Rusiya bayrağı təhqir olundu .....                     “SƏS Azərbaycan”ın qalibi bəlli oldu .....                     Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır .....                     Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI .....                     Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” .....                     “Məni itirmək istəmir” .....                     "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" .....                     “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                 

İşğal müharibəsi nə gətirdi, nə götürdü, nələr gözlənilir – 4 ayın hesabatı
Tarix: 25-06-2022, 08:20 | Çap et
İşğal müharibəsi nə gətirdi, nə götürdü, nələr gözlənilir
Bu gün iyunun 24-dür. Düz dörd ay əvvəl, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladı. Yaşadığımız dünya və bir parçası olduğumuz Avropa coğrafiyası bu gün 24 fevraldan çox fərqlidir.

Ötən dörd ayın hesabatına başlayarkən, ilk addım olaraq işğalın humanitar tərəfindən başlamalıyıq. Əvvəlcə qaçqın-köçkünlər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 15 iyun tarixli rəsmi məlumatına görə, işğal nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 5 milyon ukraynalı qaçqın kimi Avropanın müxtəlif ölkələrinə səpələnib. Bu cəmin təxminən yarısı müharibəyə və erkən yaşda qaçqın həyatı yaşamaq reallığına məruz qalan uşaqlardır.

Köçkün vəziyyətinə düşərək ölkə daxilində başqa bir nöqtəyə köçmək məcburiyyətində qalan ukraynalıların sayı 7,1 milyon nəfər olaraq hesablanır. BMT yardıma ehtiyacı olan insanların sayını 15,7 milyon nəfər göstərir.

Bundan əlavə, ölkənin şərq bölgəsində davam edən müharibə səbəbindən bombardımanlar altında evlərini tərk etmək məcburiyyətində qalanların sayı günü-gündən artır. Hazırda Ukraynanın hədəfi Rusiya mühasirəsində olan qəsəbə və şəhərlərdən humanitar dəhlizlər açmaqla mülki insanları xilas etməkdir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 15 iyun tarixinə müharibədə həlak olan mülki vətəndaşların sayını 4452 nəfər olaraq açıqlayıb. Yaralıların sayı isə 5531 nəfər olaraq göstərilir. Lakin itkilərin faktiki sayının bu açıqlanan rəqəmlərdən qat-qat çox olduğu hesab edilir.

Hər iki tərəfdən öldürülən əsgərlərin sayı ilə bağlı çox ziddiyyətli rəqəmlər var. Bu arada Rusiyanın, çox vaxt mülki və hərbi ayrı-seçkilik etmədən mülki yaşayış məntəqələrini hədəfə alaraq açıq şəkildə müharibə qanunlarını pozan hücumları artıq bu ölkədə ağır hərbi cinayətlər rekordu yaradıb.

Müdafiə xərcləri yenidən artır

Rusiyanın Ukraynaya təcavüzünün nəticələri hər sahədə heyrətləndirici olub. Avropa qitəsi indi daha az təhlükəsizdir. 1990-cı illərin əvvəllərində “soyuq müharibə” başa çatdıqdan sonra Şərq-Qərb münasibətlərində otuz ildən artıq hakim olan nisbi sabitlik mühiti aradan qalxıb, bu mühitin əsaslandığı status-kvo pozulub.

Rusiya bütövlükdə Qərb dünyası ilə münasibətlərində uzanan münaqişə dövrünə qədəm qoyur. Bu vəziyyətin nəticələri təkcə Avropa ilə məhdudlaşmır, yaşadığımız planetin hər bir hissəsinə yayılır və Yaxın Şərqdən Uzaq Asiya və Çinə qədər qlobal miqyasda bütün güc balanslarına təsir edə biləcək potensial nəticələrə malikdir.

Rusiya işğalının doğurduğu problemlərdən biri də dünyada hərbi xərclərin yenidən artırılmasıdır. Ukraynada müharibənin yaratdığı təhlükəsizlik narahatlıqları hamını ehtiyat tədbirləri axtarmağa vadar edir. Hətta Almaniyada Sosial Demokratlar, Yaşıllar və Azad Demokratların bir araya gəldiyi koalisiya hökumətinin işğal üçün 100 milyon avroluq əlavə müdafiə büdcəsinə qərar verməsi bu sahədəki müharibənin ən diqqətçəkən nəticələrindən biridir.

Fevralın 24-dən əvvəl hərbi ittifaqlardan kənarda qalma ənənələri ilə seçilən Finlandiya və İsveç kimi ölkələr öz təhlükəsizliyi üçün müdafiə zəmanətindən faydalanmaq məqsədilə NATO-ya üzvlük müraciət edib.

Avropada dinc bir mühitdə təhsilə, səhiyyəyə və cəmiyyətlərin rifahına ayrıla bilən resurslar indi hərbi xərclərə yönəldilir və silah sənayesi bundan bir daha qazanır.

Avropa iqtisadiyyatı necə təsirlənəcək?

Sarsıntılar hər cəhətdən böyükdür. Rusiyadan neft və qaz asılılığından qurutuluş yolları axtarışları Avropada bərpa olunan enerji mənbələrinə müraciət planlarına yenidən baxılmasına gətirib çıxarır, kömür və atom elektrik stansiyalarına qayıtmaq planları gündəmdədir.

Rusiya və Ukraynanın dünya taxıl istehsalında böyük payı olması səbəbindən müharibənin başlanması qlobal ərzaq problemi təhlükəsini də doğurdu.

Digər tərəfdən, enerji daşıyıcılarının bahalaşmasının və Avropa iqtisadiyyatına tətbiq edilən sanksiyaların mənfi təsirləri artıq özünü hiss etdirməyə başlayıb. Yaşayış səviyyəsinin aşağı düşməsini istəməyən Avropa cəmiyyətləri üçün bu cür hadisələr yaxşı xəbər deyil.

Müharibə kilid nöqtəyə doğru gedir

Son dörd ayda müharibənin gedişatına nəzər saldıqda birbaşa Kiyevə qarşı əməliyyata başlayan Rusiyanın meydanda böyük hərbi güc iddiasına kölgə salan bir nəticə ilə üzləşdiyinin birlikdə şahidi olduq. Bunun üzərinə bütün müharibə strategiyasını gözdən keçirən Rusiya bu mərhələdə Kiyev hədəfindən əl çəkərək, Ukraynanın şərqindəki Luqansk və Donetsk inzibati vahidlərindən ibarət Donbass bölgəsində qərarlaşdı.

Bu strategiya dəyişikliyi Rusiyanın sərhədə bitişik Luqansk vilayətində müəyyən nəticələr əldə etməsinə şərait yaratdı. Rusiya ordusu, xüsusilə, artilleriya və raket sistemlərindəki say üstünlüyü sayəsində bu bölgədə Ukraynaya qarşı əhəmiyyətli uğurlar qazana bildi. Lakin Rusiya hələ də bütün Luqanskda halqanı tam bağlaya bilməyib. Bundan əlavə, Donetskdə Moskvanın nəzarətindən kənarda qalan xeyli ərazi var.

Bu məqamda Ukrayna da Qərbdən artan miqdarda silah yardımı tələb edir. Yardımın gəlməsi gözlənilən həcmdə və sürətlə olmasa da, Ukrayna ordusu təsirli şəkildə Rusiyaya qarşı müqavimət göstərə bilir.

Hərbi ekspertlərin əhəmiyyətli bir hissəsinin razılaşdığı fikir ondan ibarətdir ki, münaqişələr uzun sürən yıxılma müharibəsinə çevrilir və beləliklə, dalana dirənir. Belə olan halda Ukrayna və bütün dünya uzunmüddətli müharibəyə hazır olmalı olacaq.

Qərb dünyası həmrəyliyini nə qədər qoruya bilər?

Qərb dünyası üçün işin çətinliyi müharibənin sonrakı dövrdə uzadılması ehtimalındadır. Ehtimallara görə, Rusiya Prezidenti Vladimir Putin öz oyun planını belə bir fərziyyə üzərində qurmuşdu ki, o, Ukraynanı işğal etsə, Qərb dünyası ona qarşı vahid mövqe nümayiş etdirə bilməyəcək.

Lakin Qərb dünyasının ABŞ-dan Aİ-yə qədər uzanan birlik çərçivəsində güclü həmrəylik nümayiş etdirməsi təxminləri alt-üst etdi. Qərb bir-birinin ardınca gələn sanksiya paketləri ilə Rusiyaya heç vaxt hesablamadığı miqyasda itki verdirə bildi.

Ən azından beynəlxalq ictimaiyyətə təsirli şəkildə nümayiş etdirildi ki, Rusiya bütün beynəlxalq qaydaları pozmaqla başqa bir ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmaqdan yaxa qurtara bilməyəcək.

Lakin müharibənin beşinci ayına girdiyi bir vaxtda Avropada Rusiyaya qarşı barışmaz münasibətin davam etdirilməsini müdafiə edənlərlə problemin gecikmədən həllini tapması xətti arasında fərqli fikirdə olanların meydana çıxmağa başladığı müşahidə edilir.

Burada əsas bir çətinlik var. Qərb ölkələri demokratik rejimlərinə görə hər bir məsələni kollektiv şəkildə müzakirə etmək məcburiyyətindədirlər. Hökumətlər ictimaiyyət qarşısında hesabat vermək üçün təzyiq altındadır.

Ancaq Rusiyada bütün qərarların tək adamın ağzından gəldiyi avtoritar sistemdə Putinin heç kimə cavab vermək öhdəliyi yoxdur. Bu vəziyyət Rusiya liderinə, müharibə uzandıqca, Avropadakı həmrəyliyi poza bilmək imkanı yaradır.

Bu baxımdan Qərbin Putinə qarşı nə dərəcədə möhkəm dayana biləcəyi, indiki xəttini nə qədər saxlaya biləcəyi, gələcəkdə necə bir dünyada yaşayacağımız suallarına da cavab vermək vacibdir.

Məsələnin kökündə ən azı Avropa qitəsində demokratiyanın, yoxsa qayda-qanun tanımayan avtoritar rejimlərin qalib gələcəyi sualı durur. Söhbət demokratiyaya dəyər verən və qaydalara əsaslanan beynəlxalq nizam idealına əhəmiyyət verən insanlar üçün həyati vacib sualdan gedir.

Müəllif: Sedat Ergin
Mənbə: "hurriyet.com.tr"
Uyğunlaşdırma AYNA-ya məxsusdur










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı
Bu gün, 00:21
“SƏS Azərbaycan”ın qalibi bəlli oldu - "Qızım qalib oldu!"
Bu gün, 00:18
Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır - ETİRAZ
Dünən, 23:43
Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI - "Ağırdır, amma..."
Dünən, 23:39
Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Dünən, 20:28
“Məni itirmək istəmir”
Dünən, 20:23
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Dünən, 15:03
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Dünən, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Dünən, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Dünən, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Dünən, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Dünən, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Dünən, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Dünən, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Dünən, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Dünən, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Dünən, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Dünən, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Dünən, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Dünən, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Dünən, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Dünən, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Dünən, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Dünən, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Dünən, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Dünən, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Dünən, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Dünən, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
24-05-2025, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
24-05-2025, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
24-05-2025, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
24-05-2025, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
24-05-2025, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
24-05-2025, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
24-05-2025, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
24-05-2025, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
24-05-2025, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
24-05-2025, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
24-05-2025, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
24-05-2025, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
24-05-2025, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
24-05-2025, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24-05-2025, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
24-05-2025, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
24-05-2025, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
24-05-2025, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
24-05-2025, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru