Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                     Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? .....                     Bank kartı olanlar oxusun .....                     AYNA auditor seçdi .....                     Daha bir vəzifəli şəxsin milyonluq obyekti .....                     "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" .....                     ETSN bu dəhşətə niyə göz yumur? .....                     AAAF Park-da daha bir özbaşınalıq .....                     “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ .....                     Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                 

Putinin separatçıları tanıması dəlilikdi, ya tələ? - İNCƏLƏMƏ...
Tarix: 22-02-2022, 11:42 | Çap et
Putinin separatçıları tanıması dəlilikdi, ya tələ?
DİA.AZ: - DİA.AZ xəbər verir ki, AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Stiv Quterman Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların müstəqilliyini tanımasını təhlil edir. Müəllif yazır ki, Rusiyanın Donbası tanıması Kreml üçün müəyyən mənada itkidir. Amma Putini bu qərara sövq edən çoxsaylı motivlər də mövcuddur.

Hətta bu yaxınlara qədər Putinin belə bir addımdan çəkinəcəyinə böyük inam vardı. Bəs, Rusiya prezidenti buna niyə getdi?

Moskva 2015-ci ilim fevralında imzalanmış Minsk-2 razılaşmasını Ukraynanın daxili və xarici siyasətinə güclü təsir vasitəsi hesab edirdi. Rusiya 2014-cü ildən Donbasda – Donetsk və Luqansk regionlarının müəyyən hissələrini tutmuş, Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləyir. Münaqişədə 13 min 200-dən çox insan öldürülüb.

Rusiya və Ukrayna arasında sözügedən paktla bağlı fundamental fikir ayrılıqları vardı. Ola bilsin, Putin razılaşmanın Moskvanın şərtləri ilə gerçəkləşəcəyinə ümidini itirmişdi.

İndilik qalib kimi görünmək

Müəllif yazır ki, fevralın 21-də Putinin xalqa müraciətinə qulaq asanların ağlına bir şey gələ bilərdi: Ukrayna ilə sərhədlər yaxınlığına 130 mindən çox əsgər yığmış Putin qonşu ölkəyə irimiqyaslı hücum elan edəcək.

Putin Ukraynanı bolşevik lideri Vladimir Leninin yaratdığını deyərək özünün təmin edə bilmədiyi ambisiyalarına eyham vurdu.

Bəzi təhlilçilərin gümanınca, Luqansk və Donetskdəki qondarma qurumların tanınması Kiyev hökumətini yıxmağı hədəfləyən böyük hərbi hücuma doğru ilk addım ola bilər.

Ancaq azından indilik, Putin iki ağır vəziyyətdən çıxmaq üçün müstəqilliyi tanımağı qələbə kimi görə bilər. Birincisi, böyük işğal və qan axıdılmasıdır, ikincisi isə Ukrayna və Qərbin qəti mövqeyi qarşısında geri çəkilən kimi görünməməkdir.

Hərbi təzyiq davam edəcək


Ancaq Rusiya eyni zamanda Ukraynaya hərbi təzyiqi də davam etdirə bilər. Bu təzyiq Donbasda daha böyük ola bilər: separatçılar Donetsk və Luqanska bütünlükdə iddia edirlər və onların müstəqilliyinin tanınması vilayətlərin qalan hissələrini nəzarətə keçirmək təhdidi yaradır.

Putin özü də çıxışında Ukraynanın bəzi hissələrinin Rusiyaya məxsusluğundan danışıb. Təhlükəsizlik Şurasının iclasında onun iki aparıcı rəsmisi də, guya səhvən, buna eyham vurdular.

Putinin çıxışı həm də elə təəssürat yaradırdı ki, rusiyalıları gələcəkdə Ukraynanı daha aqressiv formada zəbt etməyə hazırlayır. Ancaq misli görünməmiş təzyiq ölkədə vətəndaş cəmiyyəti və narazıları zəiflədib, xalqın etiraz potensialını tükədib.

“Putin anlayır ki, COVID pandemiyası və iqtisadi çətinliklərlə mübarizə aparan rusiyalıların çoxundan ötrü Moskvanın dəstəklədiyi separatçıların tanınması qonşu ilə böyük müharibədən daha məqbuldur”, – müəllif yazır.

Zelenskini zəiflətmək, Qərbi parçalamaq

Putin bu addımla Ukrayna Prezidenti Volodimir Zelenskini zəiflədəcəyinə ümid edir. 2019-cu ildə seçkini asanlıqla udmuş Zelenskinin platformasındakı əsas məsələlərdən biri Donbasda müharibəni itirmək idi, ərazi vermək deyildi.

Digər hədəfsə Qərbi parçalamaq ola bilər. Tammiqyaslı işğal Qərbin birliyini gücləndirəcəkdi, Birləşmiş Ştatlar və Avropa Birliyi bir cəbhədə birləşəcəkdi.

Putin bilir ki, separatçı qurumların tanınması Qərb ölkələrinin buna necə reaksiya vermək, sanksiyalar məsələsində ümumu fikrə gəlməsini çətinləşdirəcək. Özəlliklə də, Rusiya və separatçılar Donbasda hökumətin nəzarətində olan ərazilərə girməzsə, Moskva sərhəddən qoşunları geri çəkməyə başlarsa… Amma sonuncunun əlaməti hələ ortalıqda görünmür.

Bəhanə

Rusiya məhdud müddətə olsa belə, Donbasa hərbi qüvvələr göndərəcək. Son səkkiz ildə orada Rusiya əsgərləri və zabitlərinin olmasına dəlillərə rəğmən, Moskva bunu danırdı.

Putin ümid edə bilər ki, bununla hərbi reaksiyaya səbəb olacaq və bu da Ukraynada digər hədəflərinə çatmaq üçün bəhanə rolun oynayacaq.

“Çıxışdan əsas qənaət odur ki, Rusiya indilik özünü separatçılara вЂ?hücumlar’a cavab vermək bəhanəsi ilə təmin etmiş oldu və daha birbaşa hərbi iştirakını gizlətməyə ehtiyac duymur”, – RAND Corporation təhlil mərkəzindən Samuel Çarap Twitter-də yazıb.

İndiyədək, “Rusiyanın, hətta öz qanunları ilə belə, açıq hərbi müdaxilə üçün əsası yox idi. İndi isə bu çatışmayan əsas element mövcuddur”, – Çarap qeyd edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru