Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                 

“FƏRHAD VƏ RAFİQ ƏLIYEVLƏRİN HƏBSİNİN ƏSASI YOXDUR”
Tarix: 7-02-2012, 14:12 | Çap et
“FƏRHAD VƏ RAFİQ ƏLIYEVLƏRİN HƏBSİNİN ƏSASI YOXDUR”

“AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİ ONLARA BƏRAƏT VERMƏLİ İDİ”


Cəmil Həsənlinin Turan-a müsahibəsi
- Cəmil bəy, bildiyimiz kimi, bu il Avropa Şurasinin qış sessiyasinda Azərbaycanda siyasi məhbuslarla bağlı məsələlərə ciddi diqqət yetirildi. Bu nə ilə bağlı idi?

- Bu, ilk növbədə Azərbaycanda insan haqlarının kobud və kütləvi şəkildə pozulmasının davam etməsi və siyasi məhbus probleminin kritik həddə çatması ilə bağlıdır. Avropa Şurası, Avropa Birliyi, ATƏT və insan hüquqlarının müdafiəsi üzrə nüfuzlu beynəlxalq təşkilatlarının dəfələrlə müraciət etməsinə, kəskin tənqidi fikirlər söyləməsinə baxmayaraq, ölkəmizdə bu məsələlər həll olunmamış qalır. Onlarla istedadlı gənc, öz konstitusiya hüquqlarından yararlanmaq istəyən vətəndaşlar, dini təşkilatların nümayəndələri saxta ittihamlarla həbs olunublar. Bəzən deyirlər ki, siyasi məhbus anlayışının tərifi yoxdur, niyə Azərbaycandan belə şeylər tələb edilməlidir? Bunu bəlkə də hansısa bir xariciyə demək olar. Axı ölkə içində hamı bilir ki, siyasi və sosial cəhətdən fəal olan vətəndaşlar necə qurama, saxta ittihamlarla həbs edilir. İnsanların cibinə narkotik maddə, evinə və maşınına silah atıb, üzünə saxta şahidlər qoyub etmədikləri əməllərə görə həbslər həyata keçirilirsə siyasi məhbus anlayışının birinci siyasi təzahürüdür.

Ruslan Bəşirlinin, Bəxtiyar Hacıyevin, az əvvəl azad edilmiş Cabbar Savalanın, Şahin Həsənlinin, Sahib Kərimovun, mənim keçmiş tələbəm Məhəmməd Məcidlinin, BDU-nun magistri Tural Abbaslının, AXCP fəalı Zülfüqar Eyvazlının, jurnalist Əvəz Zeynalının, Xalq hərəkatının fəallarından biri olmuş Nemət Pənahlının, bütövlükdə 2 aprel mitinqçilərinin saxta ittihamlarla həbsə atılması siyasi məhbus anlayışının tərifini böyük hərflərlə Azərbaycanın adına yazır. Əgər bu gün Azərbaycanın müstəqillik aktını imzalamış Arif Hacılı şər, böhtan, saxta şahid ifadələri ilə həbsə atılıbsa bu, yalnız siyasi sifarişlə baş verib.

Arif bəy həmin tarixi sənədə imza atanda bu gun hakimiyyətdə oturanların çoxu müstəqillik anlayışından ya uzaq idilər, ya da onun əleyhdarları sırasında idilər. Görünür bu da taleyin azərbaycansayağı bir istehzasıdır. Ötən müddətdə Avropa da gördü, dünya da gördü ki, Avropa Şurasının üzvü olan Azərbaycanda insanları necə zorakı üsullarla, saxta ittihamlarla həbs edirlər. Elə götürək Fərhad və Rafiq Əliyev qardaşlarının işini. Bu qardaşlara münasibətdə istintaq və məhkəmə orqanları tərəfindən qüvvədə olan Azərbaycan qanunlarının 200-dən çox norması pozuldu. Şübhəsiz ki, belə şəraitdə Avropa İnsan Haqları Məhkəməsi onlara bəraət verməli idi və verdi də.

-Yeri gəlmişkən, AŞPA-nın qış sessiyasında Fərhad və Rafiq Əliyev qardaşlarının da məsələsi diqqət mərkəzində olub.

- Bu, birinci dəfə deyil. Fərhad və Rafiq Əliyevlərin hüquqları addımbaşı kobud şəkildə pozulduğundan, bu qardaşların insan və vətəndaş haqlarına heç bir məhəl qoyulmadığından AŞPA-nın müxtəlif komitələri dəfələrlə onların məsələsini müzakirə edib və Azərbaycan hökumətinə tövsiyələr verib. Təəssüflər olsun ki, həmin tövsiyələrin heç birinə məhəl qoyulmayıb. Bu ilin yanvar ayında AŞPA-nın İnsan Hüquqları üzrə Komitəsində onların məsələsinin diqqət mərkəzində saxlanması bu qardaşların hər ikisinin qanunsuz həbsi, günahsız olması haqqında Strasburq məhkəməsinin müvafiq qərar qəbul etməsi ilə bağlıdır.

Biz dəfələrlə yazmışıq, demişik və müxtəlif açıqlamalarda bəyan etmişik ki, bu qardaşları saxta ittihamlarla, siyasi mülahizələrlə tutublar. İndi insan hüquqlarına dair beynəlxalq məhkəmənin qətnaməsi ilə təsdiq olundu ki, Fərhad Əliyev də, Rafiq Əliyev də qanunsuz həbs olunublar. Əgər həbs qanunsuz olubsa ondan sonar gələn bütün hüquqi prosedurlar qanunsuz xarakter daşıyır. Avropa Şurasının üzvü olan və qanunların normal işlədiyi ölkələrdə əgər kiminsə haqqında belə qərar qəbul olununarsa, dərhal onu azad edir və qanunsuz həbsin doğrduğu hüquqi nəticələr aradan qaldırılır.

Təsəvvür edin ki, hələ 2010-cu il noyabr ayının 9-da Strasburq məhkəməsi Fərhad Əliyevin qanunsuz həbs edilməsi, onun uzun müddət qanunsuz həbsdə saxlanması, həbsinin qanunauyğun olub-olmamasını araşdıran məhkəmələrin ədalətsiz keçirilməsi, vəzifəli şəxslərin və hüquq-mühafizə orqanlarının məhkəmənin hökmü olmadan onu cinayətkar elan etməklə Fərhad Əliyevin təqsirsizlik prezumpsiyasını pozmasını təsdiq edib. Bu pozuntulara və digər qanuna zidd əməllərə görə Azərbaycan hökumətinin üzərinə böyük maliyyə sanksiyaları qoyuldu. Ötən ilin dekabr ayının 6-da Starsburq məhkəməsinin müvafiq qərarı Rafiq Əliyev haqqında da oldu. Bu qardaşların məsələsinin bu gün diqqət mərkəzində olması onlara münasibətdə haqsızlığın heç bir əndazəyə sığmaması ilə bağlıdır.

- Strasburqda akkreditə olunan 10-na yaxın avropalı səfirin bu məsələni müzakirəyə çıxarması, görünür, bununla bağlıdır.

- Beynəlxalq Tərəfdaşlıq Qrupunun və “İnsan Haqları Uğrunda” İctimai Birliyin Strasburqda Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin səfirləri ilə görüşündə Fərhad və Rafiq Əliyev qardaşlarının məsələsinə də diqqət yetirilib. Görüşdə 10 ölkənin - Almaniya, Fransa, Böyük Britaniya, Finlandiya, Norveç, İsveç, Estoniya, Avstriya, Macarıstan və Danimarkanın səfirləri iştirak ediblər. Bu görüşdə ən çox müzakirə olunan məsələ Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı olub. Fərhad Əliyev haqqında Strasburq məhkəməsinin bir il üç ay bundan əvvəl qəbul olunmuş qərarının icra edilməsməsi bunun aydın ifadəsidir. Məhz həmin qərara əsasən Konvensiyanın 5-ci maddəsi üzrə Fərhad Əliyevin hüquqlarının pozulduğu və həbs edilməsinin qanunsuz olduğu tanınıb. Əslində, üç ay ərzində respublikada bu işə baxılmalı və müvafiq addımlar atılmalı idi.

Ən azı bu müddətdə Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin mövcud qərarından doğan nəticələrlə əlaqədar olaraq hüquqi qiymət verməli və müvafiq qaydada kompensasiya ödənməli idi. Halbuki, bu addımların heç biri olmayıb. Təsəvvür edin ki, Strasburqda qərarın qəbul olunmasından bir il sonra F. Əliyevin vəkili Azərbaycan Ali Məhkəməsində bu işə baxılıb-baxılmaması ilə bağlı müraciət edir və bu müraciətə hansı cavabı alır. Cavabda göstərilir ki, “F.Əliyevin işi üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ərizəçinin işinə yenidən baxılması üçün əsasların olub-olmamasını müəyyən etmək mümkün deyil”.

Sual olunur: üç ay ərzində yerinə yetirilməli olan iş bir il üç ərizində niyə yerinə yetirilmir? Axı hələ 2003-cü ildə Azərbaycan prezidenti bu işlərə intensiv xarakter vermək üçün sərəncam imzalayıb və həmin sərəncamla İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respubikasının səlahiyyətli nümayəndəsi vəzifəsi təsis edilib, onun əsasnaməsi təsdiq edilib, bu vəzifəyə müvafiq şəxs təyin edilib, dövlət büdcəsindən maliyyələşən aparat yaradılıb. Əgər bir il üç ay ərzində F.Əliyev haqqında Strasburq məhkəməsinin qərarı baxılmaq üçün Azərbaycan Ali Məhkəməsinə yetişməyibsə, deməli buna mane olan nüfuzlu dairələr var, deməli bu məsələnin özünün də siyasi məqamları var. Ölkənin ən “stajlı” və ən üzdə olan siyasi məhbusuna belə münasibət şübhəsiz ki, texniki səbəblərlə izah edilə bilməz.

- Fərhad və Rafiq Əliyevlərə qarşı belə sərt münasibət nə ilə bağlıdır?

- Əlbəttə, bunun çox səbəbləri var. Bu, ilk növbədə nazir işləyərkən Fərhadın təklif etdiyi və bu təkliflər əsasında qismən həyata keçirilən islahatların bir sıra vəzifəli şəxslərin və hətta ayrı-ayrı qonşu ölkələrin maraqlarına toxunması ilə bağlıdır. Məsələn, məhz F.Əliyevin təşəbbüsü ilə lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı 230-dən 30-a endirildi. Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısı alınmaq üçün müfafiq addımlar atıldı, inhisarçılıq, korrupsiya, ölkənin iqtisadi inteqrasiyası ilə bağlı ciddi fikirlər səsləndirildi. Azərbaycan cəmiyyəti üçün dünən də, bu gün də bu təşəbbüsdə bulunmaq qorxulu tendensiyadır. Əslində, Wikileaksin Azərbaycana aid materialları bir çox məsələlərlə yanaşı F. Əliyevlin həbsi ilə bağlı məsələlərə də aydınlıq gətirdi.

Bu işin arxasında duran siyasi niyyətlər və siyasi dairələr üzə çıxdı. Hakimiyyətin ona qərəzli münasibəti, törətmədiyi əməllərdə onu ittiham etmək cəhdləri aydın oldu. Təsəvvür edin ki, müvafiq hakimiyyət orqanları F. Əliyevin guya tanınmış jurnalist Elmar Hüseynovu öldürməsi kimi cəfəng iddiaya Amerika səfirini inandırmağa calışıblar, yaxud Amerika rəsmiləri ilə keçirilmiş görüşlərdə onu İranın adamı kimi təqdim ediblər. İstintaqın gedişində sübuta yetirlilməyən dövlət çevrilişində onu ittiham ediblər. Bütün bunlar hamısa Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin siyasi mülahizələrlə həyata keçirilmiş həbsi haqqında əlavə təsdiqedici materiallar verir.

- Səhv etmirəmsə məhkəmə prosesində Fərhad Əliyev özü də ondan dövlət çevrilişi haqqında təsdiqləyici ifadələr verməyə məcbur edildiyini demişdi.

- Bəli, məhkəmə yeni başlayanda istintaq orqanlarının şahidlərə təzyiq göstərməsi, onların açıq-aşkar hədələnməsi, sübutların saxtalaşdırılması istiqamətində olmuş qanun pozuntuları barədə F. Əliyev məlumat verdi və istintaq prosesində ona edilmiş təkliflər barədə də danışdı. Ondan guya dövlət çevrilişini maliyyələşdirmək məqsədilə R.Quliyevə pul verdiyini, “narıncı inqilab” etmək niyyətində olduğunu və onu buna guya Amerika, Böyük Britaniya, Almaniya və digər dövlətlərin rəsmilərinin və onların Bakıdakı səfirliklərinin təhrik etdiyini etiraf etmək tələb olunurdu. Azadlığa çıxmaq üçün olmayan günahını etiraf edib, dövlət başçısından üzr istəməli və ondan əfv olunmağını xahiş etməli, habelə, “azadlıq naminə” 100 milyon ABŞ dolları ödəməyə razılıq verməli idi. Onun əleyhinə işgəncələr yolu ilə ifadələr alınırdı və belə ifadələr verməkdən imtina etmiş İqtisadi İnkişaf Nazirliyinin department direktoru Əlihüseyn Şaliyev həbs yerində müəmmalı şəkildə dünyasını dəyişdi. Təsəvvür edin ki, həmin haqsız münasibət məhkəmə dövründə davam etdi və hazırda da davam edir.

Demək olar ki, bütün məhkəmə iclaslarına Rafiq Əliyev hər gün hakimdən, prokurordan soruşurdu: zəhmət çəkib izah etsinlər ki, onu niyə tuturlar. Bütün məhkəmə boyu bunu ona izah edən tapılmadı. Rafiq Əliyevə qarşı ittihamların çoxu “Azpetrol” şirkəti ilə bağlı idi. Halbuku, Rafiqin tutulması ilə bağlı “Azpetrol” şirkəti bir gün də fəaliyyətini dayandırmadı. Onun guya bəlli ünvanlarda bir sıra obyektləri qanunsuz ələ keçirməsi barədə ittihamlar var idi. Halbuki, Rafiq həbsdə ola-ola həmin obyektlər öz işlərini davam etdirir. Bütün bunlar Fərhad və Rafiq Əliyevlərə qarşı irəli sürülmüş iddiaların saxta olduğunu, heç bir məhkəmə araşdırılması aparılmadan, məhz siyasi sifarişlə Azərbaycan məhkəmələrində onlara hökm oxunduğunu, bu gün də qanunsuz olaraq həbsdə saxlandıqlarını təsdiq edir. Avropa İnsan Haqları Məhkəməsi Fərhad Əliyevlə bağlı qəbul etdiyi 9 noyabr 2010-cu il tarixli qərarla, Rafiq Əliyev haqqında isə qəbul etdiyi 6 dekabr 2011-ci il tarixli qərarla bu şəxslərin qanunsuz həbs olunduğunu, qanunsuz həbsdə saxlanıldığını, onlara münasibətdə qərəzli istintaqın aparıldığını təsdiq etdi. Azərbaycan hökuməti bu qanunsuzluqlara görə cərimələndi.

Strasburq məhkəməsi Azərbaycanın daxil olduğu hüquq sitemində ən yüksək instansiyadır və bu məhkəmə bu insanların günahsızlığını təsdiq etdi. Bəs bu adamlar öz günahsızlığını sübut etmək üçün daha nə etməlidir? Bir sıra rəhbər dairələr bu qardaşlarla bağlı məsələləri məhkəmələrlə əlaqələndirir və deyirdilər ki, gedib günahsız olduqlarını məhkəmədə sübut etsinlər. Və onlar da günahsız olduqlarını, qanunsuz tutulduqlarını hələ ki bu gün dünyanın ən yüksək məhkəmə instansiyası sayılan Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdilər. İndi onları həbsdə saxlamaq heç bir hüquqi anlayışa sığmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru