ABŞ Ukraynanı əks-hücuma hazırlayır... - Müharibə Moldovaya da sıçraya bilər
Tarix: 21-05-2022, 09:09 | Çap et
 “ABŞ-ın Ukraynaya yeni yardım paketi Odessa limanının açılmasına kömək edəcək”. DİA.AZ ovqat.com-a istinadla xəbər verir ki, ABŞ senatoru Mitç Mak-Konnell “New York Times”a açıqlamasında belə deyib. Senator ABŞ-ın yeni yardım paketinin Ukrayna-Rusiya müharibəsində yeni səhifə açacağına və Ukrayna ordusunun əks-hücuma keçməsinə şərait yaradacağına inanır. “Ukraynalılar hücuma keçməyə çalışırlar. Düşünürəm ki, bu silah paketi onlara indi ehtiyac duyduqlarını vermək üçün nəzərdə tutulub. Bu yardım paketi Ukraynaya nəinki quru müharibəsində qalib gəlmək fürsəti qazandıracaq, həm də ümid edirəm ki, Odessa limanının yenidən açılmasına müəyyən təsir göstərəcək”. Mak-Konnellin fikrincə, Yaxın Şərq və Afrika ölkələrini gözləyən ərzaq çatışmazlığının qarşısını almaq üçün Ukraynaya bu hərbi yardım göstərilməlidir. Senatorun hərbi yardımdan bəhs edərkən, ABŞ-ın Ukrayna üçün ayırdığı 40 milyard dollarlıq paketi nəzərdə tutduğu aydındır. Bundan əvvəl də ABŞ-ın digər nüfuzlu nəşri “The Washington Post” senatorun iddialarını təsdiqləyən məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 40 milyard dollarlıq yeni hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya “Patriot” zenit-raket sistemləri və uzaq mənzilli artilleriya qurğuları verilə bilər. Zənnimizcə, “The Washington Post” digər “uzaq mənzilli artilleriya qurğuları”ndan bəhs edərkən mənzili 120-300 km aralığında dəyişilən silahları nəzərdə tutur. Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: ABŞ Senatında qəbul olunan qətnamədə həmçinin Ukraynaya 8 milyard dollardan çox ümumi iqtisadi dəstək, potensial ərzaq çatışmazlığını aradan qaldırmaq üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox vəsaitin ayrılması nəzərdə tutulurdu. Zənnimizcə, yardım paketi barədə sənəddə “potensial ərzaq çatışmazlığını aradan qaldırılması” xüsusunun açıq şəkildə yer alması da Mak-Konnellin irəli sürdüyü ehtimalı dəstəkləyir. Mak-Konnellin bu açıqlamasından aydın olur ki, yaxın zamanlarda Ukraynada müharibənin daha ağır silahlarla aparılması mərhələsi başlaya bilər. Hətta bu müharibənin təkcə Ukrayna ilə məhdudlaşmaması, digər qonşu ölkələrə sıçraması da istisna edilmir. Təsadüfi deyil ki, dünən NATO ittifaqının da gündəmində Moldovanın rus işğalına məruz qalma təhlükəsi var idi. Britaniya Xarici İşlər naziri Liz Truss “The Telegraph” nəşrinə verdiyi açıqlamasında bu iddianı irəli sürmüş, NATO üzvlərinin Moldovanı “rus işğalından qorumaq” üçün ona silah tədarükünü müzakirə etdiyini vurğulamışdı. O, həmçinin bildirmişdi ki, Böyük Britaniya "Rusiyanın işğal təhlükəsini qorumaq" üçün Moldovaya silah göndərməyə hazırdır. “Ukraynanın cənub-qərbində yerləşən Moldova NATO-nun üzvü deyil və onun ərazi genişlənməsinə can atdığı üçün Ukraynadan sonra Putinin növbəti hədəfinə çevrilə biləcəyi ilə bağlı qorxular var”, - deyə Liz Truss qeyd etmişdi.
Dünən Fransa Prezidenti Emmanuel Makronun da moldovalı həmkarı Maia Sandunu da rus işğalı ilə əlqədar xəbərdarlıq etdiyi bildirilir. Məlumata görə, Fransa lideri həmkarına deyib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək. “Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - Makron bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16 |
|
|
|
• Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14 |
|
|
|
• Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40 |
|
|
|
• Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30 |
|
|
|
• Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26 |
|
|
|
• Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
• “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31 |
|
|
|
• SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23 |
|
|
|
• 'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28 |
|
|
|
• "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20 |
|
|
|
• Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11 |
|
|
|
• Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59 |
|
|
|
• Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46 |
|
|
|
• Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42 |
|
|
|
• "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38 |
|
|
|
• "İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10 |
|
|
|
• İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05 |
|
|
|
• Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39 |
|
|
|
• "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36 |
|
|
|
• "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46 |
|
|
|
• 74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42 |
|
|
|
• Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38 |
|
|
|
• "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34 |
|
|
|
• Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12 |
|
|
|
• Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10 |
|
|
|
• "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04 |
|
|
|
• Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01 |
|
|
|
• Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41 |
|
|
|
• "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19 |
|
|
|
• Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15 |
|
|
|
• Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13 |
|
|
|
• “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08 |
|
|
|
• Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56 |
|
|
|
• Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48 |
|
|
|
• “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46 |
|
|
|
• Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34 |
|
|
|
• Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27 |
|
|
|
• Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29 |
|
|
|
• Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26 |
|
|
|
• Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18 |
|
|
|
• Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13 |
|
|
|
• Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Dünən, 15:11 |
|
|
|
• Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 15:07 |
|
|
|
• Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Dünən, 15:04 |
|
|
|
• Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Dünən, 14:29 |
|
|
|
• Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Dünən, 13:58 |
|
|
|
|