Böyük güclərin savaş poliqonu: Ukrayna müharibədə Rusiyanı üstələyir? - GƏLİŞMƏ
Tarix: 22-08-2022, 08:13 | Çap et
 Rusiyanın sursatları tükənir. Bu isə onların hücum potensialının azalması prosesini sürətləndirir.
Bu barədə Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisi deyib.
"Bizim sursatların tükəndiyinə və artıq onların gizli anbarlardan çıxarılması dair çoxlu sübutlarımız var", - ABŞ kəşfiyyat rəsmisi deyib.
ABŞ kəşfiyyatının məlumatına görə, indi Rusiya batalyon-taktiki qruplarını birləşdirib və öz qüvvələrini bərpa etməyə çalışır.
Qeyd edək ki, son günlər Krımda baş verən silsilə partlayışlar da Rusiya ordusunun silah anbarlarının, hərbi texnikanın və infrastrukturun məhv edilməsi məqsədi daşıyır.
Xüsusilə də Ukraynanın uzaq məsafəni yüksək dəqiqliklə vuran raketlər əldə etməsindən sonra Rusiyanın hərbi arsenalının məhv edilməsi prosesi sürətlənib. Ona görə də perspektivdə Rusiya üçün müharibəni davam etdirmək çətin ola bilər. diaaz.space-ın məlumatına görə, politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın yalnız silah arsenalını deyil, həmçinin hərbi logistikasını da məhv etməyə çalışır. Ona görə də Rusiyanın hərbi potensialı tükənmək üzrədir:
"Bir müddət öncə Böyük Britaniya kəşfiyyatı Rusiyanın arsenalında olan dəqiq silahların 70 faizini istifadə etdiyi barədə məlumat açıqlamışdı. Eyni məlumatın bir qədər başqa şəkildə ABŞ kəşfiyyatı tərəfindən verilməsi bununla bağlı Qərb xüsusi xidmət orqanlarında kifayət qədər informasiyaların olduğunu təsdiq edir.
Ümumiyyətlə, ötən müddətdə açıqlanmış kəşfiyyat məlumatların öz təsdiqini tapması göstərir ki, Qərb Rusiyada gedən proseslərə tam nəzarət edə bilir.
Yəni Kremlin atdığı addımları, planlarını dəqiqliklə müəyyən edirlər. Çünki Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı ABŞ, Britaniya və NATO ölkələrinin dəqiq məlumatı vardı. Bu sonradan sübuta yetirildi. Ona görə də Pentaqonda açıqlanmış məlumatın səhih olduğunu düşünmürəm. Burada fərq cüzi ola bilər. Amma Rusiyanın silah-sursat ehtiyatının tükənməsi barədə çoxsaylı məlumatlar var. O ki, qaldı Ukraynanın son zamanlar Rusiyanın silah anbarlarını vurmasına, bu, rəsmi Kiyevin müharibə fəlsəfəsinin dəyişdiyini göstərir.
Əvvəllər Ukrayna Sovet müüharibə fəlsəfəsindən istifadə edirdi. Amerikalı generallardan biri deyib ki, döyüşü əsgər, müharibəni logistika udur.
Artıq biz Ukraynanın Rusiya ordusunun logistikasını məhv etdiyini görürük. Logistika dedikdə, yalnız yollar və körpülər nəzərdə tutulmur. Buraya silah anbarları, təhcizat məntəqələri, yanacaq bazası daxildir. Yanacaq vaxtında çatdırılmasa, texnika hərəkət edə bilməz və açıq hədəfə çevrilər. Yaxud silah-sursat olmasa, əsgər əliyalın qalır. Ona görə də Ukrayna Rusiyanın logistikasını məhv etməklə planlaşdırılan əks-hücum zamanı uğur qazanmağa nail olmaq istəyir. Bütün məlumatlar Rusiyanın ağır itkilər verdiyini göstərir.
Məsələn, Rusiya Qara dəniz donanmasının aviasiyasının yarıdan çoxunu itirib. Bu o deməkdir ki, Xersonda və digər vilayətlərdə Ukrayna hava hücumundan ehtiyat etmədən hərəkət edə bilər. Ukrayna həmçinin, Rusiyanın hava məkanında üstünlüyünü də aradan qaldırmağa çalışır. Çünki Krıma endirilən zərbələrin əsas hədəfi hərbi hava limanlarıdır. Müharibə başlayanda Rusiyanın hava məkanında çox böyük üstünlüyü vardı. Ancaq belə zərbələrlə Ukrayna üstünlüyü öz xeyrinə dəyişmək istəyir".
Ekspertin sözlərinə görə, müharibədə böyük itkilər verən Rusiya hərbi sənayeni yenidən işə salmağa cəhd edir: "Ancaq bunu reallaşdırmaq üçün Rusiyanın müasir texnologiyası yoxdur. Köhnəlmiş Sovet texnikası ilə uğur qazanmaq isə mümkün deyil".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46 |
|
|
|
• "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39 |
|
|
|
• "Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37 |
|
|
|
• 149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33 |
|
|
|
• Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
• Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48 |
|
|
|
• Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42 |
|
|
|
• "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39 |
|
|
|
• Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02 |
|
|
|
• Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58 |
|
|
|
• Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56 |
|
|
|
• Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37 |
|
|
|
• Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23 |
|
|
|
• "Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04 |
|
|
|
• “Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58 |
|
|
|
• Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53 |
|
|
|
• Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49 |
|
|
|
• Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42 |
|
|
|
• Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33 |
|
|
|
• "Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27 |
|
|
|
• Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14 |
|
|
|
• Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13 |
|
|
|
• Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06 |
|
|
|
• Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00 |
|
|
|
• Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54 |
|
|
|
• Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50 |
|
|
|
• "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49 |
|
|
|
• "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40 |
|
|
|
• Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37 |
|
|
|
• Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15 |
|
|
|
• "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11 |
|
|
|
• TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08 |
|
|
|
• "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05 |
|
|
|
• “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00 |
|
|
|
• Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56 |
|
|
|
• "Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38 |
|
|
|
• Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34 |
|
|
|
• Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31 |
|
|
|
• Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12 |
|
|
|
• 9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06 |
|
|
|
• Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04 |
|
|
|
• Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00 |
|
|
|
• Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43 |
|
|
|
• 1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38 |
|
|
|
• Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33 |
|
|
|
• Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32 |
|
|
|
• “Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27 |
|
|
|
• Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24 |
|
|
|
• Xəzərdə yeni ada peyda oldu
Dünən, 11:21 |
|
|
|
|