Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                 

Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Tarix: Bu gün, 06:53 | Çap et

ABŞ prezidenti Donald Tramp ötən həftə Kremlə açıq xəbərdarlıq etdi. O, Kiyevə Avropa vasitəsilə silah tədarükü planlarını elan edərək bildirdi ki, əgər Rusiya Ukraynadakı müharibə ilə bağlı 50 gün ərzində razılığa gəlməsə, ABŞ "çox sərt" tariflər tətbiq edəcək.

Tramp atəşkəsin, yoxsa yalnız hərtərəfli sülh razılaşmasının bəs edəcəyi haqda konkret danışmayıb. Bir çox analitiklər bu ehtimalın az olduğunu deyirlər. Səbəblərinə gəlincə...

Ərazi hədəfləri

Rusiya prezidenti Vladimir Putinin hədəfi təkcə Ukraynanın bir hissəsini işğal etmək deyil, bundan qat-qat genişdir: O, ölkəni fəth etmək, NATO ilə Qərbi zəiflətmək, Moskvanın sovet dövründəki idarəçiliyi Avropanın geniş ərazilərində bərpa etmək istədiyini açıq bildirib.

AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman bu haqda yazır.

Amma birbaşa istədiyi də elə ərazi ilə bağlıdır. Rusiya Ukraynanın təxminən 20 faizini işğal edib. 2014-cü ildən bəri Krım yarımadası Rusiyanın nəzarətindədir. Putin rəsmi şəkildə iddia edir ki, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionları da Rusiyanındır. Məsələ bundadır ki, Rusiya bu vilayətlərin böyük hissələri tuta bilməyib.

Rusiya bildirib ki, Ukraynanın həmin dörd bölgədən tam geri çəkilməsi istənilən sülh razılaşmasının ilkin şərtidir. Kiyev bu tələbi qəbuledilməz sayır. Analitiklər deyirlər ki, Putin yalnız hazırda nəzarət etdiyi əraziləri əhatələyən bir razılaşmaya getsə, ölkə daxilində buna mümkün təpkini idarə edə bilər. Amma o, belə bir addım atacağına dair heç bir işarə verməyib.

Əksinə, Rusiya ritorikasında bu tələbdə israr edir.

Putin iddiasını reallığa çevirməyə çalışır, xüsusilə Donetsk bölgəsində irəliləyir, dağıdılmış Pokrovsk şəhərini təzyiq altında saxlayır.

Kremlə yaxın deputat Konstantin Kosaçov Telegram-da Trampın dediyinə belə reaksiya verib: "50 gün ərzində cəbhə xəttində çox şey dəyişə bilər".

Rusiya növbəti həftələrdə hücumunu sürətləndirə bilər, hətta Xarkov və Sumı vilayətlərinə belə.

Rusiyanın sentyabra qədər dörd regionun qalan hissələrini, o cümlədən Zaporojye və Xersonun paytaxtlarını ələ keçirməsi mümkün görünmür. Amma Putinin bu ərazilər üzərində nəzarəti hər hansı sazişdən öncə, heç olmasa, kağız üzərində təmin etmək istəyi daha da arta bilər.

"Mənə görə, Putinin heç bir atəşkəs istəmədiyi aydındır, ən azı onun konstitusiyasında Rusiya ərazisi kimi göstərilən bütün bölgələrə tam nəzarəti əldə etməyincə", –Rusiya parlamentinin keçmiş müxalifətçi deputatı Dmitri Qudkov iyulun 16-da "Current Time" kanalına bildirib.

"Əslində bu, Ukraynanın kapitulyasiyası demək olardı", – o əlavə edib.

"Ultimatumlar qəbuledilməzdir"

Tramp altı ay əvvəl prezident vəzifəsinə başladığı vaxtdan bəri Ukraynadakı müharibəyə son qoymaq üçün vasitəçilik etməyə çalışır. Seçki kampaniyası zamanı o, bu münaqişəni bir-iki günə həll edə biləcəyini demişdi. Lakin Putin bu cəhdlərə dirəniş göstərib, ABŞ-nin 30 günlük atəşkəs çağırışını ehtiyatlı ifadələrlə rədd edib. Tramp son həftələrdə Putinə qarşı sərt açıqlamalar verib.

Amma 50 günlük xəbərdarlıq Trampın Kremlə ilk ultimatumudur – bu isə Putin üçün xoşagəlməz təzyiq formasıdır. Axı o, digər ölkələrin Rusiyanı "bərabər tərəf kimi" tanımasını xarici siyasətinin bir hissəsinə çevirib. Beləliklə, Qərbdə bir çoxları Trampın Putinə konkret tələblər irəli sürməsini istəsə də, ultimatumun razılaşma şanslarını artırıb-artırmadığı hələ də aydın deyil.

Putin Trampın açıqlamaları barədə ictimaiyyətə heç nə deməyib. Xarici işlər nazirinin, Moskvanın Vaşinqtonla əlaqələrinə məsul olan müavini Sergey Ryabkov isə deyib ki, "istənilən tələblərin, xüsusilə ultimatumların verilməsi bizim üçün qəbuledilməzdir".

Günahlandırma oyunu

Kreml ümid edə bilər ki, Trampın son həftələrdə Putinə qarşı dönüşü o qədər də möhkəm olmasın, sentyabra qədər razılaşma əldə olunmasa, çərxi-fələk dönsün və ABŞ prezidenti ən azından günahı qismən Kiyevin üstünə atsın.

Rusiyada geniş yayılan fikirlərdən biri budur ki, Trampın hazırkı diqqəti keçicidir və Ukraynaya artan dəstək "Putinə təzyiqi artırmaq və bu yanaşmanın nəticə verib-verməyəcəyini sınamaq məqsədilə atılmış bir manevrdir". Bunu "Karneqi" Rusiya Avrasiya Mərkəzinin aparıcı tədqiqatçısı Tatyana Stanovaya X-də yazıb.

Bu fikri dəstəkləyənlər inanırlar ki, "belə təzyiqin təsirsiz olduğu üzə çıxanda, – bu, yaxın vaxtlarda gözlənilir, – Tramp, ehtimal ki, əvvəlki diplomatik kursa qayıdacaq, kompromisə nail olmaq üçün Ukraynaya da təzyiq göstərəcək", – Stanovaya Trampın açıqlamalarından əvvəl yazıb.

Tramp əvvəllər də günahın böyük hissəsini Ukraynanın üzərinə atıb. Onun 14 iyul açıqlamalarında isə diqqətdən kənarda qalan bir məqam var idi: Tramp 50 gün ərzində razılıq əldə etmək təşəbbüsünün Ukraynaya da təsir edəcəyini vurğulayıb.

"Hələ tam hazır deyil"

Hər halda, iki səbəbdən sanksiyalar hədəsinin Putini Ukrayna ilə müharibəni müvəqqəti dayandırmaq və ya bitirmək üçün razılığa daha da yaxınlaşdırma ehtimalı azdır. Birincisi, Trampın təhdidinin – Rusiyadan neft alan ölkələrə tariflər və ya sanksiyaların necə işləyəcəyi hələ aydın deyil.

Trampın 14 iyul açıqlaması "Rusiyanın iqtisadiyyatına zərbə vurmaq niyyətinə görə təqdirəlayiq olsa da, detalları baxımından hələ tam hazır deyil", – Atlantik Şurası tədqiqat mərkəzinin əməkdaşı, 2014-cü ildə Krımı işğal etdikdən sonra ABŞ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların memarı Deniel Frid "Just Security" podkastında bildirib.

"Çin və Hindistan Rusiyanın enerji ixracatında ən böyük iki alıcıdır və onların Putinə növbəti 50 gün ərzində müharibəyə son qoyması üçün təzyiq göstərəcəyini gözləmək sadəlövhlükdür", – Stenford Universitetinin siyasi elmlər professoru, 2012-2014-cü illərdə ABŞ-nin Rusiyadakı səfiri olmuş Maykl Makfol "Time" jurnalında yazıb.

Trampın Ukraynaya vəd etdiyi silahlara gəlincə, Frid deyir ki, əgər Trampın Ukraynaya silah tədarükləri və Rusiyaya iqtisadi təzyiq barədə açıqlamaları "dəqiqləşdirilsə, gücləndirilsə və həyata keçirilsə", bu, müharibə və sülh yolunda böyük fərq yarada bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru