İlqar İsmayılov həbsdə qaldı .....                     Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: .....                     İcra başçısı özünə yeni müavin təyin etdi .....                     Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                 

İranda şairin həbsdə ölümünə görə aclıq aksiyası keçirilir
Tarix: 2-02-2022, 11:04 | Çap et
İranda şairin həbsdə ölümünə görə aclıq aksiyası keçirilir
İranda bur qrup siyasi məhbusun tanınmış şair və kinorejissor Bəktaş Abtinin ölümünə etiraz olaraq iki həftədir həbsdə aclıq aksiyası keçirdiyi bildirilir. Abtin ötən ayın əvvəlində Evin həbsxanasında COVID-19-a yoluxandan sonra vəfat edib. İnsan haqları ona adekvat tibbi xidmət göstərilmədiyini deyir, ölümünə görə hakimiyyəti ittiham edirlər.

48 yaşlı dissident yanvarın 8-də vəfat edib. Həkimlər ürək xəstəliyindən əziyyət çəkən Abtini xəstəxanaya köçürməzdən öncə tibbi koma vəziyyətinə salmışdılar.

Abtin tanınmış yazar, azad söz müdafiəçisi idi.

Yalnız su içirlər

Onun ölümündən bir neçə gün sonra bir qrup siyasi məhbus aclıq aksiyasına başlayıb. Aksiyanın məqsədi İran həbsxanalarında məhbuslarla sistematik pis rəftara, onlara tibbi xidmətin göstərilməməsinə etirazdır.

Yanvarın 16-da Evində altı məhbusun yeməyi və su içməyi dayandırdığı bildirilir. Bir neçə gündən sonra onlar su içməyə başlayıblar, amma yeməkdən imtina ediblər. Azı daha üç məhbusun aksiyaya qoşulduğu bildirilir.

Abtinin üzv olduğu İran Yazıçılar Dərnəyi məhbusları aclıq aksiyasını dayandırmağa, həyatlarını təhlükəyə atmamağa çağırıb.

“Bu aclıq aksiyası haqda İranda və dünyada məlumatlar yayıldı, bu isə məhbusların Bəktaş Abtinin cinayətkar qətlinə etiraz etmək niyyətinə çatdığını göstərir”, – qurumun bəyanatında deyilir.

Amma çağırışa baxmayaraq, altı məhbus həbsxana administrasiyasının təzyiqinə, özlərinin səhhətinin pisləşməsinə baxmayaraq, yeməkdən imtinanı davam etdirirlər. Bunu AzadlıqRadiosu-na məhbuslardan bəziləri ilə təmasda olan mənbə deyib.

Tibbi xidmət göstərilmir

Anonimlik şərtilə danışan mənbənin sözlərinə görə, məhbuslar gələcəkdə belə insidentlərin önlənməsi üçün Abtinin “qətli” üçün məsuliyyət daşıyanlara qarşı “çəkindirici” tədbirlər tələb edirlər.

Mənbə deyir ki, həbsxana rəsmiləri məhbusların zəng etməsini, ziyarətçi qəbulunu əngəlləyir. Məhbuslara deyilib ki, yalnız aclığı dayandıracaqları halda onlara tibbi xidmət göstəriləcək.

Bir məhbusun yeməsi üçün təzyiq məqsədilə o, qeyri-siyasi məhbusun saxlandığı kameraya, daha ikisi isə Evindən Böyük Tehran Mərkəzi Penitensiar Sisteminə köçürülüb. Sonuncuda vəziyyətin “qorxulu” olduğu bildirilir.

“Bu siyasi məhbuslar dünyaya İran həbsxanalarında qaynamaqda olan fəlakət barədə xəbərdarlıq etməyə çalışırlar”, – Nyu Yorkdakı İranda İnsan Haqları uğrunda Mərkəzin icraçı direktoru Hadi Gaemi radioya deyib.

Abtin İran Yazıçılar Dərnəyi (İYD) ilə əlaqələri və iddia olunan siyasi qətl qurbanlarının məzarlarına ziyarətləri ilə bağlı altı illik həbs cəzası çəkirdi. O, “hökumətə qarşı propaqanda”da suçlu bilinib. Bu dərnək üzvləri hakimiyyətin mütəmadi təzyiqinə məruz qalır.

PEN America onlara mükafat verib

Abtin 2020-ci ilin sentyabrından İYD-nin iki heyət üzvü – Rza Xəndan Məhabadi və Keyvan Bajənlə birlikdə həbs olunub. Oktyabrda PEN America təşkilatı bu üç yazıçıya 2021 PEN/Barbey Yazmaq Azadlığı Mükafatını təqdim edib

Abdinin koronavirus pandemiyası dövründə həbsi insan haqları qurumları tərəfindən sərt tənqid olunmuşdu.

“O, Evin həbsxanasında səhlənkarlıqla üzləşməsəydi, ölümünün qarşısını almaq tamamilə mümkün idi. COVID təbii qatildir, amma İran hökuməti Abtinin ölümünə kömək elədi, hər addımda ona səbəb oldu”, – PEN America-nın baş icraçı rəsmisi Suzanna Nozel yanvarın 8-də deyib. Nozel Abtinin sağlıq problemlərinə baxmayaraq həbsxanada saxlanmasının “effektiv ölüm hökmü” anlamına gəldiyini vurğulayıb.

“Abtinə tibbi xidmət göstərilməyib, onun yanaşı xəstəlikləri gözardı olunub, bəzən çarpayıya qandallanıb”, – bəyanatda vurğulanırdı.

“Vəziyyəti o qədər pis idi ki...”

Abtinin qardaşı Arman Kazıminin sözlərinə görə, qandallar onun topuqlarını əzib, şairə psixoloji stress yaşadıb. Hətta Abtin hərəkət edə, danışa bilməyəndə belə, çarpayıya buxovlanıb.

Kazımi də hakimiyyəti Abtini xəstəxanaya daha tez göndərmədiyinə görə tənqid edib.

“Qardaşım xəstəxanaya aparılanda vəziyyəti o qədər pis idi ki, ağzından çıxan bir neçə sözü eşidə bildik”, – o, yanvarın 26-da Hadese24.ir xəbər saytına deyib.

Abtinin ölümündən bir həftə öncə siyasi məhbus Adil Kianpur Əhvaz şəhərində Şeyban həbsxanasında vəfat edib. O, milli təhlükəsizlik ittihamları ilə üç il həbs cəzası çəkirdi, özü həbsinə etiraz olaraq bir həftə aclıq aksiyası keçirmişdi.

İran ədliyyəsi isə Kianpurun aclıq aksiyası keçirmədiyini, xəstəxanaya köçürüləndən sonra qəfil öldüyünü bildirib.

Həbsxanalarda ölümlər

“Pandemiya dövrüdür və təkcə bir ay içində İranda iki siyasi məhbus vəfat edib, biri COVID-19-dan, digər aclıq aksiyasından sonra. Qanunsuz həbs olunmasaydılar, heç biri həyatını itirməzdi”, – Gaemi vurğulayıb.

O, İran hakimiyyətini siyasi məhbusların hamısını azad etməyə çağırıb.

İran həbsxanalarında pis rəftar, döyülmə, işgəncə, eləcə də adekvat tibbi xidmətin olmaması səbəbindən onlarla məhbusun öldüyü bildirilir. Amnesty International insan haqları təşkilatı ötən il qeyd edirdi ki, 2010-cu ilin yanvarından İran hakimiyyəti həbsxanada azı 72 ölümlə bağlı hesabat verə bilməyib.

Qurum İran məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən həbsxanalar real ölü sayının daha böyük olduğunu bildirir.

Son illər bir neçə siyasi məhbus, o cümlədən tanınmış fəallar Nəsrin Sutude və Nərgiz Məhəmmədi həbslərinə, həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyaları keçiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlqar İsmayılov həbsdə qaldı
Bu gün, 18:07
Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Bu gün, 18:06
İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Bu gün, 18:02
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Bu gün, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Bu gün, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Bu gün, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Bu gün, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Bu gün, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Bu gün, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Bu gün, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Bu gün, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Bu gün, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Bu gün, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Bu gün, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru