İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi .....                     Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib .....                     Müştərilər fırıldaqdan təngə gəlib... .....                     Neftçilər Gününü ac qarına qeyd edən neftçi... .....                     Mikayıl Cabbarov bu işi bacarmadı... .....                     Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? .....                     Bölgələrimizin inkişafı bundan asılıdır... .....                     İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... .....                     Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü .....                     Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər .....                     Son çıxışında Putin Rusiyasını ifşa etdi .....                     BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                 

"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm" - Diplomatik cəbhədə “təmizləmə”
Tarix: 23-07-2020, 11:09 | Çap et
"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm"
Elmar Məmmədyarovun istefaya göndərilməsindən sonra Xarici İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyinin olacağı gözlənilir. Xüsusilə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən bir sıra diplomatların geri çağırılacağı və vəzifəsindən azad ediləcəyinə dair məlumatlar var.

Bu da səfirlik və konsulluq əməkdaşlarının seçilməsində ciddi nöqsanlara yol verilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də yeni xarici işlər naziri Ceyhun Bayramovu “online” formatda qəbul edərkən verdiyi mühüm tapşırıqlardan biri bu sahədə kobud səhvləri aradan qaldırmaq olub.

Dövlət başçısı bildirib ki, kadrların seçilməsində və təyinatında dostluq, şəxsi sədaqət prinsipinə yer verilib.

Hətta Prezident İ.Əliyev bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını və vətənə xəyant etdiyini qeyd edib: “Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir”.

Qeyd edək ki, XİN sistemindəki kadrların yararsızlığı barədə tez-tez mediada və sosial şəbəkələrdə də məlumatlar yer alırdı.

Diplomatik fəaliyyətdən və beynəlxalq siyasətdən demək olar ki, biliyi olmayan şəxslərin rüşvət müqabilində bir çox hallarda səfir, konsul vəzifələrinə təqdim olunması XİN sistemini xeyli zəiflədib. Lakin qanun pozuntuları bununla yekunlaşmayıb. İdmançılar, tamamilə kənar sahələrədə fəaliyyət göstərən adamlar şübhəli səbəblərdən diplomatik korpuslarda vəzifə tutub.

Bundan başqa, səfirlərin xarici ölkələrdə bizneslə məşğul olması barədə kifayət qədər iddialar var. Yəni, biri özünü biznesmen, digəri müğənni kimi aparır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə virmaqla uyanaşı, Ermənistanla diplomatik savaşda mövqeyini zəiflədir.

Dağlıq Qarabağ probleminin həllində üzərinə mühüm məsuliyyət düşən ən vacib qurumlardan biri XİN-dir. Lakin bu sistemdə peşəkar kadrların azlığı, korporativ maraqlardan çıxış etməsi, üstəlik, Azərbaycan Prezidentinin dediyi kimi xəyanəti yalnız düşmənin xeyrinə işləyir.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, səfirliklərin konsulluqların fəaliyyətində kifayət qədər nöqsanlar var. Lakin bunun hamısını açıqlamaq düzgün deyil: “Cənab Prezident bu problemləri ümumi şəkildə açıqladı. Bu sahədə işləyən insan kimi həmin nöqsanlar mənə də məlumdur. Əslində, xarici siyasətin icrası həm Mərkəzi Aparata, həm də xarici nümayəndəliklərə aiddir. Təəssüflər olsun ki, koordinasiya işləri çox aşağı səviyyədədir. Təlimatlar çox nadir hallarda olur. İş demək olar ki, aparılmır. Məqsədli şəkildə dövlətimizin xarici siyasət qurumunu iflas vəziyyətinə gətiriblər. Bu baxımdan problemlər çoxdur. Lakin hesab edirəm ki, incəlikləri demək olmaz. Təbii ki, yeni nazir tapşırıqları alandan sonra məsələni ciddi şəkildə təhlil edəcək və lazımi addımları atacaq. Belə başa düşürəm ki, Cənab Prezidentin bu məsələyə diqqəti olacaq. Çünki onların fəaliyyəti dövlət başçısının həmişə nəzarətində olmalıdır. Konkret hansısa addımları sadalamaq hazırda düzgün olmaz”.

Tofiq Zülfüqarov qeyd etdi ki, bütün dünya ölkələrində olduğu kimi səfirlərin təqdimatı təyin edilmək üçün nazir tərəfindən irəli sürülür.

“Özünə yaxın, peşə baxımından səviyyəsi uyğun olmayan şəxslər də səfir və konsul vəzifələrinə təqdim olunub. Yəqin ki, bundan sonra həmin məsələlər Cənab Prezidentin və yeni nazirin diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nazirliyin fəaliyyəti və səmərəliliyi çox aşağı səviyyədədir. Ona görə də müsbət dəyişikliklər olmalıdır. Mən səfirlərin xaricdə nəinki özünə biznes qurması, bundan da artıq cinayətləri barədə eşitmişəm. Cənab Prezident buna ümumi şəkildə işarə etdi. Biz görürük ki, dövlətə, vətənə sadiqlik məsələsində problemlər var. Bəzilərinin sabiq nazir başda olmaqla ən əsas problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinmin həllinə olan münasibəti heç də Azərbaycanın xeyrinə olmayıb. Həm nazirin, həm də bəzi səfirlərin fəaliyyəti kənar qüvvələr tərəfindən idarə olunub. Bu barədə mümkün olan qədər deyilib. Amma həmin fakların geniş şəkikldə açıqlanması və ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Həmin şəxslərə qarşı hansısa inzibati tədbirlər görülməlidir. Ancaq o barədə çox açıqlama vermək Azərbaycanın imicinə ziyan gətirə bilər”.

Qeyd edək ki, xarici işlər nazirinin dəyişməsindən sonra Azərbaycanın Ermənistanla danışıqlardakı mövqeyində diplomatik uğurun baş verib-verməyəcəyi müzakirə predmetinə çevrilib. Tofiq Zülfüqarov hesab edir ki, müharibənin yalnız xarici işlər nazirlikləri arasında getdiyini düşünmək düzgün deyil. Müharibə iki dövlət arasında gedir. Bu prosesdə diplomatiya mühüm yer tutur.

“Mən Azərbaycanın qələbə qazanacağına inanıram. Lakin bu qələbəni təmin etmək üçün iştirakçılar yalnız Xarici İşlər Nazirliyi ola bilməz. Hər bir qurumun öz rolu var. Bu iki xalqın iki ölkənin arasında gedən müharibədir”.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru