Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                     Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                 

Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır - GƏLİŞMƏ
Tarix: 18-01-2022, 13:15 | Çap et
Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır
DİA.AZ: - Orta Asiyanı adətən Pekinlə Moskva arasında rəqabət regionu hesab edirlər. Amma onların Qazaxıstan hadisələrinə reaksiyası birgə işləməyi öyrəndiklərini göstərir. DİA.AZ xəbər verir ki, bu haqda AzadAvropa/AzadlıqRadio-sunun müxbiri Reyd Stendiş yazır.

Son illər Moskva regionun əsas hərbi təminatçısı kimi çıxış edib, Pekin isə Orta Asiyada təhlükəsizlik məsələlərinə tədricən girişib, qeyri-rəsmi forpostlar yaradıb, təlimi gücləndirib. Eyni zamanda çoxmilyardlıq Kəmər və Yol Təşəbbüsü (KYT) infrastruktur layihəsi ilə nüfuzunu artırıb.

Amma təhlilçilərin fikrincə, Çinlə Rusiyanın ümumi qonşuları Qazaxıstanın ərazisində zorakı etirazlara münasibəti iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb.

Sabit, davamlı əlaqələr

“Qazaxıstanda böhran Çin və Rusiyanın Orta Asiyada münasibətinin sabit olduğunu göstərdi. Onların idarə ediləsi xeyli çətin məsələləri və potensial problemləri var. Bu böhranın öhdəsindən gəlmələri isə Pekinlə Moskvanın əlaqələrinin necə davamlı olduğunu göstərir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin aparıcı əməkdaşı Yakub Yakobovski AzadlıqRadiosu-na deyib.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalanmasına etirazlar başlanıb, bir sıra şəhərlərə yayılıb, zorakılıqla müşahidə olunub. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar, talanlar Prezident Kasım Jomart Tokayevi Moskvanın başçılıq etdiyi KTMT-dən kömək istəməyə sövq edib.

Ölkədə hakimiyyət savaşının işartıları görünüb, keçmiş prezident Nursultan Nazarbayev, ona sadiq bir sıra şəxslər aparıcı vəzifələrdən kənarlaşdırılıb.

Təhlilçilərin fikrincə, görünməmiş böhranının Qazaxıstan üçün bir sıra nəticələri olacaq, həmçinin Pekinlə Moskvanın münasibətlərini daha da çalxalayacaq.

Kremlin mesajı

Kreml Qazaxıstana hərbi müdaxilə və Tokayevə dəstək verməklə regionda hələ də əsas təhlükəsizlik qarantı olması və buraya strateji sahəsi kimi baxması mesajını verdi. Eyni zamanda onsuz da böyük siyasi nüfuzunu daha da gücləndirdi.

Digər tərəfdən, Qazaxıstanda kadr yerdəyişmələri Çinin mövqeyinə müəyyən təsir göstərə bilər. Çünki Nazarbayev və Milli Təhlükəsizlik Komitəsinin vəzifədən çıxarılaraq həbs olunmuş sədri Kərim Məsimovun Pekinlə münasibətləri yaxşı idi.

Amma bu dəyişikliyə və potensial gərginlik nöqtələrinə baxmayaraq, Pekinlə Moskva böhrandan bir-birlərinə dəstəyi artırmaq üçün yararlanıblar.

“Hər ikisi Orta Asiyada sabitlikdə maraqlıdır. Çin Rusiyanı regiondan sıxışdırmağa çalışmır. Pekin düşünür ki, Orta Asiyada eksklüziv oyunçu olmaqdansa, qlobal səhnədə daha vacib məsələlər var və Moskvanın ambisiyalarına hörmət göstərir”, – Yakobovski deyib.

Çin Qazaxıstana onmilyardlarla dollar yatırmasına baxmayaraq, son etirazları sükutla qarşılayıb.

“Rəngli inqilab” ritorikası

Ölkəyə KTMT qüvvələrini yerləşdiriləcəyi rəsmi elan olunandan sonra Pekin Tokayevə tam dəstəyini bildirdi. Prezident Si Tsinpinq Qazaxıstanda “rəngli inqilab”ı yatırmaq üçün köməyini də təklif etdi.

Daha sonra Çin hökuməti və getdikcə millətçi mövqe tutan dövlət mediası Rusiyanın başçılıq etdiyi missiyanı dəstəklədi, Orta Asiyada Moskva ilə daha dərin koordinasiyaya çağırdı.

“KTMT missiyasını Qazaxıstan hökumətinin istəməsi və bunun sülhməramlı missiya adlandırılması Pekin üçün daha az problem yaradan məsələdir. Sülhməramlılıq Çinin rəsmi ritorikasının dəstəklədiyi xarici müdaxilə növüdür”, – İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutundan Culia Skiorati deyib.

Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bildirib ki, Qazaxıstandakı olaylar terrorçuluq, separatçılıq və dini ekstremizmdən ibarət “üç şər”ə qarşı mübarizənin vacibliyini göstərir. Qazaxıstan və Rusiyanın da üzv olduğu ŞƏT regionda iştirakını gücləndirməyi təklif edib.

Sonradan Çinin Qazaxıstandakı səfiri Janq Siao deyib ki, ölkəsi “xarici müdaxilə”yə qarşı qonşuları ilə təhlükəsizlik əməkdaşlığını gücləndirəcək.

Çinin əndişəsi

“Çin bu cür davamlı ritorikanı sevir. Xarici təhdidlərlə bağlı xəbərdarlıq həm Çinin, həm də Rusiyanın ehtiyaclarına uğundur, əməkdaşlığı gücləndirmək, Qərbi çıxdaş etmək üçün böyük fürsətdir”, – Frostburq Dövlət Universitetinin professoru Haiyun Ma deyib.

Ma həm də düşünür ki, Orta Asiyada iğtişaşlar Pekini “çox əsəbləşdirib” və Qazaxıstandakı yeni durum “Çin üçün qarmaqarışıqdır”.

KTMT missiyası ilk dəfəydi üzv ölkənin ərazisinə girirdi və bu alyansın çəkisinin artması ŞƏT-in hesabına başa gələ bilər.

Digər tərəfdən, Kremlin Tokayevi dəstəkləməsi Kremlin Nur-Sultandan daha çox güzəşt qoparmasına səbəb olar. Məsimovun həbsi isə Çinin bu ölkədə nüfuz şəbəkəsinin müəyyən qədər sarsılması deməkdir. Məsimov Çinin Qazaxıstan elitası içində sağ əli idi, KYT planının gerçəkləməsinə kömək edirdi.

Ma istənilən halda Rusiya-Çin münasibətlərinə daha geniş mənada ziyan dəyməyəcəyini düşünür. Çünki Pekinlə Moskva Qazaxıstanda “tam əməkdaşlıq etməsələr də, rəqabət halında da deyillər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadın müəllim başçı müavini oldu - ƏMR
Bu gün, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Bu gün, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Bu gün, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru