NƏCMƏDDİN SADIQOV SƏFƏR ƏBİYEVLƏ DƏ YOLA GETMİRDİ
Tarix: 4-11-2013, 11:54 | Çap et
Uzun illərdir Azərbaycan ordusunda Səfər Əbiyev-Nəcməddin Sadıqov qarşıdurması yaşanırdı. Sabiq müdafiə naziri ilə Baş Qərargah rəisi arasında münasibətlərin soyuqluğu barədə KİV mütəmadi yazır, bir çoxları isə hərbi sistemdə yığılan çoxsaylı problemləri məhz bu iki general arasındakı ixtilafa bağlayırdılar.
Səfər Əbiyevin "vurulmasından" sonra Nəcməddin Sadıqovun da görəvindən alınacağı və beləliklə, Müdafiə Nazirliyinin qruplaşmalara meylli şəxslərdən tamamilə "təmizləncəyi" proqnozlaşdırılırdı. Əbiyevin postu ndan kənarlaşdırılmasının "Nəcməddin Sadıqovun qələbəsi" olaraq təqdim edilməməsi də bunun təzahürü kimi qiymətləndirilirdi. Amma proseslər tamamilə fərqli istiqamətdə cərəyan etdi. Nəcməddin Sadıqov nəinki Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldı, üstəlik, onunla yaxın olan bir general təqaüddən çağrılaraq vəzifəyə təyin edildi. Belə ki, Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti, ehtiyatda olan general-mayor Aleksandr Vasyakı nazirlikdə yeni vəzifəyə gətirildi. Bildirildiyinə görə, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir. Vasyak 2009-cu ilin sentyabrında S.Əbiyevin əmri ilə işdən azad edilən 30-a yaxın zabitdən biri idi. Dörd il əvvəl orduda ixtisar prosesinin MN-in mərkəzi aparatında aparılan islahatlar (NATO standartlarına keçid) çərçivəsində həyata keçirildiyi deyilirdi. O zaman bildirilirdi ki, MN Şəxsi Heyət İdarəsinin rəis əvəzi, general-leytenant Çingiz Məmmədov Hərbi Elm Mərkəzinin binasına gələrək ixtisar olunan şəxsi heyəti sıraya düzüb və onlara bildirib ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifələri ixtisara düşüb. Onların yeni ştatlara uyğun başqa vəzifələrə təyin edilməsi imkanları isə məhduddur. İxtisar olunanlara deyilib ki, hər kəs özünə ordudan kənarda başqa işlər axtara bilər. Qəribəsi odur ki, Vasyakın MN rəhbərliyinə gətirildiyi gün artıq 1-ci müavin postunu tutan Ç.Məmmədov Heydər Piriyevlə əvəzləndi və indi onun özü iş axtarmalı olacaq. Bəzi hərbi ekspertlər Vasyakı təmiz reputasiyalı, bacarıqlı general olaraq təqdim edirlər və bu təyinatda qəribəlik görmürlər. Amma ona yenidən vəzifə verilməsi həm də Nəcməddin Sadıqovun Müdafiə Nazirliyi sistemində qalması ilə bərabər, bundan sonra daha da güclənəcəyinin işarəsi kimi qəbul olunur. Ümumiyyətlə, qarşıdakı zamanlarda sabiq müdafiə naziri tərəfindən "vurulmuş", ya da kölgəyə çəkilməyə məcbur edilmiş bir çox tanınmış generalların ordu sistemində yenidən post alacağı, ön plana çıxacağı istisna edilmir. Burada məhz Nəcməddin Sadıqovun da rəyinin həlledici sayılacağına dair iddialar var. Məsələn, müdafiə nazirinin birinci müavini postuna gətirilən Heydər Piriyev zamanında Əbiyevlə arasındakı soyuq münasibətlərə görə, Naxçıvan korpusuna göndərilmiş, bir növ, paytaxtdan uzaqlaşdırılmışdı. Həmin vaxt Əbiyevin bu addımı təcrübəli, bacarıqlı və ordu sistemində olduqca yüksək nüfuz və hörmətə sahzib olan Piriyevin müdafiə naziri təyin edilə biləcəyinə dair yayılan informasiyalarla izah olunmuşdu. Bildirilirdi ki, Səfər Əbiyev həmin informasiyalardan narahat olmağa başlayıb və Heydər Piriyevin gözdən mümkün olduğu qədər uzağa göndərilməsinə qərar verib. İndi general Piriyevin yenidən Bakıya gətirilməsi və müdafiə nazirinin 1-ci müavini kimi önəmli posta təyinat alması da Səfər Əbiyevlə ixtilafda olan yüksək çinli zabitlərin yenidən Müdafiə Nazirliyində önəmli mövqelərə sahib olması planının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda prosesin bu cür gedişi belə bir ehtimalla çıxış etməyə də imkan yaradır: Nəcməddin Sadıqovun postunda saxlanılması, onunla yaxın münasibətdə və sabiq müdafiə naziri ilə ixtilafda olan generalların yenidən ordu idarəetməsində ön plana çıxmağa başlaması əslində indiyədək baş verənlərdə Səfər Əbiyevin günahkar tutulduğunu göstərir. Görünür, hesab edilib ki, ordudakı neqativliklər yalnız keçmiş müdafiə nazirindən qaynaqlanıb və məhz onun "vurulması" ilə ordu idarəçiliyində yeni, parlaq səhifənin açılacağı realdır. Belə bir təxminin nə qədər doğru olub-olmadığını isə indi demək çox tezdir. Yəqin ki, bu məsələdə bir-iki il sonra daha əminliklə fikirlər səsləndirmək mümkün olacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|