Qırğızıstanda seçki gərginliyi
Tarix: 11-04-2017, 09:04 | Çap et
 Qırğızıstan prezidenti Almazbek Atambayev prezidentlik müddətinin son mərhələsinə daxil olur. Bəlli olduğu kimi, bu il noyabrın 19-da Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Atambayev Konstitusiyaya müvafiq olaraq, ikinci dəfə namizədliyini verə bilməz. Bu səbəbdən də vəziyyət bir qədər fərqlidir. Qərb və Rusiya mətbuatı yazır ki, prezidentin yaxın ətrafının planı bundan ibarətdir ki, bu posta prezident mütləq "öz adamını” gətirməlidir. Atambayev isə baş nazir postuna təsdiq olunsun. 12 dekabr Konstitusiya referendumundan sonra edilən dəyişikliyə görə, prezidentin bir çox səlahiyyəti baş nazirə keçir. Başqa sözlə, əsas seçki bundan sonra parlament seçkiləri hesab edilir. Belə ki, məhz parlament baş naziri təsdiq edəcək.
Ölkədə mövcud siyasi durum hazırda çox mürəkkəbdir. Mövcud siyasi qruplardan, partiyalardan heç biri (istisna yalnız sabiq baş nazir Omurbek Babanovdur) qələbə qazanmaq üçün resursa malik deyil. İndiki prezident hər zaman rusiyapərəst siyasət yürütməklə, hakimiyyətdə qala bilib. İndi də müəyyən inzibati resurslara malik olan Atambayevin qruplaşması bundan sonra da Rusiyanın dəstəyini əldə edəcəyinə ümid edir. Lakin məsələ ondadır ki, Atambayev mütləq qaydada hansısa siyasi qruplaşmalardan birinin dəstəyini qazanmalıdır. Optimal olaraq hazırda sabitliyi qorumaq üçün Atambayev-Babanov ittifaqı mümkün görünür. Yalnız Babanovun "Respublika-Ata-Yurd”u ilə ittifaqa girməklə, Atambayevin lideri olduğu Sosial-Demokrat Partiyası koalisiya qura bilər. Lakin bu ittifaqa mane olmağa çalışırlar. Məsələ ondadır ki, Atambayevin Babanova münasibəti yaxşı deyil. Bu da böyük əhəmiyyət kəsb edir. Atambayev yalnız onunla dost münasibətlərə malik olan şəxslərə etibar edir - bu dairə isə çox az adamdan ibarətdir. Bura prezident administrasiyasının rəhbəri Sapar İsakov, prezidentin müşaviri İkram İlimyanov, Bişkekin meri Albek İbraimov daxildir. Beləliklə, Atambayevin bütün mümkün namizədləri bəllidir. Lakin məsələ ondadır ki, bu şəxslərin hamısı barədə ifşaedici materiallar mətbuata sızdırılıb. Məsələn, Sapar İsakovun adı "WikiLeaks”in materiallarında keçir. Onu açıq şəkildə ABŞ səfirliyinin informatoru adlandırırlar. "WikiLeaks” yazır ki, bir vaxtlar Bakiyevin prezidentliyi dövründə baş nazir olmuş İqor Çudinov şikayət edirdi ki, hansısa bir material ondan qabaq ABŞ səfirinin stolunun üstündə olur. Müxalif KİV yazır ki, prezidentin keçmiş sürücüsü İkram İlmiyanov Atambayevin pul kisəsi hesab edilir. Yəni onun maliyyə vəsaitlərinə cavabdehlik daşıyır. Məhz o, ötən ilin yayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Atambayev arasında münaqişə yaşananda İstanbula getmiş və prezidentin bu ölkədəki aktivlərini Qətərə köçürmüşdü. Başqa bir mümkün namizəd kimi Bişkekin sabiq meri Kubanıçbek Kulmatovun, milli təhlükəsizlik idarəsinin rəhbəri Abdil Seqizbaev, təhlükəsizlik şurasının katibi Temir Çumakadırovun, baş nazir Sooronbay Jeenbekov və parlamentin spikeri Çanıbay Tursunbekovun adları çəkilir. Bir məsələ də var ki, Atambayevin partiyasının daxilində də ciddi qruplaşmalar mövcuddur. Faktiki olaraq, partiya üç yerə bölünüb və onların liderləri seçkilərə sərbəst şəkildə getmək niyyətindədirlər.
Yeri gəlmişkən, hakimiyyət özünə rəqib bildiyi müxalifətçiləri sıradan çıxarmağa üstünlük verir. Ötən ay təhlükəsizlik qüvvələri məşhur siyasətçi - "Ata Məkan” Partiyasının lideri Omurbek Tekebayevi həbs edib. Onu korrupsiyada ittiham ediblər. Ölkənin tanınmış siyasi xadimləri sırasında olan bu şəxs reytinqinə görə hətta Atambayevi də üstələyir. Bundan əlavə, daha bir müxalifət partiyasının lideri Sadır Japarov da həbs edilib. Paralel olaraq digər müxalifətçilərin də həbsinə hazırlıq gedir. Siyasi dairələrdə belə bir fikir güclənib ki, müxalifətin tanınmış simalarını həbs etməklə, hakim komanda dini təmayüllü qüvvələrin seçkilərə yaxınlaşmasına şərait yaratmış olur. Son vaxtlar bu qüvvələr xeyli aktivləşiblər. Korrupsiya adı altında aparılan "təmizləmə” əməliyyatı meydana radikal dini qüvvələrin girməsinə imkan yaradır. Bütün bunlar isə ölkədə hərbi münaqişənin gücləndirə bilər. Belə olan halda, Rusiyanın bu münaqişəyə cəlb edilməsi baş verə bilər ki, bu da ölkənin faktiki olaraq asılılığını gücləndirmiş olacaq. \\kaspi.az\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58 |
|
|
|
• Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51 |
|
|
|
• Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40 |
|
|
|
• Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38 |
|
|
|
• Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32 |
|
|
|
• "Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28 |
|
|
|
• ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22 |
|
|
|
• “AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20 |
|
|
|
• Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11 |
|
|
|
• "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08 |
|
|
|
• İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04 |
|
|
|
• SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00 |
|
|
|
• Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52 |
|
|
|
• “Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44 |
|
|
|
• "Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21 |
|
|
|
• Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06 |
|
|
|
• Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45 |
|
|
|
• Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40 |
|
|
|
• Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35 |
|
|
|
• Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24 |
|
|
|
• "Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21 |
|
|
|
• “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12 |
|
|
|
• İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04 |
|
|
|
• Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53 |
|
|
|
• İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50 |
|
|
|
• "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48 |
|
|
|
• Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44 |
|
|
|
• “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09 |
|
|
|
• Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06 |
|
|
|
• “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05 |
|
|
|
• Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58 |
|
|
|
• Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55 |
|
|
|
• İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53 |
|
|
|
• “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29 |
|
|
|
• Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25 |
|
|
|
• “Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24 |
|
|
|
• MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10 |
|
|
|
• 23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05 |
|
|
|
• Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00 |
|
|
|
• Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54 |
|
|
|
• Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 11:51 |
|
|
|
• Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Dünən, 11:47 |
|
|
|
• Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Dünən, 11:41 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Dünən, 11:34 |
|
|
|
• İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Dünən, 11:32 |
|
|
|
• Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Dünən, 11:29 |
|
|
|
|