Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                 

“Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...” - deputat
Tarix: 10-10-2020, 08:30 | Çap et
“Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...”
Oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya göndərilən erməni qadın Aznif Baqdasaryan özünü mağaza satıcısı kimi təqdim etmişdi. O, Bakıdakı mətbuat konfransında bildirib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqları azad etməkdir: “Prezident ilham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.

Erməni qadın, eyni zamanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davrandığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Lakin bir qədər sonra erməni qadının hərbi formada, erməni əsgərləri ilə fotosu, Azərbaycana qarşı fikirlərini ifadə etdiyi sosial media hesabı üzə çıxdı. Qızğın döyüşlər getdiyi, cəbhədən qələbə xəbərləri ilə yanaşı, şəhid xəbərləri də aldığımız bu günlərdə erməni qadına göstərilən bu humanizm, eyni zamanda da mülki şəxs kimi təqdim edildiyi halda, hərbi formada fotolarının yayımlanması ilə sosial media istifadəçiləri azasında qızğın müzakirələr başladı, bir çox insan ona göstərilən hümanist münasibəti yersiz hesab edərək qınadı.

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva hesab edir ki, bu gün əsas olan erməni qadının öz dili ilə bizim əsgərlərə və xalqımıza söylədiyi fikirlərdir: “Əvvəla, bunu demək lazımdır ki, erməni qadının bizim əsgərlər qarşısında işlətdiyi ifadə - “Evinizə xoş gəlmisiniz” elə özü həqiqəti tamlığı ilə ortaya qoyur. Erməni qadının dilindən çıxan bu ifadə Ermənistan rəhbərliyinə, işğalçı orduya, eyni zamanda da bütün dünyaya bir mesajdır ki, Azərbaycan əsgəri öz torpağındadır, öz torpağına xoş gəlib. Düşünürəm ki, onun mətbuat konfransında ifadə etdiyi fikirlər də bizim fikirlərin davamı kimi qiymətləndirilməlidir. Və həqiqətən də bütün dünyaya Azərbaycanın bu müharibədə mövqeyini, sülhpərvərliyini, tolerantlığını, humanistliyini elə Ermənistan vətəndaşının öz dilindən bəyan etmiş oldu”.

Deputat erməni qadına göstərilən xoş münasibətin cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaması məsələsinə də münasibət bildirib: “O qadına burada xoş münasibət bəslənilməsi, verilən məlumatlara görə, bir vaxtlar yaşadığı evin göstərilməsi və s. təbii ki, cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaya bilər. Çünki insanımız bu gün 30 ilin yaşatdığı ağrı-acılar, itkilərlə silahlanıb və tez bir zamanda torpağını azad, bütöv görmək arzusundadır. Əsgər, şəhid analarımızın qəlbinin dərinliyində müharibənin səbəbkarı olan Ermənistan tərəfə, erməni işğalçılarına qarşı böyük nifrət var. Buna görə də biz həmin vətəndaşlarımızı da başa düşürük, əsir erməni qadına qarşı xoş rəftarın sosial şəbəkədə müzakirə olunması, bəzi hallarda tənqid edilməsi də normal haldır”.

“Lakin düşünürəm ki, tənqid edənlər, bir qədər, hətta aqressiv yanaşanlar anlamalıdırlar ki, azərbaycanlının ermənidən fərqi elə bundadır. Biz, əlbəttə ki, erməninin bizə qarşı Xocalıda, Laçında, Xocavənddə, Kəlbəcərdə, Qubadlıda, Cəbrayılda etdiklərini unutmuruq, unutmayacağıq da, lakin bu, o demək deyil ki, biz özümüzü erməni vandalı, faşisti kimi aparmalıyıq. Lüğətdəki bütün aqressiv ifadələr Ermənistanın, onun rəhbərliyinin, ordusunun, xalqının üzərindədir. Belə olduğu halda, biz, axı erməni ilə eyniləşdirilə bilmərik. Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan Ordusu öz torpağında, öz torpağının bütövlüyü, öz xalqının təhlükəsizliyi uğrunda mübarizə aparır. Erməni əsgər isə özgəsinin torpağındadır. Elə bu fərqə istinad edərək, biz erməni əsirinə qarşı xoş münasibətə olan tənqidi fikirlərimizdən də geri çəkilməliyik. Buna görə ki, bizim erməni ilə fərqimiz bundadır”, - Əliyeva vurğulayıb.

“Biz 30 il dözdük, səbrlə sülh danışıqlarını gözlədik. Qan axıdılmasını istəmədik. Hətta, bu məqamı da vurğulayım ki, döyüşlərin ən gərgin günlərində, artıq düşmən tərəfi çox itki verməyə başlayarkən, Azərbaycan Ermənistan ordusunun rəhbərliyinə ultimatum da göndərdi ki, əsgərlərinizi geri çəkin, biz əks-hücum edəcəyik, hücum taktikamızı davam etdirdiyimiz zaman çox sayda itki verəcəksiniz. Müharibənin odu-alovu içərisində belə, Azərbaycan öz humanizmini yenə də qorudu. Bu humanizm xalqımıza xas olan bir xislətdir. Düşünürəm ki, ən böyük fərqimiz də elə budur. Erməni aqressordur, Azərbaycan xalqı heç bir zaman müharibə istəməyib. Bizə dil uzadanlara beynəlxalq müstəvidə cavab verməyimiz üçün səbrli davranmağımız, düşünərək addım atmağımız xalq olaraq çox vacibdir. Bugünlərdə hansısa provakasiyalara uymaq olmaz”, - deyə, müsahibimiz əlavə edib.

J.Əliyeva əsir qadının sonradan sosial şəbəkədə hərbi geyimdə yayılan foroları və bu müstəvidə həmin qadının agent olub-olmaması ilə bağlı gedən müzakirələrə belə münasibət bildirib: “Agent olub-olmaması təxmini fikirlərdir. Əgər həmin qadının agent olması ilə bağlı hansısa fakt olarsa, o zaman biz, əlbəttə ki, o məsələ ətrafında da söhbət edə, müzakirələr apara bilərik. Təbii ki, bu da ola bilər, amma belə olmuş olsa belə, bizim üçün önəmli olan odur ki, faktiki olaraq bu insan öz dili ilə Azərbaycan əsgərinə “Öz torpağına xoş gəlmisən” deyir. Konfransda da Azərbaycana ona göstərilən hümanistliyə görə təşəkkürünü bildirir. Bizim üçün bu gün erməninin dilindən çıxan bu fikirlər əsas olmalıdır. Fikrimizi də bu istiqamətə yönləndirməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru