Ağsuda müharibə veteranları bələdiyyə sədrindən şikayətçidir... - "Deyir ki, icra başçısının..."
Tarix: 6-10-2022, 11:08 | Çap et
 DİA.AZ xəbər verir ki, Ağsu rayonu Bico kəndində yaşayan Qarabağ veteranları - İsazadə Əhməd Seymur oğlu, Balakərimov Yaqub Raqub oğlu, Eminzadə Anar Tahir oğlu, İsazadə Nicat İlham oğlu və Kərimli Ülvi Kərim oğlu Qaynarinfo-ya müraciət ünvanlayıb.
Veteranlar bildirir ki, kənddə yaşasalar da, əkin məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edə bilmirlər.
Şikayətçilərin sözlərinə görə, ölkədə torpaq islahatları onların doğum tarixindən əvvəl aparıldığından, pay torpaqları yoxdur, imtiyaz baxımından torpaq istəkləri isə kənd bələdiyyəsi tərəfindən müsbət qiymətləndirilmir. Eyni məzmunlu müraciəti əvvəlcə dövlət başçısına ünvanlayan veteranlar problemin səbəbini belə izah edirlər:
"Bizim kəndin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçinlik olduğu üçün, biz də yaşayışımızı bu istiqamətdə qurmaq istəyirik. Ölkədə torpaq islahatı doğum tariximizdən əvvəl aparıldığına görə, bizə pay torpağı düşməyib. Bu baxımdan, həm gənc kənd sakinləri, həm də ölkəmizin zəfər qazandığı müharibənin veteranları kimi bələdiyyə sədrinə müraciət edərək, taxıl əkmək üçün torpaq istəmişik. Ötən il bizə - həqiqi hərbi xidmət zamanı döyüşlərin ön xətlərində iştirak edən 5 nəfər müharibə veteranına - "Pir zəmi” adlanan ərazidən, mərhum bələdiyyə sədri tərəfindən, adambaşına təxminən 3 hektar olmaqla torpaq verildi. Bu il isə yeni bələdiyyə sədri həmin ərazidən istifadə etməyimizə maneə yaradır. Məlum olur ki, sədrin problem yaratması ümumilikdə 25 hektar olan həmin ərazini Vidadi Nuriyev adlı kənd sakininin adına sənədləşdirməklə, kənar bir şəxsə hərrac yolu ilə uzunillik müqavilə əsasında icarəyə vermək istəməsi ilə bağlıdır. Bələdiyyə sədri Südabə Mikayılova təzə olduğundan aldanıldığını, hazırda isə rayon İcra Hakimiyyəti başçısının qərarına uyğun addım atacağını bildirir. Biz də öz növbəmizdə, icra başçısının qəbuluna gedib, yaranmış problemi diqqətə çatdırmaq istəmişik, lakin bir neçə dəfə cəhd etsək də, süni maneələr nəticəsində qəbula düşə bilməmişik. Nəticədə, kənd sakinlərindən gizlin saxlanılmaqla, həmin ərazinin təklif sənədləri sədr Südabə Mikayılova və bu məsələdə xüsusi canfəşanlıq göstərən bələdiyyənin mühasibi Xəqani Göycəyev tərəfindən hərraca çıxarılması üçün aidiyyatı quruma göndərilib. Hazırda istəyimiz budur ki, ötən il əkdiyimiz torpağın gizli yollarla hərraca çıxarılması bələdiyyə tərəfindən imtina verilməklə dayandırılsın.
Sizdən xahişimiz budur ki, səsimizin Ali Baş Komandana, eləcə də Ağsu RİH-nin başçısına çatması üçün müraciətimizi dərc edəsiniz. Bizim istəyimiz, sadəcə, haqqımız olana qovuşmaqdır”.
Südabə Mikayılova isə Qaynarinfo-ya bildirib ki, həmin torpaq sahəsi o, bələdiyyə sədri olmazdan əvvəl hərraca çıxarılıb: "Onlar doğru danışmır. Deyilən 25 hektarlıq ərazi mən sədr olmazdan əvvəl hərraca çıxarılıb. Sadəcə ötən il onlar oranı əkiblər. Mən torpaq satan deyiləm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01 |
|
|
|
• Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58 |
|
|
|
• Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53 |
|
|
|
• Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• "Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47 |
|
|
|
• Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42 |
|
|
|
• "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30 |
|
|
|
• 43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15 |
|
|
|
• Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03 |
|
|
|
• Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48 |
|
|
|
• Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44 |
|
|
|
• Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26 |
|
|
|
• Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06 |
|
|
|
• Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04 |
|
|
|
• Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59 |
|
|
|
• Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56 |
|
|
|
• Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54 |
|
|
|
• "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50 |
|
|
|
• Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41 |
|
|
|
• Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37 |
|
|
|
• “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32 |
|
|
|
• Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29 |
|
|
|
• "Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26 |
|
|
|
• II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20 |
|
|
|
• Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16 |
|
|
|
• İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09 |
|
|
|
• "Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04 |
|
|
|
• Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54 |
|
|
|
• “Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53 |
|
|
|
• Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49 |
|
|
|
• "17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00 |
|
|
|
• Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58 |
|
|
|
• “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56 |
|
|
|
• Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51 |
|
|
|
• Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43 |
|
|
|
• Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41 |
|
|
|
• Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38 |
|
|
|
• Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31 |
|
|
|
• Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26 |
|
|
|
• “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24 |
|
|
|
• Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15 |
|
|
|
• Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13 |
|
|
|
• Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10 |
|
|
|
• CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59 |
|
|
|
• Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54 |
|
|
|
|