Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                     Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi .....                     Rusiya Ermənistana ordu yığır: .....                     Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir .....                     Russayağı DİSKRİMİNASİYA .....                     Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… .....                 

Dumansız adanın dumanlı gələcəyi: - Kiprin taleyi necə olacaq?
Tarix: 16-02-2021, 08:19 | Çap et
Dumansız adanın dumanlı gələcəyi:
“ABC News” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Kiprin birləşməsi üçün federal bir sistemin müzakirəsini istisna etdi və iki dövlətli bir razılaşmanın etnik olaraq bölünmüş ada üçün yeganə həll yolu olduğunu təkid etdi.

İqtidar partiyasının millət vəkillərinə müraciətində Ərdoğan Yunanistan Baş naziri Kiriakos Mitsotakisə cavab verdi, onu qarşıdurmada və iki qonşu arasındakı gərginliyi azaltmaq məqsədi ilə bu yaxınlarda bərpa olunan Yunanıstan-Türkiyə danışıqlarını pozmaqda günahlandırdı.

Onun sözlərinə görə, yunan tərəfi inadla adanın təbii ehtiyatlarının bərabər istismarı məsələsini müzakirə etmək istəmir və Kipr Türk icmasına qarşı iqtisadi və siyasi təzyiqləri artırır.

Ərdoğan iki bərabər suveren dövlət arasında bağlanacaq bir sülh müqaviləsinə toxunaraq, “Kipr üçün iki dövlət yaratmaq qərarından başqa bir çıxış yolu yoxdur. Qəbul etsən də, etməsən də artıq federasiya ola bilməz”, - dedi.

Ərdoğan “Adadakı Türk xalqını görməməzliyə vuran və 50 ildir davam edən danışıqları məhv edən köhnə həll formullarını müzakirə etməyin mənası yoxdur. İndi bu iş bitdi”, - deyə məsələyə demək olar ki, nötə qoydu.

Onun açıqlaması BMT Baş Katibi Antonio Quterresin gələn ay rəqibləri - yunanları və Kipr türklərini, habelə iki icmanın - qarantlarını - Yunanıstan, Türkiyə və İngiltərəni bir araya gətirərək, adanın birləşməsi ilə bağlı danışıqları bərpa etmək şansını qiymətləndirmək üçün bir toplantı çağırması ilə əlaqəlidir.

Türkiyə və Kiprdəki türklər, yunan ve türkçə danışan bölgələrin varlığını nəzərdə tutan bir federasya sisteminin yaradılmasına çağıran həll yolunun, son on ildə dəfələrlə sınandığını və Kipr yunanlarının hakimiyyəti tütrklərlə paylaşmaq istəməməsi səbəbindən uğursuzluğa düçar olduğu söylənilir. Kipr yunanları Aralıq dənizinin şərqində yerləşən bu adanın etnik bölgüsünü qanuniləşdirəcək hər hansı bir anlaşmanı qəti şəkildə rədd edir.

Bu həftənin əvvəlində Kiprə səfər edən Mitsotakis Yunanıstanın prioritetinin “Kiprdəki Türk işğalına” son verilməsini və Türkiyə ilə Kipr türklərinin iki dövlətli bir quruluş üçün israrının qeyri-real olduğunu söylədi. Və Ərdoğan Mitsotakisə “yerini bilməlidir” cavabını verdi.

“Barış axtarırlarsa, mənə meydan oxumasınlar. Yerinizi bilmirsinizsə, o zaman danışıqlar masasına otura bilməzsiniz”, - dedi Ərdoğan.

Çox maraqlı bir açıqlamadır və göründüyü kimi, Afina Ankaranın hazırkı mövqeyində xarici təzyiqlərə çox həssas olmadığını başa düşə bilmir. Üstəlik, Yunanıstana Türkiyəni inandırmağa qadir olan yeganə güc olan ABŞ-ın dəstəyi də görünmür. Bəs, həqiqətən bir dövlət daxilində iki icmanın birgə və bərabər yaşaması üçün heç bir seçim qalmayıb? Bu günkü sərt ifadələrin keçici emosiyalar olması və yenə də vəziyyətin dəyişmə potensialı varmı?

Tanınmış ekspertlər və diplomatlar bu məqamları AYNA-ya şərh ediblər:

Türk politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun tədqiqatçısı Mehmet Perinçək:

- Bir dövlət daxilində iki icmanın ortaq və bərabər mövcudluğu üçün artıq seçim yoxdur. Burada vurğulanmalıdır ki, Kiprdə Kipr milləti deyilən bir şey yoxdur - həm türklər, həm də yunanlar orada yaşayırlar. Buna görə də Kipr məsələsinin ən doğru və son həlli Kiprin Yunanıstanla Türkiyə arasında bölünməsidir.

Digər tərəfdən, Kipr Şərqi Aralıq dənizində müstəqil yaşamaq qabiliyyətinə sahib olmayan kiçik bir ölkədir. Buna görə də qeyd etdiyim kimi, adanın bölünməsi ən düzgün qərardır. O zaman türklər və yunanlar Kiprdə dinc, əməkdaşlıq və dostluq içində yaşaya biləcəklər. Ancaq əvvəl bir ayrılıq olmalıdır. Bundan sonra dinc yanaşı yaşamaq üçün zəmin yaranacaq.

Kipr məsələsi günümüzün dünya geosiyasətində çox əhəmiyyətli bir rol oynayır. Türkiyə ilə ABŞ arasında çox böyük bir qarşıdurma var. Amerika orada bir növ blok yaratdı - ABŞ, İsrail, Cənubi Kipr, Yunanıstan. Və hətta Birləşmiş Ərəb Əmirliklərini də buraya əlavə etmək olar. Şərqi Aralıq dənizində Türkiyəyə qarşı təlimlər keçirirlər və Ankara orada atlantikçiliyə müqavimət göstərir. Əlbətdə ki, Türkiyənin müqaviməti yalnız öz maraqları üçün deyil, həm də Azərbaycan, Rusiya, Çin və s. daxil olmaqla bütün Avrasiya ölkələrinin maraqları üçündür. Çünki Atlantizmin Şərqi Aralıq dənizindəki işğalı təkcə Türkiyəyə deyil, bütün Avrasiyaya qarşı yönəldilmişdir. Buna görə də, Azərbaycan və digər Avrasiya ölkələri Ankaranın Kipr məsələsindəki mövqeyini dəstəkləməlidir. Bu, Dağlıq Qarabağ məsələsinin son həllinə kömək edə bilər, çünki Aralıq dənizindəki qarşıdurma ilə Cənubi Qafqazdakı qarşıdurma fərqli deyil. Vahid bir cəbhə var və bu səbəbdən hər iki istiqamətdə ortaq bir strategiyamız olmalıdır.

İstefada olan diplomat, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

- Yalnız onu deyə bilərəm ki, Prezident Ərdoğan tanınmış bir ssenari üzrə hərəkət edir - daxili iqtisadi böhrana sərt xarici siyasət yürütməklə cavab verir. Ümumiyyətlə, əlaqədar tərəflər Kipr probleminin qarşılıqlı məqbul həllinə nail olmaq üçün danışıqlar aparmalıdırlar.

Orta Şərq Araşdırmaları Mərkəzinin İcraçı direktoru İqor Semivolos:

- Düşünürəm ki, Türkiyə Prezidenti tərəfindən bu, bölünmüş adanın gələcəyi ilə bağlı müzakirələrdə “stavkanın” qəsdən artırılmasıdır. Artıq BMT-nin səylərini gördük, yunan əhalisinin inteqrasiyanın əleyhinə səs verdiyi referendumun nəticələrini gördük və indi Türkiyə şərti olaraq В«two state solution”(“iki dövlət həlli”) mövzusunda bir dəyişiklik təqdim edərək, gündəmi dəyişdirməyi təklif edir. Bu mənada təklif, şübhəsiz ki, yunanların və türk əhalisinin kifayət qədər böyük bir hissəsinin adanın gələcəyi ilə bağlı fikirlərinə ziddir, lakin mövcud həqiqətləri əks etdirir. Və həqiqət budur ki, burada əsas rolları Kiprlilər deyil, Ankara və Afina oynayır. Adanın parçalanmasına və bölünməsinin möhkəmlənməsinə birbaşa kömək edən siyasətçilər məhz bu paytaxtları təmsil edirdilər.

Bu danışıqlara strategiya kimi baxsaq, Ərdoğan sərt, barışmaz bir mövqe tutdu: ya bu bizim yolumuz olacaq, ya da heç olmayacaq. Prinsipcə, onun opponenti haqqında da bənzər bir şey söyləmək olar. Bu çıxılmaz vəziyyətdən çıxış yolu üçüncü bir tərəfin vasitəçilik missiyası ola bilər və düşünürəm ki, ilk növbədə yeni Amerika rəhbərliyi bu rolu oyanaya bilər. Yeri gəlmişkən, Ərdoğan tərəfindən belə bir sərt yanaşma, Avropa Parlamentinin böyük ölçüdə antitürk qərarına bir reaksiya ola bilər.

İndi bunun nə ilə nəticələnə biləcəyini söyləmək çətindir. Zamanla ehtirasların azalacağı və ritorikanın daha yumşaq olacağı mümkündür. Ancaq iki dövlət arasındakı ziddiyyətlər həll olunmayana qədər adanın iki hissəsinin uğurlu inteqrasiyasına ümid yoxdur.

Ukrayna Gələcək İnstitutunun analitiki, Yaxın Şərq üzrə ekspert İliya Kusa:

- Düşünürəm ki, bu münaqişənin həlli bu gün qeyri-mümkündür. Türk Kiprinin yeni başçısı Ersin Tatar dinc birləşmənin tərəfdarı deyil. Ərdoğan da bu yaxınlarda bu fikirdən imtina etdi və Yunanıstan və Kiprlə qaz şelfinə görə çıxan qarşıdurmalar tərəflərin mövqelərini yalnız sərtləşdirdi.

Bayden rəhbərliyinin gəlməsi ilə bir çox yeniliklər əlavə olunur. ABŞ və Türkiyə arasındakı münasibətlər pisləşərsə, Yunanıstan güclü bir müttəfiq qazanacaq və “haqlılığını” daha da gücləndirəcək. Bundan əlavə, Yunanıstanın mövqeyi Fransa və Avropa Birliyi tərəfindən dəstəklənir. Əslində Kiprlə bağlı danışıqlar daha çox regional dövlətlərin münasibətlərindən asılıdır. Beynəlxalq hüquqda belə bir məqam var - Türk Kiprini Ankara xaricində kimsə tanımır və 1974-cü ildə türklərin adaya gəlməsi beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Bu gün heç bir tərəf əhəmiyyətli siyasi güzəştlər olmadan mübahisənin qanuni həlli üçün bir plan təqdim etməyə hazır deyil. Həm Yunanıstan, həm də Türkiyə millətçi gündəmə üstünlük verirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Dünən, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Dünən, 12:00
“Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Dünən, 11:52
Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Dünən, 11:49
Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Dünən, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru