Quba rayonu Talabıqışlaq inzibati ərazi dairəsinin sakinləri, Xaroşa kəndinin mərkəzinə toplaşaraq, nümayəndəliyin ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarına etiraz ediblər. Onların sözlərinə görə, kəndin kənarından keçən Vəlvələçayda fəaliyyət göstərən karxanaların ucbatından kənd susuz qala bilər. Beləki, qum-çınqıl karxanalarının yarıtmaz və dağıdıcı fəliyyətlərinin ucbatından artıq Vəlvələçay bir neçə metr dərinləşib ki, bu da kəndlilərin su ehtiyaclarını ödəməyə ciddi mane olur. Mövzunu diqqətdə saxlayacayıq....
Daha ətraflı aşağıdakı videoda:
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...