Nüvə təhdidi, “biz zarafat etmirik” və ya Kremlə cavab tədbirləri - NƏ BAŞ VERİR?
Tarix: 7-10-2022, 07:57 | Çap et
 ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın dəqiq fəaliyyət planı var. Xüsusilə, onun sözlərinə görə, Vaşinqton özəl olaraq “çox yüksək səviyyədə” Moskvanı mümkün nəticələr barədə məlumatlandırıb. Həmçinin Amerika mətbuatında dərc olunan məlumatlara görə, artıq bir neçə aydır ki, ABŞ Moskvaya nüvə silahının tətbiqindən sonra yarana biləcək ciddi nəticələr barədə xəbərdarlıq xarakterli şəxsi mesajlar göndərir.
Yəqin ki, ABŞ bu gün təcavüzkara, birincisi, nüvə zərbəsi ilə heç bir fayda əldə etməyəcəyini çatdırmağa çalışır. İkincisi, bunun şəxsən təcavüzkar üçün tamamilə qəbuledilməz nəticələri olacaq. Əslində Vaşinqton hesab edir ki, istənilən “qələbə” Rusiya üçün fəlakətlə nəticələnəcək.
Qərbdəki ekspert dairələrində Rusiya Federasiyasını həqiqətən nəyin dayandıra biləcəyi ilə bağlı müzakirələr davam edir: total sanksiyalardan tutmuş, cavab zərbələrinə qədər.
Amerikalı politoloqlar ABŞ-ın Ukraynaya nüvə zərbəsi endirdiyi Rusiya bazasına dəqiqliklə zərbə endirmək variantını ciddi şəkildə nəzərdən keçirdiyini bildirirlər. Bunun Ağ Evdən gələn xəbərdarlıqlarla nə dərəcədə əlaqəli olduğu bilinmir. Amma söhbət məhz bundan gedir.
Əlbəttə, söhbət ABŞ-ın Rusiyaya nüvə zərbəsindən getmir. Amma istənilən zərbə Vladimir Putin üçün qəbuledilməz olacaq. Axı bu, Rusiya Federasiyası ilə ABŞ və NATO arasında müharibənin rəsmi başlaması demək olacaq. Və Putin belə bir başlanğıcın asanlıqla nüvə səviyyəsinə keçə biləcəyini anlayır.
Sırf nəzəri cəhətdən, məsələn, bəşəriyyətə nüvənin fəsadlarının miqyasını xatırlatmaq üçün hansısa kiçik şəhərə zərbə endirmək variantını nəzərdən keçirsək belə, Putinin buna hazır olub-olmadığını söyləmək çətindir. Axı bu, nümayişkaranə soyqırımı demək olardı. Üstəlik, əgər Rusiya Federasiyası nüvə silahından istifadə edirsə və bu, öz məqsədlərinə çatmağa kömək etmirsə, onda Putinin əlində daha bəhanələri olmayacaq.
Amma onun əsas məqsədi düşməni ona lazım olanı etməyə məcbur etməkdir. Xüsusilə, indi Putinin məqsədlərindən biri Qərbi Ukraynaya yardımı dayandırmağa inandırmaq, əks halda nüvə zərbəsi endirəcəyinə eyham vurmaqdır. Rusiya nüvə təhdidi ilə Ukraynanı güzəştlərə getməyə və sülh sazişi imzalamağa məcbur etmək istəyir. Təhdidlərin etibarlılığını gücləndirmək üçün Rusiya Federasiyasına yalnız bir nüvə partlayışı lazımdır. Yəni deyirlər ki, “tələblərimizi yerinə yetirməsən, növbəti, məsələn, Kiyev olacaq – biz zarafat etmirik”. Axı hamı başa düşür ki, bir zərbə belə qlobal miqyasda fəlakətə gətirib çıxaracaq.
Kremlin Ukrayna qoşunlarının qruplaşmasına mümkün zərbələrlə bağlı mümkün niyyətləri belə nəzərdən keçirilməlidir. Həm də o mənada deyil ki, indi ruslar bütün cəbhə xəttini nüvə başlıqları ilə bombalaya bilər. Bu mümkün deyil. Birincisi, cəbhə xətti kifayət qədər böyükdür və bir nüvə zərbəsi endirmək Putinə heç nə verməyəcək. İkincisi, cəbhə xətti boyunca bir neçə nüvə zərbəsi olarsa, Rusiyanın özünün üzərini elə buludlar alacaq ki, sərhəd şəhərlərindəki əhalisi radiasiya xəstəliyindən öləcək.
Müəllif: Polina Sinovets - Nüvə Silahlarının Yayılmaması Mərkəzinin rəhbəri Mənbə: UNİAN //AYNA//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı?
Bu gün, 18:03 |
|
|
|
• Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq - TASS
Bu gün, 18:02 |
|
|
|
• "Kimin pulu var, onu işlə təmin edirlər" - GİLEY
Bu gün, 17:58 |
|
|
|
• “Postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 17:55 |
|
|
|
• Nazir generalın yerinə bu xanımı gətirdi - ƏMR
Bu gün, 17:52 |
|
|
|
• Siyasi partiyalar kadr bankı kimi funksiyasını tamamilə itirib - Biznes sektoru önə keçib
Bu gün, 17:38 |
|
|
|
• TOP PUTİNDƏDİR... - GƏLİŞMƏ
Bu gün, 17:37 |
|
|
|
• Ermənistan tarixinə yenidən baxmağa cəhdlər edilir - Kopırkin
Bu gün, 17:35 |
|
|
|
• AYB-nin şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə ekspertiza küçiriləcək
Bu gün, 17:33 |
|
|
|
• Qaxın da öz TENDERYEYƏNİ VAR... - DETALLAR
Bu gün, 17:31 |
|
|
|
• Ekologiya.az saytının 2 yaşı oldu
Bu gün, 17:24 |
|
|
|
• Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi
Bu gün, 17:23 |
|
|
|
• Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır - Professor
Bu gün, 17:21 |
|
|
|
• Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi - Başçının da adını çəkib...
Bu gün, 17:15 |
|
|
|
• "Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:13 |
|
|
|
• Amerikalı senator Ermənistanda səfərdədir - TƏFƏRRÜAT
Bu gün, 17:11 |
|
|
|
• Şərqi Zəngəzurun iqtisadi transformasiyasına açılan strateji qapı -RƏY
Bu gün, 17:10 |
|
|
|
• Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
• “Bakı Metropoliteni”nin Aparat rəhbəri vəzifəsindən gedib - BUNDAN SONRA...
Bu gün, 17:07 |
|
|
|
• Bakı-Pekin münasibətləri... - ŞƏRH
Bu gün, 17:05 |
|
|
|
• Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 17:03 |
|
|
|
• Avropa ilə İsrail arasında əsəblər gərilir: - “Soyqırımı dövləti” və “qatillər ordusu”
Bu gün, 17:01 |
|
|
|
• Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir - TƏKCƏ...
Bu gün, 16:59 |
|
|
|
• Məşhur "qanuni oğru" HƏBS EDİLDİ – ciddi ittihamlar
Bu gün, 16:55 |
|
|
|
• Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü - İsrafil Kərimovun yazısı
Bu gün, 16:46 |
|
|
|
• Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi - Laçın Zirvəsi - MƏQALƏ
Bu gün, 16:43 |
|
|
|
• Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub - DİQQƏT!
Bu gün, 16:40 |
|
|
|
• Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü – Bu dəfə Lənkəranda
Bu gün, 15:17 |
|
|
|
• Tiktoker "Vaqa" həbsdən buraxıldı
Bu gün, 15:08 |
|
|
|
• Bakıda dağ satışa çıxarıldı
Bu gün, 15:02 |
|
|
|
• ABŞ-da erməni mafiyası İFŞA EDİLDİ: - 30 milyon dolları GÖRÜN NƏLƏRƏ SƏRF EDİBLƏR
Bu gün, 14:56 |
|
|
|
• 85 deputat müraciət etdi: növbədənkənar sessiya çağırıldı - NƏ BAŞ VERİR?
Bu gün, 14:52 |
|
|
|
• Bu şirkət Zəngilana 533 ailə köçürəcək, yarım milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 13:01 |
|
|
|
• Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək
Bu gün, 12:59 |
|
|
|
• “AYDA 150-200 MANAT CƏRİMƏ ÖDƏYİRİK” - TAKSİ SÜRÜCÜLƏRİ NARAZIDIR
Bu gün, 12:57 |
|
|
|
• "Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?"
Bu gün, 12:46 |
|
|
|
• Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• "Xəbərim olmadan məni işdən çıxarıblar" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:38 |
|
|
|
• Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb - Müdafiə Nazirliyi
Bu gün, 12:32 |
|
|
|
• “Hamamda bacısı ilə birlikdə yad bir şəxsi görüb” - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• May ayının sonu 36 dərəcə isti olacaq - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
• Ülviyyə İlyasovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Pakistan-Əfqanıstan toqquşmasında ÇİN ƏNDİŞƏSİ - İNCƏLƏMƏ
Bu gün, 12:10 |
|
|
|
• Paşinyan Erməni Apostol Kilsəsinin nümayəndələrini tənqid edib - KİV
Bu gün, 12:04 |
|
|
|
• Bakıda sahibkar yumurta fabrikini fantasik qiymətə satışa çıxarıb
Bu gün, 11:59 |
|
|
|
• “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib - FOTO
Bu gün, 11:56 |
|
|
|
• "Azərterminalkompleks" 1,3 milyon manatlıq icarə razılaşmaları imzalayıb - QALİBLƏR
Bu gün, 11:52 |
|
|
|
• Sürətli silahlanma münasibətləri daha təhlükəli həddə çatdıracaq - Sərdar Cəlaloğlu
Bu gün, 11:44 |
|
|
|
• 10-15 erməninin qayıtması bizə təhlükə deyil, amma... -RƏY
Bu gün, 11:39 |
|
|
|
• "Rəhbərlik yük daşıyan alverçilərdən rüşvət alıb, bu şəraitə göz yumur" - NARAZILIQ VAR...
Bu gün, 11:35 |
|
|
|
|