Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                     “Mənə 6000 maaş veriləcəyini dedi” .....                     Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri .....                     Tahir Qədəşovun vəziyyəti qəlizləşdi .....                     TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu .....                     Köçəryanla bağlı ŞOK İDDİA .....                     Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                 

Türkmənistanda hakimiyyət dəyişikliyi planı? - NƏ BAŞ VERİR?
Tarix: 10-02-2022, 11:56 | Çap et
Türkmənistanda hakimiyyət dəyişikliyi planı?
DİA.AZ: - Türkmənistanda Prezident Qurbanquli Berdiməhəmmədovun hakimiyyəti oğlu Sərdara ötürəcəyi ətrafında spekulyasiya dolaşır. AzadlıqRadiosu-nun Türkmənistan xidmətinin yazıdığına görə, fevralın 11-də parlamentin yuxarı palatasının fövqəladə iclasının planlaşdırılması bu gözləntiləri gücləndirib.

DİA.AZ xəbər verir ki, həmin gün Berdiməhəmmədovun bu qazla zəngin Orta Asiya ölkəsində avtoritar idarəçiliyini rəsmiləşdirməsinin 15-ci ildönümüdür.

Fevralın 11-də onun oğlu Sərdarın Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü və əsası, baş nazirin müavini elan edilməsindən də bir il ötür. Bu, 40 yaşlı Sərdar üçün meteorik sürətlə ölkə rəhbərliyində ikinci posta yüksəlişi idi.

Əlamətdar tarix

Tarixin seçilməsi əlamətdar hesab olunur, çünki ölkənin ekssentrik prezidenti numerologiyaya düşkünlüyü ilə ad çıxarıb. Bu səbəbdən həm Türkmənistandakı müşahidəçilər, həm də adi vətəndaşlar parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasında vacib qərarların veriləcəyindən danışırlar.

Palatanın sədri Prezident Berdiməhəmmədovdur (onun bu vəzifədə olması isə konstitusiyanın 73-cü maddəsini pozur). O deyib ki, iclasda “ölkənin növbəti 30 ildə inkişafı” müzakirə ediləcək.

Türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir. O, “xalqın qayğısına qalan” lider kimi təsvir olunur. Ölkə hazırda iqtisadi böhran içindədir.

Oğul Berdiməhəmmədov atasının adından regionlara saysız səfərlər edir, artan qiymətlər, əsas məhsulların qıtlığı ilə tanış olur. Bəzi müşahidəçilər bunu Berdiməhəmmədovun hakimiyyət iyerarxiyasında aparıcı rolunun təbliği, onun atasının yerinə hazırlanması kimi yozurlar.

Sərdar regionlarda yüksək səviyyədə qarşılanır, onun gəlişindən öncə tələm-tələsik Potemkin kəndləri hazırlanır. Əvvəllər belə hazırlıq ancaq prezident üçün görülərdi.

Şayiələr niyə yayılır

Türkmənistan üzrə ekspert Sərdar Aytakov radioya deyib ki, əhali arasında şayiələr yaymaq ölkənin xüsusi xidmət orqanlarının ictimai fikri manipulyasiya etmək metodudur. Onun sözlərinə görə, son həftələrin söz-söhbəti xüsusi iclasda hakimiyyət dəyişikliyi olmasa belə, mühüm qərarların gözləndiyini istisna etmir.

Onun fikrincə, yuxarılar hakimiyyətin ötürülməsinə mümkün sosial itaətsizlik və açıq qəzəbi önləmək üçün yeni şayiələr yaymağa əl ata, amma keçid haqda indi düşünməyə də bilərlər.

Türkmənistanda yaşayan Aytakovun sözlərinə görə, “qeyri-müəyyən gələcəkdə belə bir keçidi asanlaşdırmaq üçün iclasda müəyyən adamın xeyrinə qərarlar verilə bilər, yəni indiki prezident təqaüdə çıxa, yaxud rəhmətə gedərsə, bu keçid avtomatik baş verə bilər”.

Xüsusi iclasın keçiriləcəyi xəbəri yanvarda, qonşu Qazaxıstanda xalq etirazları ilə eyni vaxtda yayıldı.

Qazaxıstanın Türkmənistanla həmsərhəd Mangistau regionunda qəzəbli kütlə yanacağın bahalanmasına etiraz edirdi. Sonradan etirazlar bütün ölkəyə yayıldı, avtokrat qonşuları da təlaşlandırdı.

вЂ?Ağlamayan uşağa süd verməzlər’

Dövlət mediası bu etirazları işıqlandırmasa da, Türkmənistanda əhali qonşuda baş verənlərdən xəbərdar idi, öz ölkələri ilə paralellər aparırdılar.

Son illər Türkmənistanda da yanacaq, mallar, xidmət və ərzaq bahalanır. Bəzi hallarda azı 300-500 faizlik artım var, subsidiyalar da kəsilib.

Türkmənlərin çoxu Qazaxıstan etirazlarının onlara müsbət təsir göstərdiyini deyirlər.

“Qazaxıstan etirazları Türkmənistanda əhalini ruhlandırdı, onların yadına bu atalar sözünü saldı: вЂ?Ağlamayan uşağa süd verməzlər’. Adamlar anladılar ki, hüquqlarını tələb etsələr, hökuməti dəyişdirə bilərlər. Hətta Qazaxıstan kimi böyük ölkə əhalinin çağırışlarına təslim oldu”, – adının çəkilməsini istəməyən bir türkmən deyib.

Prezident Berdiməhəmmədovun da qonşu ölkədə etirazlardan şoka düşdüyü görünürdü. O, yanvarın 12-də Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirdi, Milli Təhlükəsizlik Nazirliyinə internetdə müstəqil mənbələrin bloklanmasını sərtləşdirmək, təhlükəsizliyi gücləndirmək göstərişi verdi.

Qazaxıstandan hakimiyyətin çıxardığı dərs

Aytakov deyir ki, şuranın fövqəladə iclası təsadüfi deyildi. Ciddi iqtisadi problemlər fonunda Türkmənistanda rejimin dirənişinə rəğmən, Qazaxıstan kimi daha sabit ölkədə etirazlar hakimiyyətin qalıcılığına zəmanət olmadığını göstərdi.

“Türkmənistan hakimiyyəti… Ermənistan, Belarus və Rusiya kimi ölkələrdə qarşıdurma və hakimiyyəti ələ keçirmə cəhdlərini diqqətlə öyrəndi. Ancaq onlar özəlliklə Qazaxıstanda baş verənlərdən müvafiq nəticələr çıxarmağa çalışırlar. İndi hakimiyyətin iqtisadi vəziyyəti nə cürsə düzəltmək imkanı var. Qaz yataqlarının işlənməsi və qaz infrastrukturunun qurulması üçün Çinə böyük kredit borcu bağlanıb. Bu isə sosial böhranın yüngülləşdirilməsindən ötrü maliyyə ehtiyatları yığmağa imkan verir”, – ekspert deyir.

Ancaq o, rəsmilərin yeni pulu iqtisadi böhranın həllinə deyil, “vətəndaş itaətsizliyini boğmaq üçün xüsusi silahlar və avadanlığın alınmasına” yönəltdiyini, təhlükəsizlik qüvvələrinə təlim keçildiyini vurğulayır.

Aytakov Qazaxıstanda baş verənlərin Berdiməhəmmədovun varis planına yanaşmasında dəyişikliyi istisna etmir. Belə ki, rəsmilərin standart həyat səviyyəsinə keyfiyyət dəyişikliyinə böyük ehtiyacı dərk etməsi də mümkündür. Bu baxımdan ekspert gözlənən iclasda müəyyən islahatların da elan oluna biləcəyini istisna etmir.

İştirak üçün hədiyyələr

Xalq Məsləhətinin fövqəladə iclasının iştirakçılarından çoxuna müxtəlif hədiyyələr təklif olunub. Tədbir seçilmiş nümayəndələrin yığışacağı regional mərkəzlərə videolink vasitəsilə yayınlacaq.

AzadlıqRadiosu-nun Lebap şəhərindəki müxbiri xəbər verir ki, icma ağsaqqalları və gənclərə iclasda iştirak üçün 5 min manat (1431 dollar) dəyərində hədiyyələr vəd olunub.

Xalq Məsləhəti 2008-ci ildən 2017-ci iləcən ölü qurum sayılırdı, prezident onu canlandırdı və 2020-ci ildə parlamentin ikinci palatası elan etdi.

Fevralın 11-dən sonra bu qurumun ölkənin idarəçiliyində daha böyük rol oynayacağı ehtimalı da var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Dünən, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Dünən, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Dünən, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Dünən, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Dünən, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Dünən, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru