Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                 

Putindən sonrakı Rusiya və ya "İndiki vəziyyət 100 il əvvəlkindən daha acınacaqlıdır" - GƏLİŞMƏ
Tarix: 17-05-2022, 11:12 | Çap et
Putindən sonrakı Rusiya və ya "İndiki vəziyyət 100 il əvvəlkindən daha acınacaqlıdır"
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə məğlub olacağı ilə bağlı proqnozlar artmaqdadır. Yerli və xarici ekspertlər hesab edirlər ki, Ukrayna Ordusunun Rusiya işğal qüvvələrinə qarşı müqaviməti, Kiyevə kollektiv Qərb tərəfindən həm hərbi, həm də iqtisadi yardımları Rusiyanın məğlubiyyətini qaçılmaz edir. Eyni zamanda, Rusiyaya qarşı misli görünməmiş sanksiyaların tətbiqi və bu sanksiyaların bundan sonra da artırılacağı ehtimalları bu dövlətin iqtisadi cəhətdən çöküşünün labüd olduğunu söyləməyə ciddi əsaslar verir.

Ekspertlərin qənaətincə Rusiyanın məğlubiyyətindən sonra Vladimir Putinin hakimiyyətdə qalması mümkün olmayacaq. Çünki Rusiya xalqının məğlubiyyəti Kreml rəhbərinə bağışlayacağı inandırıcı deyil.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya siyasi elitasında bəzi şəxslər və ictimaiyyət nümayəndələri, biznesmenlər artıq müharibədə məğlubiyyətin baş verəcəyini dərk edirlər. Onların Putin hakimiyyətindən sonrakı dövrə hazırlaşdırları haqqında bir çox mülahizələr səsləndirilir.

Maraqlı sual isə budur: Putindən sonrakı Rusiyanın taleyi necə olacaq? Ukraynada qırğınlar törədən, işğalçılıq siyasətindən çəkinməyən, bu səbəbdən də sanksiyalar çəmbərində boğulan Rusiyanın Putin hakimiyyətindən sonrakı dönəmdə dünya dövlətləri ilə inteqrasiyası necə baş verəcək? diaaz.space-ın məlumatına görə, politoloq Rauf Mirqədirov AYNA-ya şərhində bildirib ki, əgər söhbət Putindən sonrakı dövründən gedirsə, yəqin ki, Rusiya tarixində hər zaman baş vermiş hal müşahidə ediləcək.

Analitik tarixə ekskurs edərək deyib ki, Rusiya nə vaxt məğlub olursa, bundan sonra ölkədə islahatlara cəhd edilir, nələrisə dəyişməyə çalışırlar: "Rusiya tarixinə nəzər salsaq, faktlar bunu deməyə əsas verir. Amma az müddət keçməmiş islahatçıların taleyi çox acınacaqlı olur. İndi Rusiyanın orta və uzun vədədə məğlubiyyəti qaçılmaz görünür. Güman ki, Putindən sonrakı dövrdə tarix təkrarlanacaq, islahatlara cəhd ediləcək. Amma ruslar nə islahatçıları xoşlayırlar, nə demokratları. Onlar hesab edirlər ki, ölkə orta əsrlər qanunları ilə idarə olunmalıdır. Daha doğrusu, orta əsrlər dövrünün qaydaları ilə müasir siyasət yeridilə biləcəyini düşünürlər. Bu baxımdan, Putindən sonrakı dönəmdə islahatlara getmək istəyən qüvvələr olacaq və ruslar hər zamankı kimi, onları da cəzalandıracaqlar".

R.Mirqədirov hesab edir ki, Putindən sonra beynəlxalq aləm əvvəlkilərdən fərqli olaraq, məğlub Rusiyanın ayağa durmasına yardım etməyəcək: "Bu gün dünya Rusiyanı təhlükə kimi görür. Əgər Putin son silahından - nüvə silahından istifadə etməsə, Rusiyanın yenidən toparlanması, dirçəlməsi daha uzun müddət çəkəcək. Rusiyanın ayağa qalxması üçün resursları kifayət qədərdir. Amma bu dəfə daha çətin olacaq. Çünki kollektiv Qərb əvvəllər olduğu kimi bu dəfə Rusiyaya yardım etməyəcək".

"Rusiyanın indiki vəziyyəti ötən əsrin 20-ci illərindəkindən daha acınacaqlıdır. O dövrdə Qərbdə liberal kəsim var idi ki, onlar dünyanın gələcəyini Rusiya ilə bağlayırdılar. Düşünürdülər ki, gələcək kommunizmlə, kommunist dünya görüşü, kommunist azadlıqları və bərabərliyi ideyası ilə bağlıdır. Əlbəttə, liberal kəsim, tanınmış insanlar hər zaman cəmiyyətlərdə ciddi rol oynayırlar. Həmin dövrdə tanınmış insanlar bilərəkdən və ya bilməyərəkdən, Sovet Rusiyasının təsir agentləri rolunda çıxış edirdilər. Bu, əlbəttə, Rusiya üçün çox böyük dəstək idi. Amma indi elə liberallar da yoxdur, yaxud sayları çox azdır", - politoloq əlavə edib.

Analitikin sözlərinə görə, əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın bundan sonra dünyaya inteqrasiya istəyinə inam çox aşağı səviyyədədir: "Əlbəttə, inanan müəyyən dairələr yenə də var, fikirləşirlər ki, Rusiyanın bir hissəsi Avropadır, yenə də inteqrasiyada maraqlı qüvvələr hakimiyyətə gələ bilərlər və s. Amma böyük çoxluq Rusiyanın inteqrasiyada maraqlı olmadığını, imperialist fikrin hakim olduğunu anlayırlar".

"Rusiyanın müharibədə məğlubiyyətindən sonra sözsüz ki, ölkənin ərazisində parçalanma ola, Rusiyadan ərazilər qoparıla bilər. Bu, istisna deyil. Amma düşünmək ki, sabah Çin bütün Sibir ərazisini öz nəzarəti altına alacaq, Ural istiqamətini Qazaxıstan götürəcək, bu, qeyri-real proqnoz olardı", - deyə Mirqədirov fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru