Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır .....                     “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” .....                     Erməni əsgəri ildırım vurub öldürdü .....                     Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib .....                     Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib .....                     Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu .....                     Paşinyan “Hraparak”ı məhkəməyə verir .....                     Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi .....                     "Şükür Allaha, bu ad günümdə tək deyiləm" .....                     Mirzoyanın arvadına yüksək vəzifə verildi .....                     Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj .....                     Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA .....                     “Niyə haram iş görürsünüz?!” .....                     Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır .....                     Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI .....                     İrəvanda açıq savaş: Kim kimi devirəcək? .....                     “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır .....                     İrəvan Bakını yenə haqlı çıxardı .....                     Berlinlə bundan sonra .....                     “Liseylər sosial status simvoluna çevrilərsə, .....                     2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? .....                     Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi .....                     Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? .....                     "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" .....                     Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər .....                     Matviyenko Ermənistana: .....                     Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                 

Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər - İNCƏLƏMƏ...
Tarix: 19-05-2022, 08:53 | Çap et
Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər
Rusiyanın Ukraynadakı hərbi təcavüzünü heç bir faktor tormozlaya bilmir. Üç aya yaxındır ki, davam edən müharibədə Qərbdən Kiyevə siyasi və hərbi dəstəyə, eləcə də maliyyə yardımı ayrılmasına, Rusiyaya isə ağır sanksiyalar tətbiq edilməsinə baxmayaraq, yenə də “Z” ordusunu geri oturdacaq əsaslı dönüş baş vermir. Hərgah Rusiyanın 28 mindən çox canlı itkisi var, xeyli hərbi texnikası vurulub, sanksiyalar ölkə iqtisadiyyatını silkələyib, di gəl yenə də siyasi-hərbi rəhbərlik “dur” əmri vermir. Müharibənin elə bir mərhələsidir ki, burada hansı tərəf dayansa, məğlubiyyəti etiraf etmiş olacaq. diaaz.space-ın məlumatına görə, “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, ona görə də İstanbul razılaşmasından sonra nə Kiyevlə Moskva arasında danışıqlar aparılır, nə Zelenski özü dialoqda maraqlı görünür, nə də savaş səngiyir. Bəli, deyilə bilər ki, Ukrayna ordusu Xarkovu rus hərbçilərindən təmizlədi, döyüşlər cənub və şərq istiqamətlərində gedir, lakin bu ərazilərdə də Xerson və Mariupol kimi şəhərlərə nəzarət əldən çıxıb. Ukrayna ordusu isə Konqresin təsdiqlədiyi 40 milyardlıq yardım paketini, ağır və hücum silahlarını gözləyir ki, əks-hücum əməliyyatlarına başlaya bilsin.

Yəni Rusiya Ukraynanın şərqini işğal etsə belə, bu bölgədə möhkəmlənməsi çətin olacaq. Putin müharibəyə son qoymaq istəsə də, ABŞ-NATO istəməyəcək. Nəticədə böhranın ömrü uzanacaq. Ukrayna rəsmiləri də qeyd edirlər ki, həlledici döyüşlər avqustun sonuna təsadüf edəcək, ilin axırında isə müharibə tamamilə yekunlaşacaq. Böyük Britaniyanın baş naziri Boris Conson isə 2023-cü ilin sonunadək müharibənin davam edəcəyini istisna etməmişdi. Hazırda rus ordusu Odessa, Sumı və digər istiqamətləri də raket atəşinə tutur. Bir nüansı da qeyd etmək lazımdır ki, rusların əsas gücü raket zərbələri endirməkdədir. Ukrayna ordusu isə gözləmə mövqeyində və hücumları dəf etməkdədir, hücum əməliyyatları hələ ki aparmır.

Bu arada, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Mariupolun “Azovstal” zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı son 24 saat ərzində təslim olub. Onun sözlərinə görə, Mariupolda “Azov” millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib. Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar “DXR”in Novoazovsk xəstəxanasına göndərilib.

Beləliklə, kollektiv Qərbin Ukraynaya siyasi, hərbi, maddi dəstəyi, paraleldə Rusiyaya ağır sanksiyaları müharibənin taleyini, ümumi gedişatını ciddi dəyişmir. Rusiya hücumdadır, Ukrayna müdafiə olunur. Bu vəziyyət hara qədər davam edəcək? Müharibə nə vaxta kimi davam edəcək? Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilərmi? Qərbdən gələcək yeni yardımlar əhəmiyyətli dönüşə gətirib çıxara bilərmi?

Üstəlik, burada rus və Qərb silahlarının prestij baxımdan mübarizəsi gedir. Uduzan tərəfin texnikası dünya silah ticarətində dəyərini itirəcək. Həmçinin psixoloji və strateji savaşın şahidiyik. Nə ABŞ-Britaniya, nə Rusiya geri çəkilir. Və bu kor dalanda geriyə addım atan tərəf məğlub sayılacaq, uğurla çıxan dünya siyasətində ikiqat hegemon görünəcək. Bu proksi müharibədən kim üstün çıxacaq?

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası, bütün Avropada yeni geosiyasi situasiya yaradıb: “Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq. Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron ”Putinin sifətini qorumağın" vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini savaş səbəbi sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir. Mümkündür ki, hər şey plan üzrə gedir. Amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil".

Ekspert Ramiyə Məmmədova Ukraynanın qələbə şansının anti-Rusiya koalisiyasından asılı olduğunu düşünür. Onun fikrincə, bu mübarizədə kollektiv Qərb riyakarlıq etməsə, sona qədər dəstəyini davam etdirsə, gec-tez nəticə əldə olunması mümkündür. Təhlilçinin sözlərinə görə, Britaniyanın bu məsələdə rolu çox vacibdir və oradan rus ordusu zəfərlə ayrılarsa, dünya kollektiv Qərbin üzünə tüpürəcək, xalqlar içində inamını itirmiş olacaq: “Sizcə, ABŞ və NATO buna imkan verərmi? Rusun əngini dağıtmadan əl çəkməyəcəklər, müharibəi uzadacaqlar. Hədəf Ukraynada atəşkəs deyil, rusu təngə gətirmək, yormaq və peşman etməkdir. Buna nail olmaq üçün Qərb imkanlarını səfərbər edəcək. Əgər Donbas Rusiyaya birləşsə, Putinin təkbaşına dünya ilə mübarizədən qələbəsi sayılacaq. Ona görə Qərb buna imkan verməyəcək, çünki özünün dəfni, Rusiyanın Avrasiya və bütövlükdə dünyada yüksəlişi sayılacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır - KİV
Bu gün, 00:00
“Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:40
Erməni əsgəri ildırım vurub öldürdü
Dünən, 23:36
Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib - BUNA GÖRƏ
Dünən, 23:34
Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - KİV
Dünən, 23:32
Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Dünən, 18:03
Paşinyan “Hraparak”ı məhkəməyə verir
Dünən, 18:02
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Dünən, 17:58
"Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Dünən, 17:39
Mirzoyanın arvadına yüksək vəzifə verildi
Dünən, 17:35
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Dünən, 17:31
Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Dünən, 17:26
“Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Dünən, 17:21
Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Dünən, 17:16
Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Dünən, 17:14
İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:12
“Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Dünən, 17:09
İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Dünən, 17:08
Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Dünən, 17:06
“Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Dünən, 17:04
2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Dünən, 17:01
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Dünən, 16:59
Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Dünən, 16:57
"Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Dünən, 16:55
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Dünən, 16:52
Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Dünən, 16:49
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Dünən, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Dünən, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Dünən, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Dünən, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Dünən, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Dünən, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Dünən, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Dünən, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Dünən, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Dünən, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Dünən, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Dünən, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Dünən, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Dünən, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Dünən, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Dünən, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Dünən, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Dünən, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Dünən, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Dünən, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Dünən, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Dünən, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru