Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                     Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                     16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                     Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                     Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? .....                     Bank kartı olanlar oxusun .....                     AYNA auditor seçdi .....                     Daha bir vəzifəli şəxsin milyonluq obyekti .....                     "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" .....                     ETSN bu dəhşətə niyə göz yumur? .....                     AAAF Park-da daha bir özbaşınalıq .....                     “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ .....                     Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                 

Qazaxıstanda hakimiyyət savaşı gedirmi - AKTUAL
Tarix: 10-01-2022, 16:25 | Çap et
Qazaxıstanda hakimiyyət savaşı gedirmi
DİA.AZ: - Qazaxıstanda etirazların amansızlıqla yatırıldığı bir vaxtda Prezident Kasım Jomart Tokayevlə sələfi, “elbaşı” titulu daşıyan Nursultan Nazarbayev arasında hakimiyyət savaşının da əlamətləri görünür. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır.

DİA.AZ xəbər verir ki, yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş başçısı Kərim Məsimov vətənə xəyanətdə şübhəli bilinərək saxlanıb. Yanvarın 5-də vəzifəsindən azad edilən Məsimov Qazaxıstanın siyasət dənizində böyük balıq sayılır, baxmayaraq ki, son aylar mediada onun adı çox hallanmırdı.

Müəllif yazır ki, Nazarbayevə sadiq birinin həbsi Tokayevin hökuməti sələfinin adamlarından təmizləmək niyyətindən xəbər verir. Prezident bu məqsədlə yerli kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “xaricdə təlim görmüş terrorçuları” aşkarlamadığını bəhanə edir.

Qazaxıstanı 2019-cu ilədək, 30 ilə yaxın idarə edən 81 yaşlı Nazarbayev özü və bəzi ailə üzvləri ölkədə mühüm vəzifələr tuturdular. Hətta o dərəcədə ki, təhlilçilər Tokayevin ona hesabat verdiyini iddia edirdilər.

Məsimov 20 ildi hökumətdə nüfuzlu biriydi, avtoritar Nazarbayevin hakimiyyəti dövründə iki dönəm baş nazir, ondan öncə isə müxtəlif nazir postlarını tutmuşdu. 1990-cı illərin əvvəllərində isə ölkənin Pekində və Honq Konqda kommersiya maraqlarını təmsil edirdi. Onun Nazarbayev üçün Honq Konqa pul transferində vacib rol oynadığı deyilir.

İndi Məsimovun həbsi isə Nazarbayev, onun zəngin və güclü ailə üzvləri üçün yaxşı bir şey vəd eləmir.

Nazarbayevin sözçüsü Aidos Ukibay onun paytaxt Nur-Sultanda olduğunu, Tokayevlə birbaşa əlaqə saxladığını açıqlayıb.

Onlarla etirazçının öldürüldüyü, 6 minə yaxın saxlananın olduğu, əmlaka yüzmilyonlarla dollarlıq ziyan dəydiyi böhran vaxtı Nazarbayev gözə dəyməyib.

Əvvəl görünmürdü, bəs indi?

Paniyer son illər Qazaxıstanda itaətsizlik dönəmlərində Nazarbayevin ictimaiyyətin gözünə görünmədiyini yazır.

Amma indi Məsimov kimi sadiq məmurun həbsi Nazarbayev üçün yaxşı əlamət sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, Məsimovun Qazaxıstanda güclü klanlarla əlaqəsi yoxdur, ona görə də Tokayev üçün asan hədəf sayılırdı.
Janaozendə yanacağın bahalanmasına dinc etirazlar böyüyəndən sonra Tokayev hökumətin istefasını qəbul etdi. O, yanvarın 5-də ölkəyə KTMT qüvvələrini dəvət etdi. O vaxtadək Məsimov KNB başçısı idi, polis və təhlükəsizlik qüvvələri etirazları o qədər də fəal şəkildə yatırmırdı.

Müəllif Tokayev 2019-cu ildə vəzifəyə keçəndən etirazların sürətlə yatırdıldığını, fəalların, təşkilatçıların nümayişlər öncəsi saxlandığını yada salır.

5 yanvar gecəsi Almatıda minlərlə nümayişçi arasında silahlılar da vardı, onlar hökumət qüvvələri ilə atışırdılar. Tokayev isə təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edib.

Bir versiya odur ki, silahlılar, talançılıqla məşğul olanlar Nazarbayev hökuməti altında çiçəklənmiş kriminal qrupların üzvləri olub, keçmiş prezident və yaxın ətrafının hakimiyyətdən uzaqlaşdırılmasını önləmək üçün qabağa veriliblər.

KNB başçısının müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin adı silahlı qrupların təşkili ilə əlaqələndirilir. Abişin yanvarın 5-də vəzifədən çıxarılması xəbəri yayılsa da, qurumun yanvarın 8-də yaydığı xəbərə görə, o hələ də vəzifədədir. Onun vəzifəyə qaytarılması da Nazarbayevin hakimiyyətini saxlamasıyla bağlı spekulyasiya yaradıb.

Bəs görəsən, hakimiyyətdaxili mübarizənin tətiyinin çəkilməsinə nə səbəb oldu? Çoxları etirazlardan məhz bu məqsədlə istifadə olunduğunu düşünür.

1990-cı illərdə baş nazir olmuş, hazırda mühacirətdə yaşayan Akejan Kajegeldin deyir ki, təhlükəsizlik qüvvələri içində Tokayevə qarşı “planın” mövcudluğuna inanır. Tokayev bu səbəbdən KTMT-yə müraciət edə bilərdi.

Yerli hüquq-mühafizə əməkdaşlarının komendant saatını təmin etməməsi, Almatıda KNB binasının qarət olunması və silahların naməlum şəxslərin əlinə düşməsi Kajegeldində suallar yaradıb.

Daha bir versiya isə dekabrın 27-də Tokayev və Nazarbayevin Moskva səfərini göstərən videodan qaynaqlanır. Videoda Nazarbayev çox zəif görünür. Keçmiş prezidentin tərəfdarları onun ölümünün yaxınlaşdığını güman edərək etirazlardan istifadə edərək Tokayevi devirməyə çalışa bilərdilər.

Bəzilərinin fikrincə isə, Tokayevin adamları eyni səbəbdən Nazarbayev ölməmişdən hakimiyyətlərinə gücləndurməyə cəhd ediblər.

Bəziləri Rusiyanın Qazaxıstana çevikliklə qüvvə göndərməsini Kremlin Tokayevə dəstəyinin əlaməti kimi görürlər.

Hətta belə ehtimallar da var ki, Nazarnayevlə Tokayevlə birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar.

Qazaxıstanlı təhlilçi Dimaş Aljanovun fikrincə, Nazarbayev və ailəsi Qazaxıstandan çıxsa, yaxud artıq çıxıbsa, bunu yalnız Tokayevin razılığı ilə edə bilərdilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru