Sübhaninin İrəvandakı missiyası başa çatır: .....                     BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü .....                     Tiktoker “Miray” saxlanıldı .....                     Döyülən uşaqların anası yenə hamilədir... .....                     DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək .....                     “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? .....                     Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                 

Evlərini erməni dağıtdı, güzəranlarını da Bayramov qara gətirib... - Dağıntılar altından çıxarılan Xədicənin yaxınları narazıdır
Tarix: 30-06-2022, 08:54 | Çap et
Evlərini erməni dağıtdı, güzəranlarını da Bayramov qara gətirib...
Gəncəyə raket atılması nəticəsində dağıntılar altından çıxarılan 3 yaşlı Xədicə Şahnəzərovanın yaxınları narazıdır.

Səbəb isə onun yaşadığı evin hələ də tikilib başa çatdırılmaması, kirayə pulunun verilməməsidir.

“Məsələ böyüyəndən sonra gətirib axırıncı ayın kirayə pulunu verdilər”

2020-ci il oktyabrın 17-də Gəncəyə raket hücumu nəticəsində Muxtar Hacıyev küçəsində II döngədəki 24 saylı ev də dağılıb.

Hadisə zamanı Xədicənin atası Röyal Şahnəzərov, anası Züleyxa Şahnəzərova və 1 yaşlı bacısı Mədinə həlak olub. Həmin ev Xədicənin nənəsi, 64 yaşlı Təzəgül Şahnəzərovaya məxsusdur.

O, xeyli vaxtdır ki, digər oğlu və onun ailə üzvləriylə birlikdə yaşayır.

Gəlini Nərminə Şahnəzərova Meydan TV-yə danışır ki, iki ilə yaxındır kirayədə qalırlar. Müvafiq qurumlar nə evi tikib başa çatdırır, nə də kirayə pulunu ödəyirlər:

“Ya evi təhvil versinlər, gedib yaşayaq, ya da qayda-qanuna uyğun kirayə pulu versinlər. Neçə ay bizə bir qəpik kirayə pulu verilmədi. Bir müddət əvvəl şikayət etmişdim. Məsələ böyüyəndən sonra 2-3 gün öncə gətirib axırıncı ayın kirayə pulunu verdilər”.

“Onun üçün orada qalmaq çox çətin olacaqdı”

Nərminə Şahnəzərovanın sözlərinə görə, məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, “bizlik deyil” cavabını alıblar. Kirayə pulu verilməməsinin səbəbi isə belə izah edilib:

“Hadisədən sonra evi dağılan bir çox vətəndaşlar yataqxanada yaşayıb. Amma mənim qayınanam orada qala bilmədi. Düzü, buna imkan verə bilməzdik. Qəfildən ailəsinin üç üzvünü itirmiş, yaşlı, xəstə adamdır. Onun üçün orada qalmaq çox çətin olacaqdı. Kirayələrdə də onun üçün çox ağırdı…”

“Evlərdə az qala, hər gün usta davası döyülür”

Tikilən evin hazırkı vəziyyətinə gəlincə, Nərminə Şahnəzərova deyir ki, tamamlama işlərinə hələ çox var.
Onun sözlərinə görə, sadəcə, divarları tikilib, evin damı vurulub, indi içində suvaq işləri gedir.

Hesab edir ki, bu vaxta qədər yubanmanın səbəbi işlərin ləng getməsi, yetərincə ustanın cəlb olunmamasıdır:

“Guya demişdilər ki, avqustun axırına qədər bitirib təhvil verilməlidir. Biz də gözləyirik. Amma avqustun axırına çatası deyil. Fəhlə verilmir. Hazırda bir bizim evdə iş gedir. O da ona görə ki həyat yoldaşım iş-gücünü atıb, gedib orada iş görür. Digər evlərdə az qala, hər gün usta davası döyülür. Usta yoxdur. Bizim evdə hələ indi hasarın bünövrəsini qoyurlar”.

“Ev hazırdır, tamamlama işləri gedir”

O əlavə edib ki, hücum zamanı evi dağılan digər sakinlərin durumu da ağırdır. Onların da evləri təhvil verilmir, kirayələrdə əziyyət çəkirlər.

Gəncə sakini Rüfət Əsgərov də hadisə zamanı evi yararsız hala düşənlərdən biridir.

Onun sözlərinə görə, raket onun evindən təxminən 200 metr aralı düşüb. Nəticədə onun da evi dağılıb. O vəziyyətdə evdə yaşamaq mümkün olmadığına görə məcbur qalıb, kirayə qalıb.

Rüfət Əsgərov da təmir-bərpa işlərinin ləng getməsindən şikayətçidir.

Deyir ki, evi tikib, damını vurmuşdular, amma bir müddət əvvəl gəlib söküblər.

Onlara bildirilib ki, iş düzgün görülməyib. Həmin müddətdə evin üstü açıq olduğuna görə yağan yağış içəridə olan məişət əşyalarını sıradan çıxarıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Təzəgül Şahnəzərovanın evi çox dağıldığına görə onun əvəzinə yeni ev tikilib. İnşaat işləri isə mülkiyyətçinin istəyinə uyğun layihə əsasında həyata keçirilib:

“Təzəgül Şahnəzərovanın evi hazırdır, sadəcə, tamamlanma işləri qalıb”.

Rüfət Əsgərovun evi sıra ilə təmir edilənlərin siyahısında olub. Bu evdə də yaxın zamanlarda təmirin yekunlaşdırılacağı bildirilib.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sübhaninin İrəvandakı missiyası başa çatır: - Həmişə ermənilərin dostu olacağam
Dünən, 17:41
BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü
Dünən, 17:36
Tiktoker “Miray” saxlanıldı - FOTO
Dünən, 17:29
Döyülən uşaqların anası yenə hamilədir... - Video
Dünən, 17:24
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Dünən, 17:09
“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Dünən, 17:03
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Dünən, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Dünən, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Dünən, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Dünən, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Dünən, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Dünən, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Dünən, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Dünən, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Dünən, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Dünən, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Dünən, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Dünən, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Dünən, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Dünən, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Dünən, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Dünən, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Dünən, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Dünən, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Dünən, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Dünən, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Dünən, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Dünən, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Dünən, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Dünən, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Dünən, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Dünən, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Dünən, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Dünən, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Dünən, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Dünən, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Dünən, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Dünən, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Dünən, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Dünən, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Dünən, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Dünən, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Dünən, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Dünən, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Dünən, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Dünən, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Dünən, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Dünən, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru