Suriya problemi Rusiyanı ABŞ-la müharibəyə sürükləyir - bəs Türkiyə?
Tarix: 10-04-2017, 08:12 | Çap et
 Amerikanın Suriyanı bombalamasının Rusiya ilə münasibətləri daha da kəskinləşdirdiyi göz önünədir. Hər keçən gün iki dünya gücü arasındakı narazılıq kritik həddə çatır. Təsadüfi deyil ki, Birləşmiş Ştatların Suriya prezidenti Bəşər Əsədin hərbi bazasına endirdiyi zərbəyə ən kəskin reaksiya Kreml tərəfindən verildi.
Rəsmi Moskva açıq şəkildə bunu təcavüz adlandırdı. Ekspertlər proseslərin bu şəkildə davamının hətta III Dünya Müharibəsi ilə nəticələnə biləcəyinin anonsunu verməkdədirlər.
Vaşinqtonun Suriyanı bombalamasından sonra Türkiyənin mövqeyi də ciddi şəkildə müzakirə edilir. Rəsmi Ankara Rusiya ilə yaxın əlaqələri olmasına rəğmən, Amerikanın bu addımını dəstəklədi. Ekspertlər bu amilin qardaş ölkənin şimal qonşumuzla əlaqələrinə zərbə vura biləcəyini proqnozlaşdırırlar.
Politoloq Qabil Hüseynli hesab edir ki, Amerika Suriya məsələsində daha cəsarətli addımlar atır: “Düzdür, Rusiya birtərəfli qaydada Suriya səmasında toqquşmanın qarşısını almaq üçün memorandumdan çıxdı. Amma bunlar Amerikanın hərəkətlərinə az təsir edir. Bunun ardınca Konqresə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi barədə qanun layihəsi təqdim olundu ki, bu layihənin qəbul ediləcəyinə şübhə yoxdur. Bundan başqa, Suriyada irimiqyaslı müharibənin aparılması barədə Konqresdə Pentaqona tapşırıqlar verilməsi barədə müzakirələr açılıb. Yəni ABŞ Suriyada sərt davranmaq məsələsində çox qətiyyətlidir. Bu məsələdə onu müttəfiqləri də müdafiə edir. Məsələn, Almaniya kansleri Angela Merkel bildirdi ki, Bəşər Əsəd rejimi hakimiyyətdə qala bilməz. Bütün bunlar onu göstərir ki, NATO kontekstində Suriyada əməliyyatların genişləndirilməsi, Əsəd rejiminin devrilməsi, Rusiya və İran qüvvələrinin buradan çıxarılması gündəmdə olan məsələlərdir. Doğrudur, Rusiya əks tədbirlər görür. Bunlar vəziyyətə təsir etməyəcək. Əgər Rusiya sona qədər davam gətirə bilsə, - hərçənd bunu zənn etmirəm, - Amerikanın ilk planı İranı bu ərazilərdən çıxarmaq olacaq. Suriya və İraqda qayda-qanunları Amerika yaratmaq niyyətindədir. Xaosu bu ərazilərdə ABŞ aradan qaldırmaq istəyindədir. Rusiyanın bu məsələlərdə Amerika ilə kəllə-kələyə gəlmək potensialı yoxdur. Kreml heç buna risk də etməyəcək. Rusiyada əhalinin son çıxışları, baş verən terror Putin hakimiyyətini xeyli dərəcədə sarsıdıb. Belə vəziyyətdə Amerikanın hərəkətləri üçün meydan açılıb. Bütün bunlara görə, ABŞ-ın sona qədər Suriya məsələsində qətiyyətli olacağına inanıram. Bəşər Əsəd rejimi devrilməklə yanaşı, Rusiya ilə müəyyən razılığa da gəlinəcək. Bunlar alınmasa, Rusiya ilə toqquşmalar baş verə bilər”.
Politoloq bu kontekstdə Rusiya-Türkiyə münasibətlərinə də toxundu: “Onsuz da Türkiyə-Rusiya münasibətləri bir çox məsələlərdə sona qədər həll olunmamışdı. Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına buraxılmaması hələ də davam edir. Üstəlik Rusiyadan elə də ciddi turist axını da gözlənilmir - izn verilməsinə baxmayaraq. Zənnimcə, Əsəd rejiminə qarşı irimiqyaslı əməliyyatlar aparılsa, Türkiyə NATO üzvü kimi qurumun əmrlərinə tabe olacaq və Amerikanın yanında yer alacaq. Artıq Türkiyə tərəfi ABŞ-ın Suriyanı bombalamasını həm sevinclə qarşıladı, həm də bununla əlaqədar olaraq, Ağ Ev rəhbərliyini təbrik etdi. Əlbəttə bu, Rusiyanın xoşuna getməyəcək. Rusiya-Türkiyə münasibətlərinə də müəyyən kölgə sala bilər. Amma bu dəqiqə Rusiyanın canının Türkiyənin əlində olduğunu desək yanılmarıq. Söhbət ”Türk axını" layihəsinin imzalanmasından gedir. Parlamentlərdə layihə təsdiq olunacaq. Rusiya əgər yenə də əvvəlki siyasətinə qayıtsa, layihə təxirə düşəcək. Bu da Kreml üçün gözlənilməz bir şərait yaradacaq". \\musavat.com\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58 |
|
|
|
• Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51 |
|
|
|
• Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40 |
|
|
|
• Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38 |
|
|
|
• Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32 |
|
|
|
• "Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28 |
|
|
|
• ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22 |
|
|
|
• “AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20 |
|
|
|
• Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11 |
|
|
|
• "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08 |
|
|
|
• İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04 |
|
|
|
• SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00 |
|
|
|
• Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52 |
|
|
|
• “Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44 |
|
|
|
• "Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21 |
|
|
|
• Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06 |
|
|
|
• Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45 |
|
|
|
• Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40 |
|
|
|
• Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35 |
|
|
|
• Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24 |
|
|
|
• "Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21 |
|
|
|
• “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12 |
|
|
|
• İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04 |
|
|
|
• Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53 |
|
|
|
• İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50 |
|
|
|
• "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48 |
|
|
|
• Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44 |
|
|
|
• “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09 |
|
|
|
• Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06 |
|
|
|
• “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05 |
|
|
|
• Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58 |
|
|
|
• Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55 |
|
|
|
• İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53 |
|
|
|
• “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29 |
|
|
|
• Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25 |
|
|
|
• “Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24 |
|
|
|
• MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10 |
|
|
|
• 23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05 |
|
|
|
• Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00 |
|
|
|
• Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54 |
|
|
|
• Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 11:51 |
|
|
|
• Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Dünən, 11:47 |
|
|
|
• Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Dünən, 11:41 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Dünən, 11:34 |
|
|
|
• İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Dünən, 11:32 |
|
|
|
• Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Dünən, 11:29 |
|
|
|
|