Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                     Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… .....                     Rusiya FTX azərbaycanlı qadını həbs etdi .....                     Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb .....                     “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? .....                     Ruslar Avropa İttifaqı missiyasının binasını .....                     Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... .....                     Müəllim-sahibkardan Prezidentə müraciət... .....                     CHP sədri barəsində istintaq başlanılıb .....                     Azərbaycan - Ermənistan sülhü rəsmiləşir .....                     Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? .....                     Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır .....                     “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib .....                     Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində .....                     Məleykə Abbaszadənin “qadın və inək” dastanı .....                     Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi .....                     Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında .....                     Qaxda 13 yaşlı qıza təcavüz olunub .....                     Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... .....                     Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin .....                     Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü .....                     Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib .....                 

Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Tarix: 20-05-2020, 10:07 | Çap et
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək?
DTX-nın "Qara maskalılar"ının son aylarda keçirdiyi və 5 rayonun icra hakimiyyəti başçısının həbsiylə nəticələnən əməliyyatlar ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Kimiləri bunu dövlətin möhkəmləndirilməsi adına mühüm addımlar hesab edir, hətta "qara maskalılar"a qurtarıcı, ağ atlı oğlan olaraq baxırlar. Bir başqa kəsim isə bunu mövcud kritik durumla bağlayır, hətta əməliyyatların həbs olunanlarla qarşılıqlı razılıq əsasında gerçəkləşdirildiyini söyləyirlər. Yəni, onu demək istəyirlər ki, hakimiyyətin yuxarı eşolonu çətin vəziyyətdə olan narazı kütləni razı salmaq məqsədilə bu cür siyasi şoular təşkil etmək məcburiyyətindədi.
Teref.az yazır ki, Elçin İlqaroğlu öz məqaləsini bu cümlələrlə başlayır. Məqaləsini davam etdirən Elçin bəy yazır:
Şəxsən mən məsələyə hər iki baxış bucağından baxanların ortaya qoyduğu iddialarla bu və ya digər dərəcədə razıyam. Elə, ya da belə bəzi icra başçılarının rüşvət və korrupsiyaya uğradıqları səbəbiylə həbs olunmaları təqdirəlayiq haldı və alqışlanmalıdı. Ancaq problemin həlli bir neçə icra başçısının həbsiylə mümkün deyil. Buna yalnız siyasətdən baş çıxarmayan, sıradan obıvatel inana bilər. Əgər iqtidar komandası rüşvət və korrupsiyaya qarşı mübarizə başlatdığı fikrində səmimi olduğunu ortaya qoymaq istəyirsə, görülən işlərlə kifayətlənməyib, problemi kökündən həll etmək yolunda addımlar atmalıdı.
Əgər DTX-nın məlum əməliyyatlarını obrazlı şəkildə "balıq ovu" kimi təsəvvür etsək, o zaman ortaya belə bir tablo çıxır: indiyə qədər ovlananlar yalnız kiçikçaplı kilkələrdi! Bir tək Vilyam Hacıyevi kilkədən bir az böyük, məsələn, deyək ki, sazan balığı (kiçikölçülü sazanlardandı) ilə müqayisə edə bilərik. Halbuki Azərbaycan adlı varlı dənizdə nə qədər desən dadlı və delikates hesab olunan, daha böyük ölçülü balıqlar var: nərəkimilər - çökə, bölgə, belyuqa, sivriyuqa, asetrin; bundan başqa, kütüm, farel, sazan, naqqa və onlarca digər yağlı və ətli balıqlar...
Hesab edirəm ki, DTX artıq kilkə ovundan ətli, yağlı və delikates balıqların ovuna keçməlidi. Kim deyə soruşsanız, konkret ad çəkə bilərəm: məsələn, NEHRƏMLİ KƏNAN kimi tanınan Kənan Məmmədov - Bakı Baş Gömrük İdarəsinin rəisi, Gömrük Xidməti generalı Kənan Məmmədov!
Kimdir bu nehrəmli Kənan? Bəzən mediya sensasiya yaratmaq xatirinə, bəzən də yanlışlıqla dəqiq olmayan informasiyalar yayır. Kənan Məmmədova "nehrəmli Kənan" ləqəbinin verilməsi məhz bu iki faktorun birindən qaynaqlanır. Əslində Kənan Məmmədov Nehrəm kəndindən deyil, bu, dəqiqdi. Səhv eləmirəmsə, Naxçıvan şəhərində doğulub. Ancaq fərq etməz, korrupsioner və rüşvətxorun nə milləti olur, nə vətəni. Şəxsən mənim üçün də bir o qədər fərq etmir ki, Kənan mənim həmyerlimdi, Nehrəmdə və ya Naxçıvanda doğulması da bir o qədər fərq etmir. Mənim üçün o, sıradan korrupsioner və rüşvətxordu və haqqında dərhal ölçü götürülməli, qoluna qandal vurulmalı və bütün bunlar bütün ölkəyə nümayiş olunmalıdı.
İrad tutula bilər ki, təqsirsizlik prezumpsiyasına görə Kənana rüşvətxor və korrupsioner demək yanlışdı. Əvvəla, mövcud şəraitə görə, Azərbaycanda təqsirsizlik prezumpsiyasının keçərsizliyini hər kəs bilir. Hər kəs onu da bilir ki, Kənan və onun kimilər, ortada dəlil və sübut olmadan da, rüşvətxor və korrupsioner kimi tanınırlar. İkincisi, ortada kifayət qədər faktlar var. Mən həmin faktlardan yalnız ikisini burda qeyd edirəm:
1) Kənan Məmmədov indiyə qədər bir çox Gömrük idarələrində ("Sınıq Körpü", Biləsuvar, Yalama və s) mühüm vəzifələr tutub. Bu illər ərzində törətdiyi əməllərə görə bir dəfə sərəncama götürülmüş, Yalamada (Xaçmaz Gömrüyündə) işlədiyi zaman isə gömrük nəzarətindən kənar küllü miqdarda qaçaq pul keçirdiyi səbəbilə gömrük orqanlarından uzaqlaşdırılmışdı.
2) Kənan Məmmədov gömrük orqanlarından uzaqlaşdırıldıqdan sonra məhz Səfər Mehdiyevin yardımı və "krışalığı" sayəsində yenidən gömrük xidməti işinə bərpa olunmuş, qısa müddət sonra isə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilmiş, ona general rütbəsi verilmişdir. Elə bundan sonra Kənanın əsas qanunsuzluqları daha ölçüyəgəlməz və dözülməz olmuşdur. Onun "Aztexnika" MMC ilə məhkəmə prosesinin nəticəsi nə qədər saymazyana və qanunları heçə sayan biri, həm də rüşvətxorluğunu ortaya qoyan faktdır. Adam o qədər harınlayıb ki, məhkəmə qərarını belə heçə sayır, "burda mənəm, başımın üstündə Səfər Mehdiyev, Bağdadda isə kor xəlifə" prinsipi ilə hərəkət edir. Təkcə bu iki fakt Kənanın qollarına qandal vurulmasına yetər də, hələ artıq da olar.
Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli "Gömrük Tarifi haqqında" Qanununun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üçün göstərilən 6 üsul gömrük rüsumu tutulmasının dəqiq mexanizmini ortaya qoyur. Ancaq Kənan Məmmədov bu qanunu heçə sayır və gömrük dəyərini özünün müəyyən etdiyini, iş adamları və şirkətlərin onun göstərdiyi qədər rüsum ödəyəcəyini dilə gətirir. "Aztexnika" MMC ilə məşhur məhkəmə çəkişməsi bu əməlinin nəticəsiydi.
Mən DTX-nın (niyə DTX yazıram bilirsiniz, çünki hazırda rüşvət və korrupsiya əleyhinə əməliyyatlar aparılması işini cənab prezident onlara həvalə edib) diqqət mərkəzinə onu da çatdırmaq istəyirəm ki, Kənan Məmmədovun göstərişi ilə Bakı Gömrüyündə "karandaş əməliyyatı" deyilən bir əməliyyat həyata keçirilir. Bu nə deməkdi? Gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu "əməliyyatla" hər ay milyonlarla vəsait dövlət büdcəsindən yayındırılır.
Kənan Məmmədovun qanunsuz əməllərindən biri də "Mebel əməliyyatı" deyilən bir məsələdi. O qədər də uzaq olmayan keçmişdə Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu Terminalı"na 100-dən çox xarici istehsal olan mebel yüklü kamyonlar daxil olur. Bu yüklər "rastamoşka" olunarkən "saxlanc" (soxraneniya) deyilən əməliyyata baş vurulur. Bunun mahiyyəti ondan ibarətdi ki, yükü gətirən şəxs və yaxud firmaya "rastamoşka" rüsumunu sonradan ödəmək şərtilə malları terminaldan çıxarmasına və satışını təşkil etməsinə şərait yaradılır. Bu, müəyyən qədər iş adamlarına yardım və işini asanlaşdırmaq kimi başa düşülsə də, əslində maraq ondan ibarətdi ki, bu malların milyonlarla dəyərindəki gömrük rüsumları mənimsənilsin. Əslində, bəhs etdiyim "mebel əməliyyatı"nda rüsumlar qeyri-rəsmi olaraq iş adamlarından alınıb və mənimsənilib, sənəddə isə "saxlanc" kimi göstərilib.
Bir faktı da qeyd edim ki, həmin o mebellərin əhəmiyyətli bir hissəsinin Kənan Məmmədovun özünə aid olduğu da söylənilir. Onun Dərnəgüldə, erməni qəbirstanlığı deyilən ərazidə bir neçə iri mebel salonu olduğu söylənilir. Gömrük rüsumu ödənmədən gətirilən mebellərin satışı məhz o salonlarda gerçəkləşdirilir. Bu, həm vergidən yayınma, dövlət büdcəsinə ödənilməli olan rüsumların mənimsənilməsi, həm də bu işlə məşğul olan digər iş adamlarının hüquqlarının pozulması deməkdi ki, bundan böyük korrupsiya, bundan böyük cinayət yoxdu.
Nəzər diqqətə onu da çatdırmaq istəyirəm ki, "mebel əməliyyatı" vaxtilə DTX tərəfindən ciddi şəkildə araşdırılıb və yəqin ki, cənab Əli Nağıyev iri bölgə balığı Kənan Məmmədov haqqında ölçü götürməyi nə zamansa gerçəkləşdirəcək.
Son olaraq, qara maska geyinən "ağ atlı oğlanlar"ın nəzər diqqətinə onu da çatdırıram ki, icra başçılarının iş otaqlarına yerləşdirdikləri kameralardan bir-ikisini də "İpək Yolu Terminalı"na yerləşdirsinlər. O zaman görəcəklər ki, bu terminala gələn kamyonların təkcə möhürünü qırmağın qiyməti 300 manatdır. Yəni, iş adamı malını gətirir, gömrük bəyannaməsini təqdim edir və deyir ki, buyur, möhürü qır, malımı yoxla. Kənanın qoçuları isə 300 manatı almayınca yaxına da gəlmirlər. Hər gün yüzlərlə belə maşın daxil olur və hər birindən 300 manat pul yığılır. Təkcə möhür qırmaq işindən bir ayda bir milyondan çox pul yığılır.
Cənab Nağıyev! Cənab general, bax, bu cür iri cüssəli, yağlı və delikates balıqları tora salın! Bunu edin ki, vəziyyəti kritik olan ölkə əhlinin 90 faizinin yanan ciyərinə su çiləmiş olasınız! Bu kimi əməliyyatlar keçirsəniz, mənim kimi qəliz və barışmaz vətəndaşlarımız da sizlərin - iqtidarın yanında olar. Nə zamana qədər ki, yalnız məhəlli qoçular olan icra başçıları - kiçik kilkələrlə uğraşacaqsınız, sizlərin səmimiyyətinə heç kim inanmayacaq...
Adları çəkiən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48
Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43
Ağdamın da öz TENDERYEYƏNİ VAR İMİŞ... - AXI NİYƏ?
Bu gün, 09:41
Zəngəzur dəhlizinin dumanlı gələcəyi – Heç nə aydın deyil
Bu gün, 09:39
Burda müştəri məmnuniyyəti SIFIR! - GİLEY
Bu gün, 09:37
Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər - İNCƏLƏMƏ
Bu gün, 09:27
ƏƏSMN-nin KƏLLƏMAYALLAQ İŞLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:23
Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir - NARAZILIQ VAR...
Bu gün, 09:10
"Qurban Qurbanov futbolumuzu bataqlığa gömən diletantlara göz dağı verir!" - deputat
Bu gün, 09:05
Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə... - AKTUAL
Bu gün, 09:01
Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır - GƏLİŞMƏ
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru