"HAFKA" İNDİ DƏ ARDNŞ ŞEFİNƏ QARŞI
Tarix: 14-11-2013, 12:08 | Çap et
"Baghlan Group"un prezidenti, "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti ola bilər. Bu barədə məlumatlı mənbənin iddiasında deyilir. Qeyd edək ki, Hafiz Məmmədov Azərbaycan futboluna ciddi sərmayə qoyan şəxslərdən biridir. O, paytaxtın "Bakı" klubunun prezidentidir. Bundan başqa, son vaxtlar "Hafka"nın "futbol sərmayəsi" ölkədən kənara da sıçrayıb. O, hazırda fransanın köklü futbol klublarından biri olan "Lans"a sponsorluq edir. Bəzi qaynaqlar Hafiz Məmmədovun futbol aləminə sərmayələrinin səbəbsiz olmadığını və sonucda onun AFFA prezidenti postuna gətirilməsi ilə yekunlaşacağını proqnozlaşdırırlar. Xatırladaq ki, belə iddia heç də yeni deyil. Hələ bu ilin mayında, ölkə KİV-i yazırdı ki, 28 may - Respublika günündə keçirilən Azərbaycan kubokunun final oyununda düşən dava-dalaşdan fürsət kimi istifadə edib AFFA prezidenti Rövnəq Abdullayevi "vurmaq" istəyirlər. Belə ki, bayram günündə SOCAR-ın prezidentinin yaxın qohumu Sadıq Sadıqovun rəhbərlik etdiyi "Neftçi" klubunun mühafizəçilərinin "Xəzər Lənkəran"lı futbolçuları döyməsi Rövnəq Abdullayevin hakimiyyət daxili rəqiblərini hərəkətə keçirib. İddia olunurdu ki, onlar yüksək dairələrdə Rovnəq Abdullayevin AFFA prezidenti kimi işinin öhdəsindən gələ bilməməsi barədə rəy yaratmağa çalışır. Həmin vaxt Tofiq Bəhramov adına Respublika Stadionunda baş verənlərdən sonra rəqib qruplaşmaların Rövnəq Abdullayevi AFFA-da "Bakı" klubunun sahibi Hafiz Məmmədovla əvəzləmək istədiyi açıq bəyan edilirdi. Məlumata görə, başqa idman növləri ilə müqayisədə futbolun yerində saymasında əsas günahkar kimi hazırki AFFA prezidenti göstərilir. Hafiz Məmmədovun yerli və xarici futbola sərmayələri, xaricdəki məşhur klubların futbolçularının formalarında "Land of Azerbaijan"-nın (Odlar Yurdu Azərbaycan -red.) reklam olunması ölkənin dünyada tanıdılması yönündə atılan ən iri miqyaslı işlərdən biri kimi təqdim edilir, əslində isə bu, daha çox Hafiz Məmmədovun reklamına hesablanıb və onun AFFA prezidenti postuna gətirilməsi yönündə bir addımdır. Xatırladaq ki, aylar öncə bu iddia Hafiz Məmmədovun özü tərəfindən təkzib edildi və o, jurnalistlərə açıqlamasında AFFA rəhbəri olmaq kimi bir düşüncəsinin varlığını təkzib etdi. O da maraqlıdır ki, elə həmin günlərdə "Hafka"nın sponsoru olduğu "Bakı" klubunun danışılmış oyunlarla məşğul olması barədə FİFA və UEFA tərəfindən AFFA-ya şikayət göndərildi. Şikayətdə "Bakı" klubunun 2011-2012-ci il mövsümündə 3 çempionat oyununda zəif rəqiblərə uduzmasının araşdırılması tələb olunurdu. Qeyd edək ki, sözügedən bu oyunların hər birinə 3 milyon dollar məbləğində proqnoz verilməsi müqabilində 27 milyon dolların udulduğu bildirilirdi. Bu isə xarici bukmeker kontorlarının UEFA və FİFA-ya şikayət etməsinə səbəb olmuşdu. Amma istisna edilmirdi ki, belə bir xoşagəlməz situasiyanın Hafiz Məmmədovun AFFA prezidentliyinə iddiası ilə eyni vaxta düşməsi heç də təsadüf deyildi. Onun klubu ətrafında belə bir qalmaqal yaşanması "Hafka"nın AFFA prezidentliyinə yolunu qapamaq üçün bir həmlə də sayıla bilərdi. İndi gələn məlumatlar isə ondan ibarətdir ki, "Baghlan Group"un prezidenti yenidən AFFA prezidenti olmaq iddiasını gizli şəkildə qabartmaq fikrindədir. Maraqlıdır ki, ölkənin idman mətbuatında o, birmənalı olaraq tənqidə məruz qalmır. Digər klublar və klub prezidentlərindən, himayədarlarından fərqli olaraq, Hafiz Məmmədovun adının yalnız müsbət fonda qabardılması təbii ki, diqqətçəkən elementdir və tanınmış iş adamının ölkənin futbol təsərrüfatının başına gətiriləcəyi ilə bağlı proqnozlarda reallaşma ehtimalının yüksək olmasından xəbər verir. Ancaq açıq qalan bir sual var: kifayət qədər maliyyə ayırmasına baxmayaraq, "Baghlan Group" prezidentinin rəsmi himayəçisi olduğu "Bakı" klubu ötən illər ərzində elədə yadda qalan uğura imza atmayıb. Son bir neçə ildə isə bu klub çempionluğa həsrətdir, Avropa miqyaslı turnirlərdə isə ya iştirak haqqı qazana bilmir, ya da elə ilk turdaca sıradan çıxır. Sual isə ondan ibarətdir ki, rəhbərlik və sponsorluq etdiyi klubu Azərbaycan və Avropa futbolunda ciddi uğurlara qovuşdura bilməyən iş adamı, bütünlükdə ölkə futbolunun irəliləyişi, inkişafı və uğurlarını necə təmin edəcəkdir?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tarif Şurasının qərarı heç bir ağlabatan izahat verilmədən təqdim edilib - Keçmiş icra başçısı
Bu gün, 07:21 |
|
|
|
• "Əgər partiyanı bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan..." - Lalə Şövkətin oğlu anasının aktiv siyasətə dönmə xəbərindən danışdı
Bu gün, 07:18 |
|
|
|
• Dünyanın ən güclü PUA-ya sahib ölkələri: Türkiyə neçənci yerdədir? - SİYAHI
Bu gün, 07:02 |
|
|
|
• Çərçivə sazişi: "2025-ci ildə Azərbaycanla Ermənistan arasında...” - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 06:59 |
|
|
|
• Şahin Bağırovun FİŞƏNG BİZNESİ - AKTUAL
Bu gün, 06:54 |
|
|
|
• “Möcüzə olsun…”
Bu gün, 06:44 |
|
|
|
• “Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır” - Zərdüşt Əlizadə
Bu gün, 06:40 |
|
|
|
• Tarif Şurası qiymətləri artırdı; əhali qaza, işığa, istiliyə görə nə qədər ödəyəcək? - Yeni ildə hökumətin ilk “sürpriz”i
Bu gün, 06:28 |
|
|
|
• Tətil günlərində Bakıdakı tıxacların səbəbi bu imiş. - AÇIQLAMA
Bu gün, 06:20 |
|
|
|
• "Bakı Çayçəkici" nizamnamə kapitalından 32,4 milyon manat - GERİ GÖTÜRÜR
Bu gün, 00:05 |
|
|
|
• "Medsol" MMC nizamnamə kapitalını 18 milyon manata çatdırır
Bu gün, 00:02 |
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Dünən, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Dünən, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Dünən, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Dünən, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Dünən, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Dünən, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Dünən, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Dünən, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Dünən, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Dünən, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Dünən, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Dünən, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Dünən, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Dünən, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Dünən, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Dünən, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Dünən, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Dünən, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Dünən, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Dünən, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Dünən, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Dünən, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Dünən, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Dünən, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Dünən, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Dünən, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Dünən, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Dünən, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Dünən, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Dünən, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Dünən, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Dünən, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Dünən, 10:52 |
|
|
|
|