Ruslar hələlik Ukraynaya hər gün kütləvi zərbələr endirmək üçün kifayət qədər vəsaitə malik deyillər.
Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəis müavini, general-leytenant İqor Romanenko deyib.
"Əsasən, bu mümkündür, lakin hazırda onların belə imkanı yoxdur. Onsuz da hər gün, hər gecə hücum edirlər. Amma kütləvi zərbələri 2-3 gündən bir endirə bilirlər. Yəni, müəyyən ehtiyat toplanır", – deyə Romanenko bildirib.
O, izah edib ki, problem təkcə "Şahid"lərdə deyil, ruslar müxtəlif raketlərdən də istifadə etməyə çalışırlar:
"Onlar bunu bilirlər, anlayırlar və belə təşkil edirlər ki, müxtəlif növ pilotsuz aparatların kompleks şəkildə tətbiqi olsun. Bundan əlavə, müxtəlif tipli raketlər də əlavə olunur. Bu cür kombinasiyada bu, daha effektiv olur".