Şəhid övladının belə HAQQINI YEYİRLƏR... .....                     "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." .....                     "Supertoys"un vergi borcu artmaqda davam edir .....                     149 saylı məktəbin direktorunu kim və necə qoruyur? .....                     Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? .....                     Sülh zəmanəti? .....                     Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır .....                     "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." .....                     Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı .....                     Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı .....                     Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib .....                     Nazirliyin qərarı narazılıq yaratdı .....                     Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş .....                     "Tam əminliklə demək olar ki, bu gün..." .....                     “Mən alim axtarmıram, narkoman axtarıram” .....                     Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb .....                     Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb .....                     Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... .....                     Şəhid anası bu başçılardan şikayətçidir... .....                     Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər .....                     "Oğru" adından imtina etdi, .....                     Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır .....                     Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik .....                     Azərbaycanlı idmançı Türkiyədə vuruldu .....                     Hakerlər balları artıra bilir? .....                     Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... .....                     Əgər SSRİ hələ də varsa... .....                     "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" .....                     "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil" .....                     Rusiyanın ZƏNGƏZUR MARAĞI... .....                     Sumqayıtda evdə doğulan körpə öldü .....                     "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm" .....                     TƏBİB sədri onu işdən çıxardı .....                     "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm" .....                     “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” .....                     Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! .....                     "Bilirsiniz sizi nə gözləyir?" .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb .....                     Tramp Putin üçün BİR FÜRSƏTDİR... .....                 

“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 25-08-2022, 10:26 | Çap et
“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa videosu yayılıb. Videoda Prezidentdən Ukrayna Prezidenti Volodimir Zelenskinin vəziyyəti haqqında sual verilir. Ərdoğan isə cavabında “çox dərdlidir” deyə bildirir. Bunun səbəbi kimi Türkiyə lideri Ukraynanın əsas tərəfdaşlarının – Qərbin verdiyi sözlərə əməl etmədiyinə işarə edir.

Türkiyənin Ukrayna məsələsində maraqlı mövqeyindən biri isə avqustun 23-də onlayn keçirilən Krım Platformasında Ərdoğanın videoçıxışındakı sözləridir. Türkiyə lideri çıxışında Krımın Ukraynaya qaytarılmalı olduğunu bildirir. Məlumdur ki, Ankara ilə Moskva arasında münasibətlər heç də pis deyil. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Ankaranın ciddi vasitəçiliyi mövcuddur. Bu baxımdan, Ankaranın belə mövqeyinin proseslərin gedişinə hansı təsir göstərəcəyi maraqlıdır. diaaz.space xəbər verir ki, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl Türkiyənin ilk gündən – hələ 2014-cü ildən Ukraynanın yanında olduğunu deyib:

- Ankaranın tutduğu siyasi mövqe açıq və dəqiqdir. Türkiyə Ukraynanın suverenliyini qəbul edir, ərazi bütövlüyünü tanıyır və bunun bərpa olunmasını istəyir. Çünki Ukraynanın ərazi bütövlüyünün pozulması beynəlxalq hüquqa da, dövlətlərarası münasibətlərin tənzimlənməsi qanunlarına da ziddir. Bu ilin 24 fevralından əvvəl də Türkiyə müharibənin başlamasını istəmədiyini bildirmişdi. Müharibənin olmaması üçün Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışdı, bunun üçün bir çox addımlar atdı. Müharibə başladıqdan sonra da bunun dayanması üçün vasitəçilik missiyasını davam etdirdi, indi də etdirməkdədir. Amma təkrar edirəm: Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Ankara birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

- Vasitəçilik demişkən, Rusiya-Ukrayna rəsmilərinin ilk təmaslarını da Türkiyə təşkil etdi...

- Bəli, ilk yüksək səviyyəli görüş Antalya forumunda baş tutdu. Ankara Rusiya və Ukrayna xarici işlər nazirlərini bu forumda bir araya gətirə bildi. Eyni zamanda, Türkiyə Prezidentinin birbaşa vasitəçiliyi ilə rusiyalı və ukraynalı rəsmi heyətlər arasında İstanbulda çox ciddi görüş keçirildi. Ümidlər yaranmışdı ki, atəşkəs olacaq, sülhə doğru ilkin addım atılacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Amma nəzərə almaq lazımdır ki, bir çox məsələlər Türkiyədən asılı deyil. Türkiyə Prezidentinin də bu barədə açıqlamaları var. Hörmətli Ərdoğan bildirir ki, bütün dünya bu məsələdə aktiv rol almalıdır.

- Görünür ki, Ukraynanın tərəfdaşları sülhdə maraqlı deyil. Ərdoğanın Ukrayna Prezidenti ilə görüş barədə danışarkən, Zelenski haqqında “çox dərdlidir, verilən sözlər yerinə yetirilmir” ifadəsi də var...

- Türkiyə birinci gündən bunu deyir ki, Qərb ölkələri, xüsusilə, ABŞ Ukraynaya çox vədlər verərək, əslində Ukraynanı bir növ Rusiya kimi güclü düşmənlə baş-başa qoydu. Bunun nəticəsində də Rusiya Qərbə, ABŞ-a verilməli olan cavabı bilavasitə döyüş meydanında Ukraynaya işğalçı hücum etməklə, ərazilərini işğal etməklə vermiş oldu. Problemin yaranmasının səbəbkarı təkcə Rusiya yox, həm də Qərbin məsuliyyətsizliyidir. Qərb öhdəliklərini yerinə yetirmədi. Bu səbəbdən də diqqət etsəniz, görərsiniz ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Çünki müharibənin başlamasının səbəblərindən biri də Qərbin məsuliyyətsizliyidir. Ukraynaya vədlər verib, amma onları yerinə yetirməyib.

- Yəni ki, Türkiyənin əsas istəyi tezliklə atəşkəsin olması, sülhün yaranmasıdır...

- Rəsmi Ankara mövqeyində sabitdir və bəyanat da verib ki, sülhdən yanadır. Bu mövqeyində də hansısa dəyişiklik yoxdur. Türkiyə dünyada qida qıtlığının önlənməsi üçün vasitəçilik etdi, nəticədə “taxıl dəhlizi”nin yaradılması istiqamətində ciddi addım atıldı. Bununla bağlı təxribatlar varmı? Əlbəttə! Provokasiyalar olacaq, amma əsas olan ciddi addımın atılması idi ki, artıq Ukrayna taxılı daşınmaqdadır. Ərdoğanın Soçi səfərini, Putinlə görüşünü də diqqətdən qaçırmamaq lazımdır. Türkiyə Prezidenti Soçidə təkcə Türkiyə-Rusiya münasibətlərini yox, eyni zamanda, Ukrayna məsələsini də müzakirə etdi.

- Və Ərdoğan Lvovda Zelenski ilə də görüşdü...

- Bəli, bu, vasitəçilik missiyası ilə atılan addımlardır. Türkiyə Prezidenti Rusiya və Ukrayna liderlərinin təkbətək görüşməsini, müharibənin dayandırılması istiqamətində razılaşmasını istəyir. Bunun üçün də vasitəçiliyə hazır olduğunu bildirir. Təbii ki, asan deyil. Çünki Ukraynanın da ritorikası dəyişib. Əvvəl ehtiyatlı bəyanatlar verən Zelenski Lvov görüşündə Krımın da geri qaytarılmasını tələb etdi və ondan sonra danışıqlara razı olduğunu bildirdi. Təbii ki, bu, ABŞ-ın və Qərbin Zelenskiyə verdiyi vədlərin nəticəsində dəyişən ritorikadır. Əlbəttə, Rusiyanın bunu qəbul etməsi çətindir.

- Krım demişkən, Türkiyə Prezidentinin Krım Platformasındakı videoçıxışında “Krım Ukraynaya qaytarılmalıdır” ifadəsi var...

- Əvvəldə də dediyim kimi, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ankara üçün bu mövqe dəyişməyib. Əminəm ki, Türkiyə sülh üçün vasitəçilik missiyasını davam etdirəcək. Çünki Ukrayna Türkiyənin dəniz qonşusudur, regiondakı proseslər hər bir ölkəyə təsir göstərir. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər var. Moskva ilə Ankara arasında hansısa gərginlik yarananda tərəflərin bunun dinc şəkildə aradan qaldırması təcrübəsi var. Türkiyə bu gün dünyada yeganə ölkədir ki, həm Rusiya ilə, həm də Ukrayna ilə təmaslar qura, müzakirələr apara bilir. Hətta tərəfləri bir araya gətirə bilir. Bu səbəbdən də Türkiyə diplomatik vasitəçilik missiyasını üzərinə götürüb. Amma yenə deyirəm, hər şey Türkiyədən asılı deyil. Qərb ölkələrinin də sülhə doğru yanaşması vacibdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46
"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39
"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37
149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33
Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42
"Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39
Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58
Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56
Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23
"Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04
“Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53
Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49
Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42
Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33
"Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27
Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14
Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13
Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06
Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00
Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54
Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50
"Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49
"Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40
Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37
Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15
"Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11
TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08
"Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05
“Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00
Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56
"Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31
Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12
9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06
Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04
Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00
Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38
Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33
Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32
“Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24
Xəzərdə yeni ada peyda oldu
Dünən, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru