Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

Paşinyanın oyunu, yoxsa ona qarşı çevriliş ssenarisi – Ermənilər küçələrdə
Tarix: 7-05-2022, 11:04 | Çap et
Paşinyanın oyunu, yoxsa ona qarşı çevriliş ssenarisi
Təxminən iki həftədir ki, Ermənistanın müxalifət partiyaları və gənclər hərəkatları paytaxt İrəvanda və ölkənin digər bölgələrində hakimiyyətin siyasətinə qarşı birləşməyə çağıran etiraz yürüşləri təşkil edirlər. Müxalifət hesab edir ki, hakimiyyətin siyasəti Ermənistanın və “Qarabağın” təhlükəsizliyini təhdid edir.

Mayın 1-də İrəvanda keçirilən etiraz mitinqində müxalifət genişmiqyaslı dinc itaətsizlik aksiyalarına başladığını elan edib. Etirazçılar paytaxtın mərkəzində yerləşən “Place de France”da çadırlar qurub, gecəni küçələrdə keçirirlər. İştirakçılar küçələri, kəsişmələri və körpüləri bağlayırlar.

Aksiyaları dağıtmaq, əsayişi bərpa etmək istəyən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar yaşanmaqdadır. 200-dən çox aksiya iştirakçısının, fəalın polis bölmə və şöbələrində saxlanıldığı haqqında məlumatlar var.

İtaətsizlik aksiyalarının əsas təşkilatçıları Ermənistan Parlamentinin müxalif "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan və müxalifətdən olan vitse-spiker İşxan Saqatelyandır. Onlar bəyanatlarında hakimiyyətə qarşı tək tələb irəli sürürlər - Baş nazir Nikol Paşinyanın tezliklə istefaya getməsini.

Ermənistanda baş verən siyasi böhranın necə yön alacağı ilə bağlı müxtəlif mülahizələr var. İstər erməni analitikləri, istərsə də bizim yerli ekspertlərin əksəriyyəti hesab edir ki, Paşinyan hakimiyyətini qoruyub-saxlamağı bacaracaq, çünki Nikolun xalqdan dəstəyi böyük olmaqla yanaşı, hazırkı erməni müxalifətinə cəmiyyət inanmır. Müxalifətin başında dayananlar sabiq hakimiyyət təmsilçiləridir ki, ermənilər bu şəxslərin hansı quldurluqları, talançılıqları törətdiklərini bilirlər.

Müəyyən kəsim isə hesab edir ki, müxalifət istəyinə nail ola, Paşinyan devrilə bilər. Arqument kimi isə o gətirilir ki, erməni müxalifətinin yaratdığı böhranın arxasında əslində xarici qüvvələr, daha doğrusu, Rusiya dayanır.

Qeyd edilir ki, əslində Vanetsyan, Saqatelyan, onların da başında dayanan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan Kremlin marionetləridir. Bildirilir ki, Paşinyanın Azərbaycanla razılaşmaya yönəlik siyasətini istəməyən Rusiya prosesi pozmaq niyyətindədir. Poza bilməsə də, ən azından bunu gecikdirməyi düşünür. Bu baxımdan, Moskvanın İrəvandakı təsir agentləri vasitəsilə Paşinyan hakimiyyətini laxlada, sonunda devirə biləcəyini düşünən analitiklər az deyil. diaaz.space-ın məlumatına görə, Ermənistanda baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı hesab edir ki, baş verənlərin hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı çox azdır:

- Mövcud vəziyyəti analiz etdikdə bunun aydın səbəbləri görünür. Birincisi, hakimiyyətin inzibati resursları genişdir və hazırda bundan lazımınca yararlanır, xüsusilə, aksiyaya şərait yaradılsa da, nəzarətdən çıxmasına imkan verilmir. İkincisi, Qərbin hakimiyyəti dəstəkləməsi Paşinyanın repressiv addımlar atmasına şərait yaradır və lazım olarsa, tədbirlər sərtləşdiriləcək, rəsmi İrəvan da buna görə ciddi təzyiqlə üzləşməyəcək. Üçüncüsü, Ermənistanda həlledici mövqeyə malik olan erməni diasporu və kilsə proseslərə açıq dəstək vermir. Bir neçə ölkədə diaspor nümayəndələri kiçik yürüşlər keçiriblər, lakin bu, olduqca azdır. Dördüncüsü, hakimiyyətin dəyişikliyini istəyən xarici qüvvə görünmür. Qərbin Paşinyana dəstək verdiyi bəllidir, lakin aksiyanı təşkil edən müxalifətin bağlı olduğu Rusiya da Paşinyanın getməsini istəmir.

Hesab edirəm ki, bu amillər dəyişiklik gözləntisini azaldır. Yalnız fors-major situasiyada, hakimiyyətin fiziki aradan götürülməsi, yaxud silahlı qiyamla iqtidarın ələ keçirilməsi kimi hallarda vəziyyət dəyişə bilər. Paşinyanın belə ssenarilərə qarşı önləyici tədbirlər gördüyü istisna deyil.

- Erməni cəmiyyəti hazırkı müxalif qüvvələri nə qədər dəstəkləyir?

- Aksiyanın görüntüləri və rəqəmlər əhalinin az qisminin dəstək verdiyini deməyə əsas verir. Paşinyan 2018-ci ildə küçə inqilabı ilə hakimiyyətə gəldi, indi müxalifət eyni taktikadan ona qarşı istifadə etməyə çalışır. Lakin iştirakçı sayı arasında ciddi fərq var. Müxalifət oturaq aksiya və küçələrin bloklanması kimi planları tətbiq edir və düşünürlər ki, şəhərdə həyatın iflic olması daha çox insanın aksiyaya qoşulmasına şərait yaradacaq. Lakin hakimiyyət özünün 4 il öncə tətbiq etdiyi taktikanı yaxşı bildiyi üçün buna imkan vermir.

Digər tərəfdən, ən mühüm amil tələbin nə olmasıdır. Paşinyan sosial tələblə Sarqsyanı devirə bilmişdi. İndiki aksiyalarda tələb sosial problemlər yox, Qarabağdır və bu, Ermənistan əhalisinin marağını azaldır. Çünki ermənilər bunun yeni müharibə demək olduğunu yaxşı anlayırlar və 44 günlük müharibədən sonra ermənilər döyüşmək istəmirlər. Müharibədən sonra Paşinyanın seçkidə böyük səs çoxluğu ilə qələbə qazanması bundan qaynaqlanırdı. Müxalifət əhaliyə deyir ki, gəlin Paşinyanı devirək və Qarabağa görə yeni müharibəyə başlayaq. 44 günlük müharibədə aldığı yaraları sağalmayan erməni əhalisi bunu qəbul etmir, ən azı uzun müddət də istəməyəcək. Eyni zamanda, əhali 4 il öncə Paşinyana keçmiş klan hakimiyyətlərini devirmək üçün qoşulmuşdu, indi eyni klanı hakimiyyətə gətirmək üçün küçəyə çıxmaq istəmir. Bu baxımdan, proseslərdə Paşinyanın əlini gücləndirən məqamlar daha çoxdur, nəinki müxalifətin.

- Rusiyanın Ermənistanda böhranın yaranmasında hansısa əli ola bilərmi?

- Prosesdə Rusiyanın maraqları onun iştirakını istisna etmir. Moskvanın Cənubi Qafqazda əsas planı vasitəçiliyi üzərindən hakim mövqeyini qorumaq və kənar qüvvənin – Qərbin müdaxiləsini minimallaşdırmaqdır. Brüssel görüşü və əldə olunan razılaşmalar, xüsusilə Bakı ilə İrəvan arasında ikitərəfli format üzrə danışıqların başlanması rusların istəmədiyi situasiyadır. Müxalifətin etiraz aksiyası ilə Ermənistan hakimiyyətinə Brüssel prosesindən çıxması üçün təzyiq edilir. Lakin Rusiyanın burada məqsədinin Paşinyanı devirmək olduğu ehtimalı da azdır. Çünki ruslar Qərb masasındakı anlaşmaların yox, özlərinin vasitəçilik etdikləri üçtərəfli razılaşmaların aktuallığının saxlanılmasını istəyirlər. Paşinyanı əvəz edəcək qüvvələr “Qarabağ tələbi” ilə iqtidara gəlirlərsə, bu razılaşmaların icrası çətin olacaq. O baxımdan, Paşinyan Rusiyaya da ən azı üçtərəfli razılaşmaların icrası baxımdan lazımdır.

Təbii ki, Moskva bu razılaşmaların bütün bəndlərinin icrasını həyata keçirmək niyyətində deyil, maksimum şəkildə prosesi uzatmaqda maraqlıdır, xüsusilə sülh müqaviləsini. Sülh müqaviləsi qaçılmaz olacaqsa, o zaman özlərinin prosesdə hakimlik etməsinə və maraqlarının nəzərə alınmasına çalışırlar. Bu situasiya fonunda baş verənlər Rusiyanın Paşinyanı devirmək yox, ona təzyiq etmək planı kimi görünür. Hərçənd, etirazlar müəyyən mənada Ermənistan hakimiyyətinə də sərf edir.

- Bəzi iddialara görə, Paşinyan özü bu vəziyyətin yaranmasını təşkil edib ki, Azərbaycanla bağlı əldə olunan razılaşmalardan boyun qaçıra bilsin. Çünki proses Paşinyanın Moskva səfərindən sonra şiddətləndi...

- Hazırda Qərbin Brüssel razılaşmasının icrası üçün Ermənistan hakimiyyətinə təzyiq etdiyi aydın görünür. Paşinyan bu anlaşmadan açıq şəkildə imtina edə bilmir. Burada Qərbin dəstəyi, Avropa İttifaqı ilə əlaqələr, o cümlədən, Rusiyanın geosiyasi mənzərədəki yerinin müəmmalı olması kimi amillər rol oynayır. Digər tərəfdən, İrəvan kommunikasiyanın açılmasında və Türkiyə üzərindən Avropaya çıxış əldə etməkdə maraqlıdır. Ermənistan üçün mürəkkəb vəziyyət yaranıb və onlar prosesdən maksimum daha az ziyanla çıxmağa, xüsusilə, Qarabağdakı ermənilərlə bağlı istəklərinin hansısa formada nəzərə alınmasına çalışırlar. Lakin sülh sazişinin Bakının şərtləri ilə imzalanması qəbul edilir. Qərb masasında artıq bu razılaşma var. Öz vasitəçiliyini qorumağa çalışan və prosesi uzatmaq istəyən Rusiya belə, bu şərtləri nəzərə almağa məcburdur.

Belə vəziyyətdə Paşinyana “ictimai etiraz” manevr imkanı yarada bilər və Ermənistan “xalqın ciddi narazılığı var, indi sülh sazişinə imza atmaq dağıdıcı nəticələrə səbəb ola bilər” bəhanələri ilə vaxt qazanmağa, istəklərinin qəbul edildiyi şərtlərin yetişməsinə, yaxud ən azı geosiyasi şəraitin aydınlaşmasına qədər uzatmağa çalışa bilər. Paşinyanın burada daxil siyasətə hesablanmış maraqları da var. Müxalifətin nəticəsiz aksiyası ilə “Qarabağ klanı”nın mövqelərini daha da zəiflədə, həm də Rusiyaya Ermənistandakı əsas güc olduğunu göstərə bilər.

- Ermənistanda hakimiyyət dəyişsə, hakimiyyətə gələcək qüvvələr Qarabağla bağlı hansı addımları ata bilərlər?

- Yeni qüvvələr “yeni müharibə” tələbi ilə hakimiyyətə gəlmək istəyirlər. Fors-major situasiya yaranarsa və hakimiyyət dəyişərsə, yeni qüvvələr Rusiyanın vasitəçilik etdiyi razılaşmalardan kənara çıxmayacaqlar. Lakin proses uzanacaq və xüsusilə sülh müqaviləsinin imzalanmaması, Qarabağdakı separatçı-terrorçu rejimin qalması xəttini inkişaf etdirəcəklər. Rusiya da kommunikasiyanın açılmasında, regional əməkdaşlıq platformasının qurulmasında maraqlı olsa da, uzunmüddətli sülh və Qarabağ məsələsinin tamamilə sıradan çıxmasını istəmir. Azərbaycanın istəklərinə, tələblərinə qarşı çıxmayacaqlar, sadəcə prosesi müxtəlif yollarla uzadacaqlar. Əlbəttə, bu vəziyyət prosesi yeni müharibəyə apara bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru