Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                 

“Böyük fəlakət”, yoxsa “soyqırımı” – Diqqətlər Ağ Evdə
Tarix: 23-04-2021, 12:57 | Çap et
“Böyük fəlakət”, yoxsa “soyqırımı”
Yenə də dünya, daha doğrusu, dünya erməniləri və Türkiyənin düşmənləri, Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın tanınması barədə Ağ Evdən “müjdə” eşidiləcəyi ümidi ilə donub qalıblar. Amerikalı rəsmilərə istinad edərək “The Wall Street Journal” artıq “ABŞ Prezidenti Co Baydenin 20-ci yüzilliyin əvvəllərində Osmanlı İmperiyasındakı erməni soyqırımını rəsmi olaraq tanıyacağı” barədə xəbər verdi. Qəzetin yazdığına görə, Amerika lideri 24 aprel şənbə günü belə bir açıqlama verə bilər.

Xatırladaq ki, hər il bu tarix Ermənistanda “erməni soyqırımı qurbanlarının anım günü” kimi qeyd olunur. Nəşrin mənbələrinə görə, Ağ Ev rəhbəri 1915-ci il hadisələrini "soyqırımı" adlandıracaq. Bununla birlikdə, bu mövzuda qəti bir qərarın hələ verilmədiyini bildirirlər. Qəzetin həmsöhbətlərinə görə, Bayden yalnız “soyqırımı”nın rəsmi tanınmasını ehtiva etməyəcək formal bir açıqlama verə bilər.

Qeyd edək ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Türkiyənin mövqeyini nəzərə alaraq 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaqdan imtina etmişdi. Türkiyənin mövqeyinə görə, erməni əhalisi Birinci Dünya müharibəsi dövründə erməni əhalisnin Rusiyanın tərəfinə keçməsi səbəbindən hərbi əməliyyatlar ərazisindən ölkənin cənub-şərqinə köçürmə siyasəti zamanı məhv olması ilə bağlıdır.

Ankara uzun illərdir ki, 100 il əvvəlki hadisələri araşdırmaq üçün arxivləri açmağı təklif edir, lakin erməni tərəfi əlverişsiz vəziyyətdə olmaqdan qorxaraq, tarixçilərin xidmətlərindən imtina edir. Türk tarixçiləri 1915 hadisələrinin heç bir şəkildə etnik təmizlənmə olmadığını və qarşıdurmalar nəticəsində çox sayda türkün özünün də ermənilər tərəfindən qətlə yetirildiyini qeyd edirlər.

Türk tərəfinə görə, bir erməni üsyanı oldub və ermənilərin bütün köçürülmə əməliyyatları hərbi zərurətdən əmələ gəlib. Türkiyə öldürülən ermənilərin sayı barədə ermənilərin iddia etdiyi məlumatlarla razılaşmır və üsyanın yatırılması zamanı türk birlikləri və əhali arasında çox sayda qurbanların olduğunu vurğulayır.

Baydenin “soyqırımını” tanıması gözlənildiyinə dair fərziyyələrlə yanaşı, “Wall Street Journal” Ağ Ev sözçüsü Cen Psakinin Prezidentin planları ilə əlaqədar ilkin açıqlamalar verməyə razı olmadığını yazır. Eyni zamanda qəzet özü Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməsinin Türkiyə ilə gərginliyi daha da dərinləşdirəcəyindən qorxduğunu qeyd edir. Baxmayaraq ki, Bayden keçən ilin noyabr ayında seçki kampaniyası zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağına söz vermişdi.

“Wall Street Journal” Baydenin “soyqırımı” sözünü xatırlatması halında, Türkiyənin 2019-cu ildə olduğu kimi, Amerikanın yerli əhalisinin – hinduların aqibətini ABŞ-a xatırladacağını iddia edir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nı tanıyan bir qərarına cavab olaraq, dövlət səviyyəsində ABŞ-da hinduların soyqırımını tanımaqla hədələmiş, Amerika senatorlarını tarixdən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı.

Bayden “genosid” ifadəsini işlədərsə, Türkiyə amerikalılar üçün İncirlik hərbi bazasını da qapada bilər. Bundan əlavə, türkiyəli analitik, İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgenin “Wall Street Journal” nəşrinə dediyi kimi, Türkiyə ABŞ-ın ixrac əməliyyatları üçün qeyri-rəsmi əngəllər yarada bilər.

Politoloq türk xalqının əksəriyyətinin bu mövzuda hökumətlə eyni fikirdə olduğunu vurğulayıb: “Türk xalqı tarixin bu səhifəsini təkcə erməni xalqının faciəsi deyil, eyni zamanda Balkanlarda etnik təmizləməyə məruz qalan türk xalqının faciəsi kimi qəbul edir”.

Xatırladaq ki, bütün Amerika prezidentlərindən yalnız Ronald Reyqan “soyqırımı” ifadəsini işlədib və Trampın prezidentliyi dövründə Ağ Evin mətbuat katibi Kaylee Makinani bir dəfə brifinqdə xarici mətbuatda səs-küyə səbəb olan “erməni soyqırımı” ifadəsini səsləndirdi. Amerika rəhbərliyi həmişə bu termini istifadə etməməyə çalışdığından, bir qayda olaraq, “böyük fəlakət” kimi başqa ifadələri seçiblər.

Məsələn, əvvəlki ABŞ Prezidenti Donald Tramp və ondan qabaqkı Prezident Barak Obama 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmışdılar. Bill Klintonun prezidentliyi dövründən bəri ABŞ prezidentləri oxşar ifadələr işlədiblər, baxmayaraq ki, seçki kampaniyaları zamanı erməni mənşəli seçicilərdən və ermənipərəst seçicilərdən səs almaq üçün müəyyən vədlər verirdilər.

Ancaq siyasət dəyişkən bir şeydir və siyasətçilər çox proqnozlaşdırılan insanlar deyillər. Üstəlik, əsl siyasətçi üçün ölkənin maraqları prioritetdir. Amerika liderinin qərarı, bir yaxın müttəfiq və Yaxın Şərq bölgəsindəki ən nüfuzlu dövlət olan Türkiyə ilə münasibətlərin gələcəyini müəyyən edəcək. Görək Bayden nə edir? Siyasi məqsədəuyğunluğun üstünlük təşkil edib-etməyəcəyini aprelin 24-də görəcəyik.
//ayna.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Dünən, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Dünən, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Dünən, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Dünən, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Dünən, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru