16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                     Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                     Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? .....                     Bank kartı olanlar oxusun .....                     AYNA auditor seçdi .....                     Daha bir vəzifəli şəxsin milyonluq obyekti .....                     "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" .....                     ETSN bu dəhşətə niyə göz yumur? .....                     AAAF Park-da daha bir özbaşınalıq .....                     “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ .....                     Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                 

Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər
Tarix: 10-01-2022, 08:34 | Çap et
Bu gün KTMT ölkələrinin liderləri Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.

DİA.AZ “Report”a istinadən xəbər verir ki, fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən edən Ermənistan toplantının tarixini açıqlayıb.

“Bazar ertəsi (10 yanvar – Red) KTMT ölkələrinin başçılarının videokonfrans vasitəsilə fövqəladə toplantısının keçirilməsi planlaşdırılır”, - Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti TASS-a bildirib. Daha sonra bu məlumatı Kreml də təsdiqləyib. Qeyd olunub ki, iclasda Qazaxıstanda vəziyyətin normallaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.

Yanvarın 6 və 7-də Rusiya Prezidenti Vladimir Putin KTMT-dakı həmkarları - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus rəhbəri Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmələr aparıb.

KTMT sülhməramlıları üçün ilk əməliyyat

Yanvarın 5-də Qazaxıstanın bir sıra yaşayış məntəqələrində başlayan etirazlar basqınlarla müşayiət olunan iğtişaşlara çevriləndə, hökumət binalarının yandırılması zaman Tokayev KTMT ölkələrinin başçılarına Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə yaranan təhlükəni nəzərə alaraq respublikaya yardım göstərilməsi xahişi ilə müraciət edib.

Həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri arasında məsləhətləşmələr aparılıb və yanvarın 6-da Ermənistanın baş naziri təşkilatın Kollektiv Sülhməramlı Qüvvələrini Qazaxıstana göndərmək qərarını elan edib (Kollektiv Təhlükəsizlik Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq). Təşkilatın sülhməramlıları üçün bu əməliyyat ilk idi - bundan əvvəl onlar yalnız təlimlərdə iştirak edirdilər. Yanvarın 9-da onların Qazaxıstana yerləşdirilməsi yekunlaşıb.

Sülhməramlılar Almatı və şəhərə bitişik ərazilərdə mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirirlər. Kollektiv Sülhməramlı Qüvvələrin komandanı, general-polkovnik Andrey Serdyukovun sözlərinə görə, ölkədə vəziyyət tam sabitləşənə qədər hərbçilər bu vəzifələri yerinə yetirməyə davam edəcəklər. Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, KTMT sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanlarının, ordu hissələrinin əməliyyat və döyüş fəaliyyətinə cəlb edilməyəcək.

Qazdan yaranan alov

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir. Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb. Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Qazaxıstanda son vəziyyət

Artıq yanvarın 7-dən respublikanın hakimiyyət orqanları ölkənin bütün bölgələrində bütövlükdə konstitusiya quruluşunun bərpa olunduğunu bəyan ediblər. Böyük şəhərlərin girişində hərbçilərin sənədləri yoxladığı keçid məntəqələri yaradılıb. İnternetdə fasilələr müşahidə olunur. Eyni zamanda, ölkə tədricən normal həyata qayıdır, dəmir yolu və hava əlaqəsi, o cümlədən beynəlxalq əlaqələr bərpa olunur.

Son məlumatlara görə, iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb, 130-dan çox şəxs xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir. Hələlik ölənlər barədə dəqiq məlumat yoxdur, lakin ölənlər arasında ən azı üç azyaşlının olduğu məlumdur. 2,2 mindən çox insan tibbi yardım üçü xəstəxanalara müraciət edib.

Qazaxıstanda yanvarın 10-u bu hadisələr zamanı həlak olanların xatirəsinə matəm günü elan edilib. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 16 təhlükəsizlik əməkdaşı həlak olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru