Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma... .....                     Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək .....                     Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı .....                     ABŞ Xameneini buna görə qoruyur .....                     Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq .....                     Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb .....                     "Sən demə, əri fanatımdır" .....                     "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" .....                     Sabunçunun yeni prokuroru o oldu .....                     Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq .....                     Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir .....                     2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                 

"Unibank"dan gənc yazara küçə söyüşləri... - "Sənin kimi oğulun boyunu yerə soxum!"
Tarix: 16-09-2015, 09:59 | Çap et
"Unibank"dan gənc yazara küçə söyüşləri...
diaaz.space moderator.az-a istinadən gənc yazar Orxan Bahadursoyun elektron poçtumuza göndərdiyi məktubu təqdim edir.

Əslində belə bir mövzu ilə mediaya müraciət etdiyim üçün biraz utanıram. Mən həmişə sırf yaradıcılıq nümunələrimlə - şeirlərim, məqalələrim, hekayələrim və s. ilə mediada çıxış etmişəm. Amma elə bir hadisə baş verdi ki, bu hadisəni ictimaiyyətlə bölüşməsəm, ürəyim partlayar. Bütün Azərbaycan xalqı bilməlidir ki, belə bank işçiləri və belə banklar var...

Unibankda anamın adına kredit var. Bununla bağlı mənə Unibankdan zəng gəldi. Aramızdakı dioloqu olduğu kimi təqdim edirəm.

-Alo.

-Salam. Sizi Unibankdan narahat edirəm.

-Buyurun. – dedim.

Daha sonra həmin şəxs anamın adını və soyadını deyib onun nəyi olduğumu soruşdu.

-Oğluyam. – dedim.

-Ananızın kredit ödəməsində gecikməsi var. Əlaqə saxlaya bilmirik.

-Bu nömrəni artıq mən işlədirəm. Əlaqə saxlamaq üçün ev ünvanını və atamın nömrəsini verirəm. – dedim və ünvanı da, nömrəni də verdim.

-Siz ananızın banka olan borcunu ödəyə bilməzsiz? – deyə soruşdu.

-Mənim atam götürüb krediti, sadəcə anamın adına götürülüb. Mən evliyəm və atamdan, anamdan ayrı yaşayıram, özləri ilə əlaqə saxlayın. – dedim.

-Sənin kimi oğulun boyunu yerə soxum! – dedi.

Təəccübləndim. Bir anlıq nə deyəcəyimi, nə edəcəyimi bilmədim. Fikirləşdim ki, bəlkə dostlarımdan kimsə mənimlə zarafat edir.

-Bu necə danışıqdır? – soruşdum.

-Mənə danışıq öyrədəcəksən, ə, demaqoq!? Sən necə oğulsan ki, ananın borcunu ödəmirsən? Öl, utan, yerə gir. – deyib ardıyca burda yazmağa belə xəcalət çəkdiyim ən ağır küçə söyüşlərini söydü.

Heç bir cavab vermədən danışığı dayandırdım. Çox keçmədi ki, başqa bir nömrədən təkrar zəng gəldi. Yanımda dostum da vardı. Zəngi qəbul etməzdən əvvəl danışığı qeydə almaq üçün onun telefonu ilə kameranı açdıq. Sonra zəngi qəbul etdim və elə danışığın əvvəlindən sonuna qədər bu bank işçisi həmin küçə söyüşlərini dayanmadan söyürdü. Daha sonra isə özü danışığı dayandırdı.

Söyüşlərin arasında fürsət tapıb bircə adını soruşa bildim. Adını Seyid dedi. Daha sonra yalan ya doğru soyadını və ata adını Qulamov Seyid Ələmşah oğlu deyə qeyd etdi. Amma bunu doğru dediyinə əmin deyiləm.

Növbəti dəfə mən zəng elədim. Kamera da hər anı qeydə alırdı. Telefonu başqa bir adam açdı və baş verənləri ona danışdım. Guya mənə Unibankın qaynar xətti ilə əlaqə nömrəsi verdi, həmin nömrəyə zəng etdim, amma telefondan gələn səs “yığdığınız nömrə düzgün deyil” deyə pıçıldadı qulağıma.

Həmin şəxsin ikinci dəfə zəng elədiyi nömrəni yığdım. Zəng qəbul edildi:

- Alo! – bu həmin səs idi.

- Bayaq mənlə danışan siz idiz? – deyə soruşdum.

- Bəli, mən idim.

- O söyüşləri siz söydünüz?

- Vətəndaş, nə söyüş? Nə danışırsız? Səsyazmanı da yığışdırın! – deyə əmr etdi.

- Axı siz zəng edib mənə ən ağır söyüşləri söydünüz. Mənim sizin banka borcum yoxdur. Anamın adına kredit var deyə siz zəng edib məndən ödəniş tələb edə bilərsiz? Ya da ödəmirəm deyə məni təhqir edə bilərsiz?

-Vətəndaş, səsyazmanı yığışdırın! Probleminiz varsa, banka gəlin, üzbəüz danışaq, həll edək. – dedi.

Elə bu əsnada başqa bir adam telefonu alıb danışdı:

- Buyurun, mən Seyidin qrup rəhbəriyəm. Nə baş verib?

Hadisəni olduğu kimi bu adama da danışdım. O isə:

- Yaxınlaşın Unibankın baş ofisinə, danışaq. – dedi və danışığı dayandırdı.

İki gündür ki, bu hadisənin şokundayam. Mən hələ o əsəbdən xilas ola bilməmişəm. Bu nədir? Nə deməkdir? Necə davranışdır? Anlaya bilmirəm. Yəni bir bank işçisi o banka heç bir qəpik də borcu olmayan birinə zəng edib pul tələb edə bilir. Üstəlik, ödəmədiyi üçün təhqir edə bilir. Hələ sonra da “banka gəlin, üzbəüz danışaq, həll edək” kimi mülayim təkliflər də edir. Yəni yolazmışlıq, qudurğanlıq, həyasızlıq, yekəxanalıq, hökmranlıq bu həddəmi çatıb?

Görəsən, Unibank işçi götürəndə onların danışıq qabiliyyətinə, mədəniyyətinə heç bir əhəmiyyət vermir? Bu azmış kimi bankın səlahiyyətli işçiləri bu adamı müdafiə edir. Bankın müdiri bu işçini hardan tapıb? Küçə tinindən?

Mən bütün media orqanlarından artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə ciddi şəkildə maraqlansınlar. Çox güman ki, bu hadisəni yaşayan tək insan mən deyiləm. Sadəcə başqalarının media ilə əlaqəsi yoxdur deyə belə hadisələr mediada işıqlanmayıb. Xalq bilməlidir ki, kimlərə xeyir verir, kimlərlə əməkdaşlıq edir. Devalvasiyadan sonra dollarla olan kreditləri yeni məzənnə ilə alan, millətin pulunu talayan, cibini soyan bu adamlar, hələ milləti təhqir etməyi də, alçaltmağı da özlərinə borc bilirlər.

Həmin videoları və öz şikayət ərizəmi həm Unibankın müdiriyyətinə, həm də məhkəməyə göndərəcəyəm. Lakin, baş verən hər hadisə, hətta keçirilən məhkəmələr də mediaya açıq olacaq ki, millət hər şeyi görsün, bilsin və anlasın! Xüsusilə medianın bu işlə ciddi məşğul olacağına inanıram!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Bu gün, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Bu gün, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Bu gün, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Bu gün, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Bu gün, 17:59
"Sən demə, əri fanatımdır"
Bu gün, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Bu gün, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Bu gün, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Bu gün, 17:52
Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Bu gün, 17:50
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru