Yekun sülh sazişi gələn il imzalana bilər... .....                     “Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” .....                     "Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..." .....                     Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq .....                     Metroda gedişhaqqı BAHALAŞIR .....                     NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                 

AZƏRBAYCAN ZİYALILAR FORUMU BƏYANAT VERDİ
Tarix: 1-03-2012, 14:20 | Çap et
AZƏRBAYCAN ZİYALILAR FORUMU BƏYANAT VERDİ

ƏHMƏD CAVADIN YUBİLEYİ İLƏ ƏLAQƏDAR

May ayının 5-də milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti görkəmli şairin yubileyinin layiqincə qeyd edilməsi barədə sərəncam imzalamışdır. Bu, təxminən son iyirmi il ərzində, həyatı, taleyi və ədəbi dühası XX əsrdə Azərbaycan torpağında yaranmış üç respublikanın taleyi ilə ayrılmaz olan şair və vətəndaşa siyasi hakimiyyətin münasibətini əks etdirən yüksək dövlət səviyyəli yeganə sənəddir. Xatırlatmaq gərəkdir ki, şairin 100 illiyinin qeyd olunması haqqında hələ 1990-cı ildə – müstəqilliyin əldə edilməsi ərəfəsində hökumət qərarı qəbul edilmişdi.

Amansız 37-ci ildə güllələnmiş Əhməd Cavad ötən əsrin 50-ci illərinin ortalarında “yox”dan var olaraq, “isinmə”nin müjdəçisi kimi yeni nəsildə milli dirçəliş ruhunun oyanmasına səbəb oldu. Durğunluğun uzun illər boyu “unutdurduğu” şair, bütün ömrü boyu xidmətində durduğu, ən yaxşı əsərlərində vəsf etdiyi, qazanılması üçün xalqını son nəfəsədək mübarizəyə səslədiyi ideyaların öz Vətənində bayraqdarı olmaq üçün 90-cı illərdə yenidən xatırlandı.

Yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin. XX əsrin əvvəlində - Azərbaycanın oyanışı ərəfəsində yaranmış Əhməd Cavadın bir şeiri, tarixin möhtəşəm hadisəsinin tamamlanması anında – əsrin sonlarında, xalqın Azadlıq, Ədalət, Bərabərlik və Qardaşlıq kimi əbədi dəyərlərə sədaqətinin əlaməti kimi Respublikanın elan edilməsi zamanı vətəndaş manifesti olaraq, yenidən səsləndi. Tək elə bu zirvə əsəri ilə şair müasir Azərbaycan ədəbiyyatında, öz ölkəsinin tarixində müstəsna yer tuta bildi.

Tarix özünün sərt döngələrində şair-inqilabçı, şair-siyasətçi və şair-şəhid Əhməd Cavadın poeziyasının mərhələlərinə və onun şəxsiyyətinə yeni, fərqli bir işıq salır. O, ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında, özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq bir şair-təbliğatçı nümunəsi kimi qalmaqdadır. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.

Onu turançılığın banisi hesab edənlərlə də razılaşmamaq olmur. Əhməd Cavadın ölməz “Çırpınırdın, Qara dəniz” şeiri, bir növ, Türk Ana Yurdunun, Türk Dünyasının vəhdəti və əbədilik himni oldu. Onun simasında iki ədəbiyyatın- Türkiyə və Azərbaycan ədəbiyyatının şairini görmək mümkündür. Təsadüfi deyil ki, Türkiyənin tanınmış müasir tədqiqatçıları Əhməd Cavadın yaradıcılığı, ədəbi axtarışları və ideya-siyasi mirasında türk ulusunun və Azərbaycan xalqının ölməz ruhunun vəhdətini görürlər.

Şübhəsiz ki, Əhməd Cavadın Türkiyə və Azərbaycan xalqları, onların dövlətlərinin vəhdəti haqqında ideyaları bu gün - qlobal fəlakətlərin yeni təhlükələri və təhdidləri ilə sınağa çəkildikləri dövrdə də aktual olaraq qalır. Hazırda şairin bu siyasi uzaqgörənliyi iki müttəfiq türk dövlətinin - Azərbaycan və Türkiyənin səmərəli münasibətlər qurması naminə xələflərinə axtarışda olmaq və çıxış yolları aramaq üçün vəsiyyət kimi qəbul edilir. Şairin şəhidliyi gələcək nəsillərə bunu xatırladır ki, ayrı ayrılıqda götürülmüş hər bir vətəndaşın azadlığı təmin edilmədən güclü dövlət anlayışı mümkün deyil. Düşmən qüvvələrin məkrlərinə, dünyanı cənginə almış müharibələrə baxmayaraq, dağılmaqda olan imperiyanın xarabalıqlarında Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar tərəfindən bizə miras qoyulmuş torpaqların, dövlətin varisləri olmaq əsl xoşbəxtlikdir və vətəndaş azadlıqlarının müdafiəsi onların gorunması qədər müqəddəsdir.

Yubiley - yubileylər haqqında danışmaq üçün yaxşı bir fürsətdir. Xatırladaq ki, elə bu il Əhməd Cavadın ölümünün 75-ci ildönümüdür. Hər bir əlamətdar gün xalqın tarixi yaddaşına hopmuş əməldir, gəncliyin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsində örnəkdir. Əhməd Cavad elə bir şair, elə bir tarixi şəxsiyyətdir ki, həyatı və yaradıcılığı bu mənada xüsusi əhəmiyyət daşıyır. Bu gün, Azərbaycan xalqının milli varlığının və gələcəyinin həll edildiyi zaman milli ideologiyanın tükənməz mənbəyi kimi Əhməd Cavada, onun mirasına doğru uzanan xalq cığırlarını açmaq zəruridir. Çünki Əhməd Cavadın sözləri milli oyanışa, öz milli “mən”liyinin əldə edilməsinə, tarixdə layiqli yer tutmağa, gələcək mövcudluğun təmin edilməsinə çağırış kimi səslənir. “Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam. Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!”- deyən şair bu ölümqabağı misralarını Vətəninin acı və kədərli gerçəkliyini duyaraq sanki bu gün yazmışdır.

Onun həyatı kəskin süjetli serial, taleyi insanı vəcdə gətirən roman, poeziyası Vətənə sədaqət və sevgi mənbəyidir. Lakin Əhməd Cavad haqqında nə film çəkilib, nə də layiqli kitab yazılmışdır. İnqilabçı-şair və milli ruhun tərənnümçisi kimi də məktəb dərsliklərində, uşaq və gənclər ədəbiyyatında yer almamışdır. Yəqin ki, o, ölkəsinin orta məktəb dərsliklərində layiqli yerini tutmayan yeganə himn müəllifidir. Əhməd Cavadın çoxşaxəli ictimai-siyasi fəaliyyəti, onun milli inqilabi siyasi təfəkkürün formalaşmasındakı rolu da tədqiq olunmamış qalır. Əhməd Cavadın 120 illiyi ərəfəsində bu görkəmli soydaşımızın xatirəsi yüksək dövlət ehtiramını özündə əks etdirməlidir: Bakı Dağüstü parkta Əhməd Cavadın abidəsinin inşa edilməsi, Dövlət universitetlərinin birində Əhməd Cavad adına təqaüd təsis edilməsi, onun Şekspir, Lafonten, Puşkin, Rustaveli, Rable və dünya ədəbiyyatının digər klassiklərindən etdiyi parlaq tərcümələrdən ibarət kitabın nəşri, onun həyat və yaradıcılığını ətraflı tədqiq edilməsi, onun haqqında bədii əsərlərin yazılması, televiziya filminin çəkilməsi, şairin inqilabi-vətənpərvər şeirlərinə marş və mahnıların bəstələnməsi üçün dövlət sifarişi verilməsi məqsədəuyğun olardı.

Əhməd Cavad daim aramızda, başqa bir şairin sözüylə desək, “canlı kimi canlılarla ünsiyyətdə” olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekun sülh sazişi gələn il imzalana bilər... - ŞƏRH
Bu gün, 06:38
“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” - Xalq artistinə LAQEYD münasibət
Bu gün, 06:35
"Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..."
Bu gün, 06:28
Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq - ÇÜNKİ...
Bu gün, 06:22
Metroda gedişhaqqı BAHALAŞIR - Görünəni odur ki...
Bu gün, 06:20
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Dünən, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Dünən, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Dünən, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Dünən, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Dünən, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Dünən, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Dünən, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Dünən, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Dünən, 12:08
Əhəd Abıyev HARALARDADI...
Dünən, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Dünən, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Dünən, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru