"Bura Oğuzun Əlican çay (Bayan kəndi) ərazisidir. Oğuz rayonunun kanalizasiya zavodunun motorları son vaxtlar işləmədiyi üçün bu çirkab su, əsasən axşamlar, çaya axıdılır. Üfunət iyindən yaxın getmək olmur çay kənarına..." "DİA-AZ" xəbər verir ki, bu faktı təqdim edən sakinlər daha sonra bunları bildirir:
"Şəki rayonunun Qayabaşı Qaraqoyunlu, Yevlax rayonunun Xaldan və Xanabad kənd sakinləri bu sudan həm içməli su kimi, həm də mal-qaraya su vermək üçün istifadə edir"...
Hər halda iki rayonun sakinlərinin içməli su əvəzinə kanalizasiya suyu içməsi faktı əlaqədar qurumları narahat etməlidir...
Məsələ diqqətimizdədir...