İşğalçıya qarşı irimiqyaslı əməliyyat planı: - “Bu, Rusiyanın məğlubiyyəti olacaq”
Tarix: 15-07-2022, 11:21 | Çap et
Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adı altında başlatdığı işğalçı müharibə 5 ayını tamamlamaq üzrədir. Müharibə müddətində hər iki tərəfdən xeyli canlı qüvvə və hərbi texnika itkisi baş verib. Rusiya tam məqsədinə çatmasa da, Ukraynanın tamamını işğal etməyi bacarmasa da, ölkənin cənubunda və şərqində bir neçə şəhəri və yaşayış məntəqəsini işğal etməyi bacarıb. Müharibənin ilk aylarında başlayan sülh danışıqları effektiv nəticə vermədiyi üçün proses donmuş vəziyyətdə qalıb.
Bununla belə, Ukrayna yaxın həftələrdə əks hücuma keçməyə hazırlaşır. Artıq Prezident Volodimir Zelenski Ukraynanın cənubunun işğaldan azad edilməsi barədə ordu komandanlığına əmr verib. Müharibənin bundan sonrakı gedişi barədə müxtəlif mülahizələr söylənilir. Bir çox ekspertlər hesab edirlər ki, Rusiya Ukraynanın cənubunu və şərqini tam işğal etdikdən sonra müharibə dayanacaq, danışıqlar başlayacaq. Bu baxımdan müharibənin bir neçə il çəkəcəyi ehtimalı da artır. Lakin bəzi ekspertlər Ukraynanın uğur qazanacağına inamlarını itirmirlər. diaaz.space-ın məlumatına görə, müharibənin bundan sonrakı mərhələsi barədə proqnozlarını AYNA ilə bölüşən politoloq Şahin Cəfərli hesab edir ki, bu məsələ güc müstəvisində həllini tapacaq:
- Daha doğrusu, problemin masada həllinə döyüş meydanındakı vəziyyət rəvac verəcək. Hazırkı mərhələdə Kiyev Moskva ilə danışıqlar masasına oturmaq istəmir. Çünki indi döyüş meydanındakı vəziyyət Rusiyanın xeyrinədir. O mənada ki, müharibə başlayandan bu yana Rusiya Ukraynanın xeyli ərazilərini işğal edə bilib. Xüsusən də cənubdakı ərazi itkiləri Ukrayna üçün son dərəcə ağrılı və qəbulolunmazdır. Xersonun və Zaparojyenin bir hissəsinin itirilməsi Ukraynanın barışa bilməyəcəyi haldır. Ona görə də Ukrayna əks hücum əməliyyatlarına hazırlaşır.
Ukraynanın müdafiə naziri də elan etdi ki, Prezident Volodimir Zelenski cənubda işğal edilən ərazilərin azad olunması barədə əmr verib. Ordu komandanlığı da bu istiqamətdə planlar hazırlayır. Güman ki, avqustun ortaları və ya sonları, yaxud da payızın əvvəli Ukrayna Ordusunun əks hücumu başlayacaq. Burada əsas məqsəd məhz cənub istiqamətində itirilən ərazilərin geri qaytarılmasıdır. Xüsusən də Xersonu azad etməklə Rusiyanın Kırıma açdığı quru yolunu yenidən bağlamaq niyyəti var.
Məsələ burasındadır ki, Rusiyanın işğalçı müharibəyə başlayarkən qarşısına qoyduğu hədəflərə baxanda görünür ki, strateji hədəflərdən yalnız birinə nail olub. Bu, Krıma quru yolu açmaq, eyni zamanda, Krıma Dnepr suyunu buraxmaqdır. Rusiyanın keçən 5 aylıq müharibədə əldə etdiyi əsas strateji uğur bundan ibarətdir.
- Amma Rusiya Donbass istiqamətində də ərazilər işğal edib...
- Bəli. Məsələn, Luqansk ərazilərinin demək olar ki, 99 faizini Rusiya işğal edə bilib. Lakin bu, Rusiya üçün strateji uğur deyil. Rusiya müharibəyə başlayarkən qarşısına üç strateji hədəf qoymuşdu. Əsas siyasi vəzifə o idi ki, Ukraynada hakimiyyət dəyişikliyinə nail olsun, orada Rusiyaya bağlı kukla rejim qurulsun - təxminən Belarus modeli yaratsın. Kremlin qarşısına qoyduğu əsas fundamental siyasi vəzifə bundan ibarət idi. Bu hədəfə nail ola bilmədilər və artıq məsələ gündəmdən çıxdı. Döyüş meydanında isə üç əsas strateji vəzifə var idi ki, bunun birini dediyim kimi, yerinə yetirə bildilər - Krıma quru yolunun açılması və Dnepr suyunun Krıma buraxılması.
Amma digər iki məqsəd də vardı: birincisi, Ukraynanı Qara dənizdən təcrid etmək. Yəni Odessanı işğal edərək, Ukraynanın dənizdən təcridinə nail olmaq. İkincisi, Donbassın inzibati ərazisinin tamamını işğal etmək. Bu iki strateji hədəfə Rusiya nail ola bilməyib. Ona görə də hesab edirəm ki, müharibənin aktiv fazası ilin sonunadək davam edəcək. Ukrayna əks hücum əməliyyatlarında uğur qazanarsa, o zaman, bəli, danışıqlar yenidən başlaya bilər. Çünki bu halda Ukrayna əli güclənmiş şəkildə masaya əyləşəcək və masada diplomatik uğurlar əldə etmək şansı yaranacaq.
- Əks hücum əməliyyatlarında Ukraynanın uğur qazanacağı nə dərəcədə mümkündür?
- Təbii ki, bunu indidən heç kim deyə bilməz. Hərbi ekspert olmadığım üçün detallı şəkildə bunu açıqlaya bilmərəm. Lakin məlumatlarım geniş olduğu üçün təxminlər söyləmək olar. Müharibə başlayandan dərhal sonra Ukrayna səfərbərlik elan etdi, xeyli insan orduya cəlb edildi. Təxmin edirəm ki, Ukraynanın bugünədək hazırladığı, təlim verdiyi ehtiyat qüvvələrin təlimi bu ərəfələrdə başa çatmalıdır. Bu, informasiya deyil, sadəcə təxminimdir. Ərazilərin azad olunması üçün döyüşə atılacaq yeni qüvvələr - hansı ki, indiyədək döyüşə girməyiblər, tam şəkildə hazırlıq keçiblər - artıq hazırdır. Əlbəttə, burada əsas məsələ yeni qüvvələrin müvafiq silah və hərbi texnika ilə təchizatıdır. Ukrayna rəhbərliyi indiyədək çalışırdı ki, Qərbdən lazım olan sayda silah-sursat, hərbi texnika ala bilsin. Bu proses də son həftələrdə xeyli sürətləndi, Ukrayna yetərincə müasir silah əldə edə bildi.
Mən dəqiq bilmirəm, Ukraynanın silah tələbatı nə qədər idi və bu tələbatın nə qədəri ödənilib. Təxmin edirəm ki, Ukrayna gözlədikləri miqdarda silah-sursat əldə edə bilib. Proses indi də davam edir, silahlar gündəlik rejimdə ölkəyə daxil olmaqda davam edir. Silah və şəxsi heyət tam komplektləşdirildikdən sonra əks hücum əməliyyatları başlayacaq. Müharibə başlayandan bu yana müşahidələr onu deməyə əsas verir ki, Ukrayna Ordusunda kifayət qədər istedadlı hərbçilər toplaşıb. Onlar döyüşləri bu ötən müddətdə çox yaxşı idarə etdilər. Təkrar edirəm ki, mən hərbi ekspert deyiləm, amma hər halda müşahidə aparıram və görürəm ki, Ukrayna komandanlığı müharibəni dinamik şəkildə idarə edir. Lazım olduqda ictimai rəydən qorxmadan ordu geri çəkilir. Məsələn, Sveredonetsk istiqamətində Ukrayna qüvvələrinin mühasirəyə düşmək təhlükəsi artdığı an komandanlıq ordunu mütəşəkkil şəkildə geri çəkdi. Biri var ki, mövqeləri buraxıb qaçmaq, biri də var təşkilatlanmış formada geri çəkilmək. Lazım olanda Rusiya ordusunun mövqelərinə dəqiq zərbələr endirilir.
- Yəni ki, uğurlu hərbi taktika var...
- Ukrayna komandanlığının kifayət qədər bacarıqlı olduğu qənaətindəyəm. Ukrayna Ordusunun Baş komandanı Valeri Zalujni də kifayət qədər sevilən generaldır. Zalujni vəzifəyə bir il əvvəl təyin edilib. Bu təyinatdan sonra ictimai rəydə, keçmiş döyüşçülər arasında ciddi ruh yüksəkliyi yaranmışdı. Zalujninin ordu daxilində də, cəmiyyətdə də böyük nüfuzu var. Kifayət qədər peşəkar hərbçidir. Düşünürəm ki, Ukrayna generalları əks hücum əməliyyatlarını təsadüflərə buraxmayacaqlar. Komandanlığın bir neçə planı hazır şəkildə olacaq ki, "A" planı baş tutmasa, "B" planına keçiləcək, bu, alınmasa, "C" planına keçiləcək və s. Yəni ki, Ukrayna komandanlığının əks hücum əməliyyatlarında nəticə əldə edilməsi üçün alternativ planları olacaq. Əks hücum əməliyyatının Ukrayna üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini təbii ki, komandanlıq anlayır. Ona görə də düşünürəm ki, əks hücum əməliyyatının real nəticələr verməsi üçün bütün hazırlıqlar görüləcək.
Digər tərəfdən, Xerson ətrafındakı real vəziyyətə nəzər salsaq, görərik ki, hazırda Ukrayna Ordusu şəhərin 15 kilometrlik məsafəsində dayanıb. Xersonun azad edilməsi üçün əlverişli platsdarm yaradılıb. Əslində son aylarda Ukrayna Ordusu boş dayanmayıb, mobil qüvvələrlə də olsa, taktiki hücum əməliyyatları keçirib və kifayət qədər uğurlar da əldə edilib.
- Məsələn, hansı uğurları nəzərdə tutursunuz?
- Müharibənin ilk həftələrində Rusiya faktiki olaraq Xersonu tamamilə ələ keçirmişdi. Ötən müddətdə Ukrayna qüvvələri tədricən irəlilədi və bir çox yaşayış məntəqələrini işğaldan azad etdi. Bilavasitə, Ukrayna hərbçiləri şəhər mərkəzinə çox yaxınlaşıblar. Zabitlər mövqelərdən şəhəri müşahidə altında saxlaya bilirlər. Demək istədiyim odur ki, əks hücum əməliyyatları üçün Ukrayna Ordusu əlverişli mövqelərə sahibdir. Bu, ümid verir ki, böyük qüvvələrlə genişmiqyaslı hücumla Xersonun azad edilməsi ehtimalı yüksəkdir. Əgər Ukrayna Xersonu geri qaytarsa və yenidən Krıma quru yolunu bağlasa, bu, Rusiyanın məğlubiyyətidir. Bu halda Rusiya Donbasda nə qədər ərazi işğal edib, nə qədər torpaq ələ keçirib - bunun heç bir əhəmiyyəti qalmayacaq. Çünki Rusiyanın əldə etdiyi yeganə strateji uğur Krıma quru yolu açılması və Dnepr suyunun Krıma buraxılmasıdır. Ukrayna yenidən bu kanalları kəsərsə, Rusiyanın bu müharibədə artıq məğlubiyyəti prosesi başlayacaq. Belə deyək, Rusiyanın əldə etdiyi strateji uğur sıfırlanmış olacaq. Bu baxımdan, Xersonun azad edilməsi Ukrayna üçün dönüş anı olacaq.
- Rusiyanın hərbi baxımdan durumu nə yerdədir?
- Hərbi ekspertlərin dediklərinə görə, artıq Rusiyanın hücumlarının pik nöqtəsi keçib. Rusiyanın hərbi əməliyyatlarının pik nöqtəsi Luqansk, Severedonetsk, Liçansk əməliyyatları sayılır. Bundan sonra Rusiyanın hərbi resurslarında azalma müşahidə ediləcəyi bildirilir. Xüsusən, müharibə başlayandan bu günədək Rusiya özünün döyüş qabiliyyətli hissələrini böyük ölçüdə itirdi. Yaxud döyüş qabiliyyətli hərbi qüvvələr zərbələr aldı və əvvəlki qabiliyyətlərini itirdi. İndi Rusiya məcburdur ki, ehtiyat qüvvələr toplasın. Görünən odur ki, hərbi səfərbərlik elan edə bilmirlər. Çünki bunun Kreml üçün mənfi yöndə ciddi siyasi və iqtisadi-sosial nəticələri ola bilər. Xalq arasında səfərbərliyin narazılıq yarada bilmə ehtimalını nəzərə alan Putin buna getmir.
Amma məlumatlar var ki, ciddi şəkildə ehtiyyatda olan hərbçiləri orduya çağırırlar. "Vaqner" özəl hərbi şirkəti öz muzdlularını cəlb etməklə məşğuldur. Yəni ki, bu şəkildə cəbhəyə əlavə qüvvələr cəmləşdirməyə çalışırlar. Lakin hiss olunur ki, Rusiya son həftələrdə bütün cəbhə xəttini möhkəmlədə bilmir. Bəzən olur ki, Xersonda Ukrayna hərbi qüvvələrinin qarşısını almaq üçün Donbasdakı qüvvələri Xerson istiqamətinə gətirirlər. Belə dəyişikliklər edirlər və bunun özü göstərir ki, Rusiyanın döyüş qabiliyyətli hərbi birləşmə məsələsində problemləri yaranmağa başlayıb.
Digər tərəfdən, son həftələrdə Rusiyanın hərbi texnikasını müşahidə edirik. Məsələn, Rusiya T-62 tanklarını konservasiyadan çıxarıb və cəbhəyə gətirib. Hətta bir videoya rast gəldim, orada Rusiya qüvvələrinin T-34 tankından istifadəsini də gördüm. Bu, nə qədər dəqiqdir, deyə bilmərəm, amma mümkündür. Təsəvvür edin ki, İkinci Dünya müharibəsində istifadə edilən tankları da anbarlardan çıxarıb cəbhəyə gətirirlər. Demək istədiyim odur ki, hərbi texnika baxımından da Rusiyanın problemləri var.
- Amma Rusiyanın böyük hərbi texnika arsenalına malik olduğu haqqında ciddi fikirlər mövcuddur...
- Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Yanlış təsəvvür var ki, Rusiyanın on minlərlə hərbi texnikası var, hərbi sursatı tükənməzdir və s. Bu, doğru yanaşma deyil. Bəli, SSRİ dövründən on minlərlə tank, top qalıb, amma həmin texnikanın nə qədəri işlək vəziyyətdədir, nə qədəri real olaraq faydalıdır? Köhnə hərbi texnikanın işlək vəziyyətə gətirilməsi, mühərrikinin sazlanması və s. bunlar kifayət qədər böyük vəsait və ciddi iş, zaman tələb edir. Hazırkı sanksiya şəraitində Rusiyanın bunu etməsi real görünmür. Rusiyanın hərbi avadanlıqlar, xüsusilə, mikroçiplər əldə etmək məsələsində ciddi problemləri yaranıb. Yəni ki, Rusiyanın köhnə hərbi texnikanı işlək vəziyyətə gətirməsi qeyri-mümkün olmasa da, çox çətindir. Belə deyək, hazırda Ukraynaya Qərbdən modern silahlar gəldiyi zamanda Rusiya arxivdən köhnə texnikasını çıxarıb işlətməyə çalışır. Bir tərəfdə Ukraynanın müasir silahlarla təchiz edilməsi trendi var, Rusiyanın isə müasir silahlar baxımından eniş trendi müşahidə olunur. Ona görə də yaxın aylarda Ukraynanın döyüş meydanında ciddi uğurlar qazana biləcəyi optimizmi yaranır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Bu gün, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Bu gün, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Bu gün, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Bu gün, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Bu gün, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
|