Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər
Tarix: 12-01-2022, 10:36 | Çap et
 DİA.AZ: - Avropada əhalinin yarıdan çox martadək COVID-19-a yoluxa bilər. Dünya Səhiyyə Təşkilatı (DST) belə bir açıqlama ilə çıxış edərək qitə boyunca “qərbdən şərqə yeni dalğa”nın getdiyini bildirib.
DİA.AZ xəbər verir ki, DST-nin Avropa üzrə regional direktoru Hanz Kluge yanvarın 11-də Səhiyyə Göstəriciləri və Dəyərləndirmə İnstitutunun proqnozuna əsasən xəbərdarlıq səsləndirib. Proqnoza görə, növbəti altı-səkkiz həftə ərzində regionda əhalinin 50 faizindən çoxu omikron ştammına yoluxacaq.
DST-nin Avropa regionuna 53 ölkə və ərazi daxildir. Orta Asiya da bu regiona salınır. Kluge deyib ki, omicron hazırda qərb ölkələrində dominant ştamma çevrilir və hazırda Balkanlara yayılmaqdadır.
Avropa regionu üzrə proqnozlar yanvarın ortasınadək günə 12 milyondan çox yoluxmanın qeydə alınacağını göstərir. Ölkələr üzrə pik yoluxma həddi fərqlənəcək, Orta Asiyada yoluxmaların pik həddi daha gec baş verəcək.
“Fürsət pəncərəsi qapanmaqdadır”
Kluge indiyədək omikrona yoluxmalarda kəskin artım baş verməyən ölkələri vaxtdan yararlanaraq önləyici tədbirlər görməyə səsləyib. O xəbərdarlıq edib ki, ölkələrin səhiyyə sistemlərinin yüklənməsini önləyə biləcək “fürsət pəncərəsi qapanmaqdadır”.
Omikronun yayılmaqda olduğu ərazilərdə isə zəiflərin qorunmasına üstünlük verilməlidir, deyən Kluge ölkələri qapalı məkanlarda maskadan istifadəni məcburi etməyə, risk qrupunda olan əhaliyə, tibb işçiləri və daha yaşlılara sürətlə peyvənd vurmağa çağırıb.
DST rəsmisi təsdiqlənmiş vaksinlərin omikron daxil xəstəliyin ağırlaşmasından və ölümdən yaxşı qoruduğunu deyib. Onun sözlərinə görə, vaksinasiyanın aşağı səviyyədə olduğu yerlərdə ölüm göstəriciləri yüksəkdir.
DST həmçinin yayılmaya qarşı daha yaxşı qorumadan ötrü yeni vaksinlərin yaradılmasına çağırıb. Qurum ilkin COVID-19 vaksinlərinin buster dozalarının effektli strategiya olmadığını bildirir.
4.1 faiz artım
Bu arada yüksək yoluxucu omikron ştammı dünyada sürətlə yayılmaqdadır. Hökumətlər isə yeni qadağalar tətbiq edirlər.
Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinə dair yeni dəyərləndirməsini yayıb. Bank 2022-ci ildə dünyada iqtisadi artımın yavaşıyacağını proqnozlaşdırır. Çünki omikron işçi çatışmazlığını, təchizat zəncirində pozuntuları gücləndirə bilər.
Bank bu il dünyada 4.1 faizlik iqtisadi artım proqnozlaşdırır. Ötən il artım 5.5 faiz olmuşdu.
Çin
COVID-19-dan ilk ölümün təsdiqlənməsindən isə düz iki il ötür. Xəstəliyin ilk dəfə aşkarlandığı Çinin Vuhan şəhərində 2020-ci il yanvarın 11-də 61 yaşlı bir kişi vəfat etmişdi. O vaxtdan pandemiya 5.5 milyona yaxın həyata son qoyub.
Çin sərt lokdaunlar, sərhədlərin bağlanması, kütləvi testlərlə xəstəliyin yayılmasını önləyə bilib. Amma Pekin Qış Olimpiadası öncəsi böyük şəhərlərdə yeni yoluxmalar qeydə alınır.
Henan vilayətindəki Anyanq şəhərinin 5 milyon sakininə evdən çıxmamaq göstərişi verilib. Xəbəri Çinin rəsmi Sinxua agentliyi yayıb. Yujou və Sian şəhərlərində də sərt lokdaun hökm sürür.
Yaponiya sərt sərhəd qadağasını gələn ayın sonunacan uzadıb, ölkəyə əcnəbilərin girişi əsasən qadağan olunub. Meksika Prezidenti Andres Manuel Lopez Obrador isə artıq ikinci dəfə COVID-19-a yoluxduğunu açıqlayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DİA-AZ-da TEXNİKİ FASİLƏ... - DİQQƏT!
Bu gün, 11:38 |
|
|
|
• “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28 |
|
|
|
• “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09 |
|
|
|
• “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00 |
|
|
|
• FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56 |
|
|
|
• "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49 |
|
|
|
• Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47 |
|
|
|
• "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
• Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37 |
|
|
|
• Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35 |
|
|
|
• Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30 |
|
|
|
• “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24 |
|
|
|
• TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14 |
|
|
|
• Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06 |
|
|
|
• Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53 |
|
|
|
• Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46 |
|
|
|
• "Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37 |
|
|
|
• Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31 |
|
|
|
• Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23 |
|
|
|
• “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22 |
|
|
|
• Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08 |
|
|
|
• Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07 |
|
|
|
• İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05 |
|
|
|
• Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02 |
|
|
|
• Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00 |
|
|
|
• Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49 |
|
|
|
• "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47 |
|
|
|
• HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43 |
|
|
|
• İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39 |
|
|
|
• Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35 |
|
|
|
• 16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25 |
|
|
|
• Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05 |
|
|
|
• Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57 |
|
|
|
• Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14 |
|
|
|
• Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
• Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06 |
|
|
|
• AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55 |
|
|
|
• Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43 |
|
|
|
• "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32 |
|
|
|
• ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28 |
|
|
|
• AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12 |
|
|
|
• Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12 |
|
|
|
|