Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: .....                     Ermənilər Qarabağa GERİ DÖNÜR? .....                     Sergey Lavrov Ermənistana səfər edəcək .....                     Banan marketlərdə niyə bahalanır? .....                     Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? .....                     Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi .....                     Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir .....                     Keçmiş başçının direktor qızı işdən çıxarıldı .....                     Sumqayıtda şəkər xəstələri dərman ala bilmir .....                     “Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” .....                     Karlen İskəndərovun cinayət işi .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Erməni ordusu hələ də özünü bərpa edə bilməyib .....                     Dilbər Sadayeva Kaşpirovski rolunda .....                     Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib .....                     Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə .....                     Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... .....                 

"Ərdoğanın nitqində dünyanın aparıcı güclərinə mühüm mesajlar var idi" - ekspert
Tarix: 23-09-2021, 08:21 | Çap et
"Ərdoğanın nitqində dünyanın aparıcı güclərinə mühüm mesajlar var idi"
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında çıxışı zamanı mühüm məqamlara toxunub. Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atıldığını xatırladan Ərdoğan yüksək tribunadan 44 günlük müharibədən və Azərbaycanın haqlı davasından da söz açıb: “Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub.

Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləməkdə qərarlıdır”. Ərdoğan Krım məsələsinə də toxunub və Ankaranın mövqeyinin dəyişməz olduğunu xatırladıb: “Biz, ilhaqını tanımadığımız Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əhəmiyyət veririk. Krım tatarlarının hüquqlarının müdafiəsi ilə bağlı səylər gücləndirilməlidir”. Türkiyə lideri müsəlman uyğur türklərinin əsas hüquqlarının Çinin ərazi bütövlüyü baxımından qorunması üçün daha çox səy göstərilməli olduğuna inandıqlarını ifadə edib. Ərdoğan 74 illik Kəşmir probleminin də tərəflər arasında dialoq yolu ilə və BMT-nin müvafiq qətnamələri çərçivəsində həll edilməsinə tərəfdar olduğunu söyləyib. Türkiyə lideri iki ildir dünyanı cənginə almış pandemiya bəlasından da bəhs edib. Vurğulayıb ki, insanlıq 2 ildir ağrılı günlər yaşayır. Ərdoğanın sözlərinə görə, on milyonlarla insanın virusun pəncəsində olduğu bir vaxtda peyvənd milliyətçiliyinin hələ də davam etdirilməsi insanlıq üçün biabırçılıqdır. Prezident Əfqanıstan məsələsinə də toxunub və bildirib ki, orada ən qısa zamanda sülh, sabitlik və təhlükəsizlik qurulacaq və Əfqanıstan xalqı sülhə qovuşacaq:

“Türkiyə olaraq bu çətin günlərdə Əfqanıstan xalqına qarşı qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik”. Yüz minlərlə insanın ölümünə və milyonların ölkəni tərk etməsinə səbəb olan Suriyadakı humanitar faciənin bütün dünyanın gözü qarşısında 10-cu ilini geridə qoyduğuna diqqət çəkən Ərdoğan Türkiyənin bir tərəfdən 4 milyon suriyalıya qucaq açarkən, bölgədə qan və gözyaşı axıdan terror təşkilatlarına qarşı da sahədə mübarizə apardığını dilə gətirib: “Beynəlxalq birlik Suriya böhranının daha 10 il davam etməsinə icazə verə bilməz. Suriya xalqının gözləntilərinə cavab verəcək şəkildə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanaraq, bir siyasi həll yolu tapmaq vacibdir”. Türkiyə rəhbəri bölgədə qeyri-sabitliyi dərinləşdirən, sülh və təhlükəsizliyi təhdid edən ən əhəmiyyətli problemlərdən birinin də İsrail-Fələstin münaqişəsi olduğunu söyləyib:

“Fələstin xalqına zülm davam etdikcə Orta Şərqin davamlı sülh və sabitliyə nail olması qeyri-mümkündür. Bu səbəbdən işğal, ilhaq və qanunsuz məskunlaşma siyasətlərinə dərhal son qoyulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1947-ci il qətnaməsinə əsaslanaraq Qüdsün beynəlxalq statusunun pozulmasına, Məscidül-Həram məhrəmiyyətinə və Fələstin xalqının hüquqlarına qarşı pozuntuların əleyhinə səsimizi ucaltmağa davam edəcəyik. Sülh prosesi və iki dövlətli həll baxışına yubanmadan fəallıq qazandırılmalıdır”. Qardaş ölkə rəhbəri Kıbrıs məsələsinin ədalətli, daimi və davamlı həllinin yalnız nəticə yönümlü və realist bir yanaşma ilə mümkün ola biləcəyini vurğulayıb: “BMT-nin bərabər qəbul etdiyi adadakı iki xalqdan birinin lideri sizə müraciət edə bilsə də, digər liderin bu platformada səsini eşitdirə bilməməsi ədalətli deyil”. Ərdoğan bölgədə Şərqi Aralıq dənizinin ən uzun sahilinə sahib olan Türkiyəni görməməzlikdən gələn anlayışdan əl çəkməyin vacib olduğunu vurğulayıb. O, “Dünya 5-dən daha böyükdür” ifadəsini bir daha dilə gətirib.
Hər zaman olduğu kimi Türkiyə prezidentinin açıqlamaları dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilib. Qərb ölkələrinin media orqanları Ərdoğanın çıxışına geniş yer veriblər və ətrafında müzakirələr açıblar.

Qardaş ölkə başçısının BMT kürsüsündən çıxışının detallarını “Şərq”ə təhlil edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ərdoğanın nitqində dünyanın aparıcı güclərinə mühüm mesajlar var idi. Ekspertin sözlərinə görə, Ərdoğan “beş ölkənin” nəzarət etdiyi və yönəltdiyi dünyanın nə qədər ədalətsizcəsinə idarə olunduğunu göstərməyə çalışdı:

“Türkiyə lideri dəfələrlə “Dünya beşdən böyükdür” deyərək BMT-nin indiki işləmə mexanizminin yanlışlığını bəyan edib. Vurğulayıb ki, qurumun Təhlükəsizlik Şurasının tərkibi mütləq genişlənməlidir. Bu məsələ Avropa ölkələrinin də marağındadır. Məsələn, Almaniya TŞ-də təmsil olunmaq niyyətindədir. Dəfələrlə qeyd olunub ki, BMT-nin səsvermə mexanizmi dəyişməlidir. İndiki səsvermə ədalətsizdir və ölkələrin səs hüquqlarının heç bir əhəmiyyəti yoxdur. Çünki TŞ istədiyi vaxt hansısa qərara veto qoymaq səlahiyyətinə malikdir. Ərdoğanın BMT-dəki çıxışı mövcud qlobal idarəetməyə qarşı idi və Türkiyə rəhbəri tam haqlı olaraq öz təkliflərini irəli sürürdü. Əgər pandemiya ümumi bəladırsa, onunla mübarizə birgə aparılmalı və vaksinlər ölkələr arasında ədalətli paylanmalıdır. Bu məqama Azərbaycan dövlət başçısı da bir neçə dəfə toxunub. Əslində vaksin üzərindən siyasi mübarizə gedir. Ərdoğan məhz həmin məqama diqqəti yönəltməyə çalışdı”.

Ekspertə görə, qardaş ölkə liderinin Qarabağ savaşı və Azərbaycanın haqlı mübarizəsini yenidən gündəmə gətirməsi gözlənilən idi: “Ərdoğan əksər beynəlxalq tribunalarda Azərbaycandan bəhs edib. Biz davamlı olaraq qardaş Türkiyədən bu dəstəyi görmüşük. Şübhə yox ki, indiki məqamda 44 günlük müharibənin xatırladılması təsadüfi deyildi. Qərb ölkələrində, xüsusən Fransada yenidən Minsk qrupu, “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi terminləri gündəmə gətirilir. Prosesin davamı Qarabağdakı ermənilərin öz “müqəddəratını” həll etmək məsələsidir. Bu, Azərbaycana təzyiq metodlarının işə salınmasıdır və arxasında erməni lobbisinin dayanması heç kimə sirr deyil. Təmsil olunmadığımız yerdə müdafiəçimiz qardaş Türkiyədir. Ərdoğan bütün dünyaya bir daha elan etdi ki, Azərbaycan öz təbii haqqından istifadə edərək torpaqlarını işğaldan azad edib. BMT-nin qətnamələrinin də xatırladılması TŞ-yə mesaj idi ki, sizin 30 ildə etmədiyinizi Azərbaycan 44 gündə reallaşdırdı. Ərdoğanın çıxışı müəyyən risklərə qarşı önləyici addımlar sayılmalıdır”.

A.Nərimanlı bəyan edib ki, Ərdoğan uyğur türkləri məsələsini çox ustalıqla gündəmə gətirdi:

“Onun çıxışına nəzər yetirsək, görərik ki, Çinə qarşı hansısa ifadə yoxdur. Vurğuladı ki, uyğur türklərinin problemləri Çinin ərazi bütövlüyünə uyğun həll olunmalıdır. Yeni geosiyasi vəziyyətdə məsələnin bu cür həlli rəsmi Pekinə də sərf edir. Hamı qəbul edir ki, dünya təkqütblü olmaqdan çıxıb. Artıq dünyada ABŞ-la yanaşı Çin qütbü də var. Türkiyə Amerikanın müttəfiqi, NATO ölkəsi kimi tanınsa da, öz müstəqil xarici siyasəti ilə seçilir. Son zamanlarda Ankara-Pekin arasında yaxınlaşma da bundan xəbər verir. Ərdoğanın çıxışı da Çinə mesaj kimi dəyərləndirilə bilər. Türkiyə fərqindədir ki, Pekinlə əlaqələri sıxlaşdırarsa, uyğur türklərinə qarşı zülmün qarşısını ala bilər. Pekinin mesajı düzgün dəyərləndirəcəyindən əminəm”.
Həmsöhbətimizə görə, Türkiyə liderinin Krımla bağlı çıxışı da maraqla qarşılandı: “Ankara-Moskva münasibətlərinə rəğmən, hər iki ölkə özlərinin “qırmızı xətt”lərini müəyyən ediblər. Ərdoğan dəfələrlə vurğulayıb ki, Krım məsələsində Ankaranın yanaşması dəyişməzdir. Gələn ay “Türk Dövlətləri Birliyi” elan edilməlidir. İnformasiyalara görə, 15 ölkə quruma müşahidəçi statusu almaq istəyir. Türkmənistanın da qoşulması ilə 6 dövlət daimi üzv olacaq. 15 ölkə isə türkdilli dövlətlər deyil və proses göstərir ki, onlardan biri Ukrayna ola bilər. Ərdoğanın BMT-də məhz Krımı gündəmə gətirməsi Ukraynaya mühüm jest sayılır və heç də təsadüfi deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Bu gün, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Bu gün, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Bu gün, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Bu gün, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Bu gün, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Bu gün, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Bu gün, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Bu gün, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Bu gün, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Bu gün, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Bu gün, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Bu gün, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Bu gün, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Bu gün, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Bu gün, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Bu gün, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Bu gün, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Bu gün, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Bu gün, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Bu gün, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Bu gün, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Bu gün, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Bu gün, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Bu gün, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Bu gün, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Bu gün, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Bu gün, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Bu gün, 12:45
Karlen İskəndərovun cinayət işi - MƏHKƏMƏ OLDU
Bu gün, 12:41
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:39
Erməni ordusu hələ də özünü bərpa edə bilməyib - Köçəryan
Bu gün, 12:31
Dilbər Sadayeva Kaşpirovski rolunda - Bakıda peyda olan "Pudokina" kimdir?
Bu gün, 12:26
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyən bir qrup vətəndaşla görüş keçirilib - VİDEO
Bu gün, 12:22
Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
Bu gün, 12:17
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 12:08
Məzahir Pənahovla bağlı DAHA BİR İDDİA... - 400 min manata yaxın vəsaitin taleyi bilinmir
Bu gün, 12:06
Sanksiya şoku: Polşa Azərbaycan üçün nəzərdə tutulan yükü müsadirə etdi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Şəki təsərrüfatlarında TƏHLÜKƏ – Meyvələri məhv edən XƏSTƏLİK yayıldı
Bu gün, 11:53
“Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm” - Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır
Bu gün, 11:44
Ağrı dağında gözümüz yoxdur - Köçəryan
Bu gün, 11:33
“Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:31
Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
Bu gün, 11:27
Koçaryan Avropaya qarşı çıxdı: - “Ermənistan üçün ən yaxşısı Aİ-dən uzaq durmaqdır”
Bu gün, 11:21
Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi - İLGİNC FAKTLAR...
Bu gün, 11:13
Qusar xətəxanası ətrafında problem bitmir - Bu dəfə də xəzinadar cəzalandırıldı
Bu gün, 11:06
500 ilin söhbətindən FAYDA ÇIXARANLAR... - Ya rusbaşdı, ya da qumbaş…
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru