətdə müttəfiqlər elədir ki, heç düşmənə də belə müttəfiqləri arzulamazsınız.

Ermənistan siyasətində çoxdan Rusiyadan Fransaya və ya ABŞ-a (yerli siyasətə müəyyən təsir gücünə malik güclü erməni diasporlarının mövcud olduğu ölkələrə) istiqamətlənmək istəyən qüvvələr var, lakin onlar o qədər də uğurlu deyil. Ona görə ki, rus agentləri təbii ki, Ermənistanın hər yerində - həm iqtisadiyyatda, həm də siyasətdə aktiv fəaliyyət göstərirlər.

Ermənistanın geosiyasi mövqeyi elədir ki, Azərbaycan və Türkiyə ilə razılaşma olmadan regionda sabitlik həqiqətən mümkün deyil, əks halda Ermənistanın güclü himayədarlığa ehtiyacı olacaq və onun mövcudluğu tükdən asılı qalacaq. Bunun üçün iki maneə var:

Birincisi, uzun illər əvvəl, əslində, hələ 1915-ci ildə, döyüşən türk ordusunun arxa cəbhəsində üsyandan sonra Rusiyanın himayəsinə arxalanan hakim erməni elitalarının özlərinin siyasətidir. Bu, faktiki olaraq Ermənistanı indi olduğu vəziyyətə gətirib çıxardı. Amma Ermənistanın hakim elitası üçün bu siyasətdən əl çəkib səhvini etiraf etmək kifayət qədər çətin olacaq.

İkinci maneə odur ki, onlar “genosid” (dırnaqlar bizimdir – red.) məsələsini erməni kimliyinin, erməni milli mifinin ön sırasına qoyurlar. Bu da səhvdir və erməni cəmiyyətinin, erməni milli psixologiyasının məyusluğuna gətirib çıxarır. Yəni onlar özlərini həmişə qurban kimi hiss edirlər və hər zaman Türkiyə və Azərbaycanın simasında daimi düşmənlər görürlər, hesab edirlər ki, onlar guya yalnız Ermənistanı məhv etmək fikrindədirlər, baxmayaraq ki, bu, əlbəttə ki, belə deyil.

Digər tərəfdən, Azərbaycanın siyasəti də müəyyən qədər dəyişdirilməlidir. Bir müddət əvvəl mən gənc azərbaycanlılara - tələbələrə, politoloqlara Qafqazda və dünyada vəziyyətlə bağlı mühazirə oxudum və müzakirələr Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldi. Bu gənclərin əksəriyyəti mənə dedilər ki, onlar hər şeyi başa düşürlər, lakin onların Ermənistanla şəxsi ədavəti var və Azərbaycanın Ermənistanla sülh münasibətlərində ola biləcəyi bir vəziyyət görmürlər. Təbii ki, bu qəbildən olan əhval-ruhiyyə Ermənistan cəmiyyətində böyük narahatlıq yaradır və hərtərəfli sülh sazişinin bağlanmasını, eləcə də təbii olaraq zəruri olan iqtisadi, siyasi və mədəni əlaqələrin normallaşdırılmasını çətinləşdirir - ortada güvən yoxdur.

Yəni Azərbaycan və Türkiyə Ermənistanla münasibətlər qurmaq istəyirsə, müstəmləkə imperiyaları ora gəlməmişdən əvvəl Qafqazda uzun müddət olduğu kimi, ermənilər, türklər və azərbaycanlılar arasında münasibətlərin normallaşmasına nail olmaq lazımdır. Beləliklə, Azərbaycanın bununla bağlı ilk növbədə təbliğat sahəsində müəyyən addımlar atması arzuolunandır. Türkiyə və Azərbaycan diplomatiyası, mediası sovet hakimiyyətinin son illərində xüsusilə kəskinləşən düşmənçiliyin aradan qaldırılmasının hər üç xalqın əlində olacağı fikrini təbliğ etməlidir.

İndi Ermənistan-Azərbaycan münaqişəsi üçüncü dövlətlərin, ilk növbədə Rusiya və İranın Azərbaycana da təzyiq göstərməyə çalışdığı rıçaqdır. Bu münaqişənin kökündən aradan qaldırılması Azərbaycanın beynəlxalq mövqeyini və təhlükəsizliyini xeyli yaxşılaşdıracaq.

Deməli, hərtərəfli sülhün əldə olunması həqiqətən də hər üç ölkənin maraqlarına uyğundur. Və ilk növbədə, Qərb bu münaqişənin aradan qaldırılmasında maraqlı olduğu üçün burada dəstək verə bilərdi. İsrail isə diplomatik və mədəni dəstək verə bilər. Çünki bizim keçmiş düşmənlərlə münasibətləri necə yaxşılaşdırmaq təcrübəmiz var.

Amma bunun üçün həm erməni siyasi elitasının istəyi, həm də Azərbaycan və Türkiyənin müəyyən addımları lazımdır. Ərdoğan, yeri gəlmişkən, son zamanlar bu istiqamətdə bəzi addımlar nümayiş etdirir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Bu gün, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Bu gün, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Bu gün, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Bu gün, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Bu gün, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Bu gün, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Bu gün, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Bu gün, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Bu gün, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Bu gün, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Bu gün, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Bu gün, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Bu gün, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Bu gün, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Bu gün, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Bu gün, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Bu gün, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Bu gün, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Bu gün, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Bu gün, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Bu gün, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Bu gün, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Bu gün, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Bu gün, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Bu gün, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bu gün, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Bu gün, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Bu gün, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Bu gün, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Bu gün, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Bu gün, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Bu gün, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Bu gün, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Bu gün, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Bu gün, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Bu gün, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Bu gün, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Bu gün, 10:27
Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Cəlilabadda kartof sürətlə UCUZLAŞIR
Bu gün, 09:44
ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər - “The Washington Post“
Bu gün, 09:35
"Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" - deputat
Bu gün, 09:25
Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar – Üç ölkə razılaşdı
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru