Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

Rusiyanın Yaxın Şərqdən muzdlular gətirməsinin arxasında nə dayanır? - Kremlin AXIRINCI YOLU...
Tarix: 12-03-2022, 09:24 | Çap et
Rusiyanın Yaxın Şərqdən muzdlular gətirməsinin arxasında nə dayanır?
Bir neçə gün əvvəl Qərb mediasında kəşfiyyat mənbələrinə istinadən belə bir məlumat yayılmışdı ki, Rusiya Yaxın Şərqdən Ukraynaya döyüşmək üçün muzdlular toplayır. ABŞ-da nəşr olunan “The Wall Street Journal”da dərc olunan məqalədə qeyd olunurdu ki, söhbət şəhər şəraitində döyüşmək təcrübəsi olan döyüşçülərin Ukrayna cəbhəsinə gətirilməsindən gedir. Təsadüfi deyilmişвЂ¦

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Yaxın Şərqdən 16 min könüllü müharibədə Rusiyanın tərəfində döyüşməyə hazırdır. Prezident Vladimir Putin isə bu gün – martın 11-də Təhlükəsizlik Şurasının onlayn iclasında deyib ki, Ukraynaya qarşı müharibəyə əcnəbilərin cəlbinə icazə veriləcək. O, vurğulayıb ki, Ukraynada Rusiya qüvvələrinə əcnəbilərin qoşulması ideyasını dəstəkləyir. “Könüllü əsasda kömək etmək istəyən adamlar görsəniz, onları yarı yolda qarşılayıb, döyüş zonalarına getməsinə kömək edin”, – Putin televiziya ilə yayımlanan iclasda deyib.

Putin Şoyqunun daha bir təklifinə razılıq verib. Nazir təklif edib ki, müharibədə qənimət kimi götürülən “Javelin” və “Stinger” kimi ABŞ istehsalı olan tank əleyhinə sistemlər Ukraynanın şərqində olan separatçılara verilsin.

Xatırladaq ki, Ukrayna da Qərb ölkələrindən gələn könüllülərin döyüş əməliyyatlara qatılmasını qanuniləşdirib. Fevralın 28-də Prezident V.Zelenskinin fərmanı ilə Beynəlxalq legion yaradılıb. Rəsmi qurumların məlumatına görə, bu legionun tərkibində, peşəkar hərbiçilər də daxil olmaqla, 20 mindən artıq döyüşçü cəmləşib.

Rusiyanın da bu yola əl atması maraq doğurur. Kifayət qədər böyük saya malik ordusuna rəğmən Putin nədən Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsinə razılıq verib? Bu qərar ordunun cəbhədə olduqca aşağı performans göstərməsi ilə bağlıdır, yoxsa onun arxasında başqa gizli məqsədlər var?

Politoloq Elxan Şahinoğlu Rusiya rəhbərliyinin bu qərarını bir neçə səbəblə izah edir:

“Birincisi, Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin bu şəkildə müqavimətini gözləmirdi. Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti isə postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir, döyüşmədən təslim olan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi məsləhət bilib. Əslində, bu qərar Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır.

İkincisi, Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq, beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”. Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə – muzdlu döyüşçülərə valyuta ödəyəcək. Dünyanın heç bir yerində muzdlular havayı döyüşmürlər”.

Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda, 16 min rəqəmi peyda olmazdı. Bəs Rusiyanın “könüllü” dediyi döyüşçülər kimlərdir?

E.Şahinoğlu hesab edir ki, Kreml, böyük ehtimalla, Suriyada Bəşər Əsəd tərəfdarı olan qrupları nəzərdə tutur. “Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ı illərdir maliyyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzəltmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər”, – politoloq qeyd edib.

Ekspert əlavə edib ki, Kremlin Avropada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır: “Ukraynadakı savaş beynəlmiləl xarakter daşımağa başlayıb. Ukraynada Rusiya ilə Qərbin maraqları kəsişdiyi kimi müxtəlif millət və silahlı qruplaşmaların, o cümlədən terrorçuların məskəninə çevriləcək. Kremlin siyasətini bu cümlə ilə izah etmək olar: Rusiyanı batırmaq istəyirsinizsə, biz də Sizi (Ukrayna və Qərbi) batıracağıq”.

Siyasi təhlilçi Rauf Mirqədirov isə sual edir ki, Şoyqu Putinə məruzəsində hər şeyin plan üzrə getdiyini deyirsə, o zaman muzdluları niyə gətirir: “Bu addım məndə təəccüb doğurur. Əlbəttə, Ukraynaya da Qərbin bir çox ölkələrindən, o cümlədən Şərqi Avropadan döyüşmək üçün könüllülər gedir. Amma onlar azadlığı böyük dəyər hesab edirlər, dünyanın harası olur-olsun, onun uğurunda vuruşmağa, hətta həyatlarını qurban verməyə də hazırdırlar. Xüsusən, Şərqi avroplalılar rus imperializminin nə demək olduğunu yaxşı bilirlər və ona qarşı döyüşməyi özlərinə şərəf hesab edirlər”.

R.Mirqədirov əlavə edir ki, Yaxın Şərq ölkələrində biri-birinə qarşı döyüşənlər belə deyil: “Məlumdur ki, bu adamlar demokratiya, insan haqları kimi bəşəri dəyərlərdən olduqca uzaq adamlardır. Uzun illərdir apardıqları mübarizə də etnik, klan, tayfa, nüfuz davalarıdır. Həmin döyüşçülərin hansı qüvvəni təmsil etməsindən asılı olmayaraq, bu, belədir”.

Ekspertin sözlərinə Rusiya rəhbərliyi onları pulla tutub döyüşlərə göndərir və bunun çox ciddi səbəbləri var: “Əvvəla, Rusiyanın ildırımsürətli hücumla Ukraynanı işğal etmək planı iflasa uğrayıb, çoxlu sayda hərbçi, ağır texnika itirilib. Nəticədə orduda ciddi çaxnaşma yaranıb. Bunun bir neçə səbəbi var, ən əsası odur ki, ruslar özlərinə qardaş hesab etdikləri ukraynalılara qarşı döyüşmək istəmirlər. Putin hakimiyyəti isə bu mənzərəni görür və situasiyanı öz xeyrinə dəyişmək üçün variantlar axtarır. Əvvəlcə Çeçenistanın başçısı Ramzan Kadırovun ətrafındakı silahlı dəstələri Ukraynaya göndərdilər. Bu, olduqca iyrənc bir cinayətdir. Çünki pravoslav xristianlarını öldürmək üçün başqa dinin təmsilçilərini –müsəlmanları səfərbər etmək etnik, dini nifrəti qızışdırmaq cəhdidir. Amma bu plan baş tutmadı, nə çeçenlər, nə də başqa müsəlmanlar ukraynalıları özlərinə düşmən saymırlar, onlara qarşı döyüşmürlər. Əksinə, postsovet məkanındakı müsəlman xalqlarının nümayəndələri, o cümlədən azərbaycanlılar Ukrayna xalqının azadlıq mübarizəsinə qoşulub”.

Rauf Mirqədirov vurğulayır ki, görünür, Putinin Yaxın Şərqdən insan öldürməyə, baş kəsməyə vərdiş etmiş quldurları Ukrayna xalqına qarşı göndərməkdən başqa çıxış yolu qalmayıb: “Bu, çox dəhşətli haldır, heç bir bəraəti olmayan cinayətdir. Amma Putin bundan sonra nə etməsindən asılı olmayaraq, Ukrayna xalqının azadlıq əzmini qıra bilməyəcək, o, artıq məğlubdur”.
//pressklub.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru