Getdiyimiz yolun güzgüsü .....                     AMİP QURULTAYA GEDİR .....                     İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... .....                     “Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir .....                     Rusiya bayrağı təhqir olundu .....                     “SƏS Azərbaycan”ın qalibi bəlli oldu .....                     Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır .....                     Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI .....                     Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” .....                     “Məni itirmək istəmir” .....                     "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" .....                     “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                 

Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”? - GƏLİŞMƏ
Tarix: 16-02-2022, 08:05 | Çap et
Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini güman edir. Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.

Bu görüşdən sonra 20-dən artıq dövlət Ukraynadakı diplomatik missiyalarını geri çağırıb. ABŞ Dövlət Departamentinin Kiyevdəki səfirliyini təxliyə edəcəyi barədə açıqlaması, onların Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə biləcəyi barədə məlumatların yayılması, Yaponiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatların sayını azaltması, onları təxliyyə etməsi, İtaliya, İsveçrə, Slovakiya, Avstraliya, Səduiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və digər dövlətlərin də analoji addımı atması yaxın günlərdə rusların Ukraynaya hücum edəcəklərinə dair ehtimalları artırıb. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya şərhində deyib ki, hazırda Ukraynada sakitlikdir və xüsusi təşviş yoxdur: “Prezident Volodimir Zelenski Ukrayna xalqına müraciəti zamanı söylədi ki, heç bir halda panikaya yol vermək olmaz və panika düşmənin maraqlarına xidmət edir. Hazırda Kiyevdə və digər şəhərlərdə sakitlikdir. Hamı öz işində-gücündədir. Sərhədlər açıqdır və Ukraynaya aviasiya relsləri işləyir. Yəni, xüsusi bir təşviş yoxdur”.

“Hesab edirəm ki, panika xaricdən idxal olunur və bununla bağlı böyük geosiyasi oyun aparılır. Dünya gücləri yaranmış vəziyyətdən istifadə edərək, öz qaydalarını formalaşdırmağa çalışırlar. Ukrayna hökuməti panikanın yaranmamasında çox israrlıdır və bu yöndə ciddi addımlar atır. Xarici jurnalistlərin “Müharibəni niyə xalqdan gizlədirsiniz” sualına Zelenskinin sərt cavabı da buna misaldır”, - deyə həmsöhbətimiz bildirib.

Diplomatın sözlərinə görə, sabiq Prezident Poroşenkonun rəhbəri olduğu blok bir neçə fraksiya ilə birləşərək, bazar günündə parlamentin fövqəladə iclasının çağırılmasını tələb edirdi: “Orada cəmiyyətə konkret mesajlar verilməsinin vacibliyi qeyd olunacaqdı. Prezident Zelenski buna imkan vermədi və hesab edirəm ki, bu, çox düzgün addım idi. Parlementin sədri də Prezidentlə həmrəylik nümayiş etdirdi. Ənənəvi olaraq bazar ertəsi ali qanunverici orqan toplaşdı və cari məsələləri müzakirə etdi. Ukrayna hərbi qüvvələrinin büdcəsinin və ehtiyat qüvvələrinin artırılması istiqamətində müzakirələr aparıldı”.

“Beynəlxalq ictimaiyyətdə yaxın günlərdə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə fikirlər mövcud olsa da, reallıqda bunlar az inandırıcıdır. Rusiyanın hazırkı həssas şəraitdə Ukraynaya hücum kimi riskli bir qərar verməsi ehtimalı çox aşağıdır. Kreml bilir ki, bu addım Avropa ilə münasibətlərin korlanmasına, nəticə etibarilə “Şimal Axını 2” boru kərmərinin taleyinin təhlükə altına düşməsinə səbəb ola bilər”, - deyə Xudiyev vurğulayıb.

Əlavə edib ki, bəzi dövlətlər diplomatik missiyalarını Ukraynadan çıxarsa da, əksər ölkələr öz fəaliyyətini davam etdirir: “Bir daha qeyd etmək istəyirəm ki, fövqəladə bir narahatlıq və təşviş müşahidə olunmur”.

Azərbaycan Milli Məclisində Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə AYNA-ya açıqlamasında bildirib ki, xarici dövlətlərin öz diplomatic nümayəndəliklərini təxliyə etməsi arzuolunan tendensiya deyil: “20-dən artıq ölkə öz diplomatik korpusunu ya Ukraynadan çıxarıb, ya da onların sayını azaldıb. Bəziləri isə Kiyevdən Lvov şəhərinə daşıyır. Hesab edirəm ki, bunlar preventiv addımlardır və Ukraynanın xeyrinə deyil”.

“Mən bunu səfirliyin əməkdaşları ilə müzakirələrim zamanı da söylədim. Onlar da mənimlə razı olduqlarını bəyan etdilər. Avropanın ortasında müharibə başlamaq böyük bir məsuliyyətdir. Nəzərə alanda ki, Avropa iqtisadiyyatı qənaətbəxş səviyyədə deyil, bu, əlavə problemlərə yol aça bilər. Bütün hallarda çoxsaylı insan tələfatı və ağır iqtisadi böhrana səbəb olacaq bu müharibənin başlanmasını real saymıram. Yəqin ki, ideoloji və informasiya cəbhəsində davam edən hərbi müstəviyə keçməyəcək”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, belə bir müharibənin başlaması dünyanın nəqliyyat sistemini də iflic edəcək: “Müharibə bütün dünya üzrə qiymətlərin artmasına, bahalaşmaya gətirib çıxaracaq. Tərəflər bütün imkanlarını itirməyib və inanmıram ki, hazırkl şəraitdə müharibəyə getsinlər”.

“Məlumdur ki, Türkiyə hazırda tarixi bir missiyanı öz üzərinə götürüb. Həm Rusiya ilə, həm də Ukrayna ilə danışıqlar aparır. Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır və bu, danışıqlar prosesinin tükənmədiyini söyləməyə əsas verir. Müharibə ən son variantdır və bu ehtimalları səsləndirməklə tərəflər bir-birinə təzyiq etməyə çalışır. Hazırda nə oyun gedir və səfirlər niyə və hansı səbəbdən təxliyyə olunur - bu barədə qəti söz demək çətindir”, - deyə Quliyev fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Getdiyimiz yolun güzgüsü – Aparır, bizi... büdcə, aparır!
Bu gün, 00:46
AMİP QURULTAYA GEDİR - Ali Məclis "hə" dedi
Bu gün, 00:36
İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... - BU NƏDİ BELƏ?
Bu gün, 00:31
“Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:28
Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı
Bu gün, 00:21
“SƏS Azərbaycan”ın qalibi bəlli oldu - "Qızım qalib oldu!"
Bu gün, 00:18
Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır - ETİRAZ
Dünən, 23:43
Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI - "Ağırdır, amma..."
Dünən, 23:39
Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Dünən, 20:28
“Məni itirmək istəmir”
Dünən, 20:23
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Dünən, 15:03
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Dünən, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Dünən, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Dünən, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Dünən, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Dünən, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Dünən, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Dünən, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Dünən, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Dünən, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Dünən, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Dünən, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Dünən, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Dünən, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Dünən, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Dünən, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Dünən, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Dünən, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Dünən, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Dünən, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Dünən, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Dünən, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
24-05-2025, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
24-05-2025, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
24-05-2025, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
24-05-2025, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
24-05-2025, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
24-05-2025, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
24-05-2025, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
24-05-2025, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
24-05-2025, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
24-05-2025, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
24-05-2025, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
24-05-2025, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
24-05-2025, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
24-05-2025, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24-05-2025, 18:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru