Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." .....                 

Mikayıl Cabbarov bu faktları bilsə yaxşıdır... - Təhsilin müdiri üçün əsas hədəf PULDUR
Tarix: 29-10-2015, 09:27 | Çap et
Mikayıl Cabbarov bu faktları bilsə yaxşıdır...
Təhsil sahəsində, eləcə də bu sahənin ən biabırçı “meydanlarından” biri olan Masallı təhsilində nöqsanlar o qədər iyrənc şəkil alıb ki, adam bu barədə yazmaqdan da bezib.
Əksər yerlərdəki kimi Masallı Rayon Təhsil Şöbəsində də az qala nəfəs almaq da pulladır və burada çalışanların əksəriyyəti orada puldan başqa heç nə fikirləşmirlər. Az qala həftədə 5-6 dəfə keçirilən mənasız iclasların da əksəriyyəti pul yığma məsələlərinə həsr olunur.
Bu, onların həyat tərzində də hiss olunur. Belə ki, təhsilin səviyyəsi alçaldıqca Masallı təhsil işçiləri arasında HÜNDÜR maşın alanların, dəbdəbəli həyat sürənlərin sayı günbəgün artır. Onların, necə deyərlər, “çölü” – yəni dəbdəbəli həyatı “özgələri” yandırsa da, “iç”ləri də özlərini yandırır – belə ki, son 2-3 ildə ürəyi, mədəsi, gözü... əməliyyat olunmayan, Allahın başqa bəlalarına gəlməyən təhsil şöbəsi işçisi yoxdur. Amma onlar nəinki bunlardan ibrət götürmür, nəinki təhsilə, hətta bir-birinə zərbə vurmaqdan da vaz keçmirlər.
Bu yaxınlarda redaksiyaya maraqlı bir məlumat daxil olub. Həmin məlumata inansaq, Təhsil şöbəsinin inşaatçı ixtisaslı müavini Tariyel Əkbərov, şöbənin müdiri Astan İbişova qarşı qiyamçı dəstə hazırlayırmış. Bu dəstəyə isə şöbənin məsul işçiləri Əhməd Şahverdiyev, Hamlet Əliyev, Kamal Tarverdiyev daxil imiş. Dəstəyə yeni üzvlər cəlb etmək cəhdlərinin birində isə “cinayət”in üstü açılır.
Bu söhbəti yarımçıq saxlayıb, bir az əvvələ qayıdaq. Hələ qəzetimizin iyun sayından “Şaiyədir, ya doğru?” adlı bir yazı çap etmişdik. Yazının qısa məzmunu o idi ki, təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin 3 əməkdaşı Masallı təhsilini yoxlamağa gəlib və olduğu məktəbləri əməlli-başlı “şumlayıb”. Kimsədən də nə pul alıb, nə çörək yeyib. Bir neçə məktəbdə isə xoruz səsi eşitməyən nöqsanlar aşkarlayıb. (Arzu edənlər bu lingdə həmin yazı ilə tanış ola bilərlər). Bu yoxlamadan sonra Masallının 3 mindən artıq müəllimindən kütləvi şəkildə pul yığılmağa başlandı (günahı çox olanlar daha çox ödəyiblər). Tək-tük etirazlar, Təhsil Nazirliyinə şikayətlər olsa da, əhəmiyyət verən olmayıb. 50-100 manat arası yığılan pulların yekun rəqəmi 100 min manatdan artıq göstərilirdi. (Deyilənə görə, təhsil şöbə müdiri bu pulun 31 min manatını hələ də düzəldə bilmir, borclu qalıb və çaşıb, bunu iclasda deyib).
Bəs nəticə nə oldu? Təxminən 1 ay öncə Təhsil Nazirliyi həmin nöqsanlara görə cəzalar müəyyənləşdirdi: 2 qadın direktor – Ərkivan qəsəbə və Kəlbhüseynli kənd məktəblərinin qadın direktorları işdən azad edildi. (Qısası, gücləri arvadlara çatdı). Təhsil şöbəsinin 2 məsul işçisi, adı Tariyel Əkbərovun qrupunda hallanan Əhməd Şahverdiyev vəzifədən azad edildi, digəri, Hamlet Əliyev pulsuz-parasız Kəlbhüseynli kənd məktəbinə direktor göndərildi. (Təki RTŞ-dən uzaqlaşdırılsınlar). Xatırladaq ki, Əhməd müəllimin savadına, mədəniyyətinə görə o təşkilatda 2-3 nəfərdən biri olduğu deyilir. Beləliklə, Astan müəllim ətrafını təmizlədi. Kamal müəllim danışıqsız “təslim” oldu, Tariyel müəllim çox arxalı olduğu üçün onun üstünə birbaşa getmək mümkün olmadı. Astan İbişov başda olmaqla təhsil şöbəsinin bütün işçilərinə gözdən pərdə asmaq üçün töhmət verildi. Digər yayılan məlumat odur ki, daha 16 direktorun adı “qara” siyahıdadır, onlar ilin sonuna kimi ya əməlli-başlı silkələnməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar.
Göründüyü kimi, yazdıqlarımızın həqiqət olduğu öz əksini tapdı. Amma daha böyük həqiqət aşkarlandı ki, Təhsil Nazirliyi baş günahkarları – təhsil şöbə müdirini və onun əsas pul yığanlarını yox, onların əl-ayağına dolaşanları vurdu.
Bütün bu olayları müşahidə edəndən sonra fikirləşdim ki, Masallı Təhsil Şöbəsinin müdiri Astan İbişovu tənqid etməkdə düz eləməmişəm. Bu adam olduqca zirək və səriştəli insan imiş. Belə ki, Astan müəllim 71 metrlik mal-qara tövləsini məharətlə idarə etməklə yanaşı, 100-ə yaxın orta-əsas məktəbi də eyni məharətlə fırladır. 3 mindən artıq müəllimdən hər ay, hər il arzu etdiyi məbləği elə yığır ki, onların ruhu da incimir. Astan müəllim məktəblərə ayrılan vəsaiti elə məharətlə “reallaşdırır” ki, şagirdlərinin oturmağa partası olmayan məktəblərin heç ruhu da incimir. Astan müəllim elə gözəl rüşvət sistemi qurub ki, hətta başqa planetlərdə də bundan istifadə etmək olar. Məsələn, uşaq 1-ci sinfə gedirsə, ən yaxşı 1-ci sinif müəlliminin qrupuna düşmək 50 manat, 65 yaşın tamam oldusa, müəllim kimi fəaliyyətini yenə da davam etdirmək 500-1000 manat. Əvvəlki rüşvət metodları da öz yerində.
Astan müəllimin əsas ustalığı ondadır ki, bütün bu cinayətləri, iyrənclikləri, fır-fırıldaqları elə məharətlə edir ki, nə bağ bilir, nə də bağban. Yəni onun fəaliyyətinə nəzarət etməli olan icra başçısından adam tutan idarələrədək hamısı nəinki ona güldən ağır söz deyir, öz məclislərində başda əyləşdirir, onun məclislərinə dəstə ilə gedirlər. Bu şəxsin hörməti ən azından icra başçısının yanında ən hörmətli ziyalıdan da yüksəkdir.
Bəs təhsil şöbəsi nələrlə öyünür? Əvvəllər yeni məktəblərin inşası ilə öyünürdülər, o da neftə görə kütə getdi. Belə ki, ötən il Masallıda 1 dənə olsun, məktəb binası istifadəyə verilmədi – cəmi 2 dənə çıqqılı məktəbin – ƏmirTürbə, bir də Mololon məktəblərinin əsası qoyuldu. Onun da biri deputatın, biri QHT-nin hesabına.
Qaldı bircə repititoruq. Həmin repititorlar valideynlərin əynindən-boğazından kəsib uşaqlara evlərdə elm öyrədir, onlar bu biliklə ali məktəblərə daxil olur – direktorlar, təhsil şöbəsinin müdiri və digər böyüklər də dövlətli evin gəlini kimi sinələrin qabağa verib yellənə-yellənə bununla öyünürlər.
Bütün bunlara görə, maraqlı bir təklifim var. Yaxşı olar ki, hər rayonda ildə bir dəfə repititor müəllimlərin ümumrayon konfransı keçirilsin. Bir idmançı çempion olanda yazırlar ki, ilk məşqçisi kim olub? Kim yüksək balla instituta girdi, yazsınlar ki, repititoru kim olub. Ən yaxşı repititorlara mükafatlar, orden və medallar versinlər, haqq ədalət yerini tutuşun. Onsuz da 10-11-ci siniflərə gedən yoxdur. Həmin siniflərin saxlanması üçün ayrılan vəsaitlər repititor müəllimlərə verilsin, həmin siniflər də onlar üçün ayrılsın. Onsuz da bəzi məktəblərin özündə belə, sinifdə dərs keçməyib, uşaqları o biri otaqdakı repititorun yanına dəvət edirlər.
Nə isə, qaşıdıqca qan çıxır. Mən sonda bir daha Astan İbişovdan üzürxahlıq edirəm. Sən qardaşımsan. Sən böyüksən, Kamilovsan. Bu, alayarımçıq dünyagörüşün, nimdaş, pölüşkəmiş savadınla bu qədər mal-qaranı, eləcə də 3 mindən artıq müəllimi, sənə nəzarət edənləri fırlada bilirsənsə, ən böyük tərifə layiqsən. İnanıram ki, rayonun baş arxitektoru da əlindəki xırda-para işləri başa vurub sənin üçün rayonun ən görkəmli yerində heykəl qoymağa sərəncam verəcək. Adını də belə qoysalar yaxşıdır:
“Masallı təhsilini bataqlığa yuvarladan insana onun pulu ilə təmtəraq quranlardan xatirə.”
“Cənub xəbərləri”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru