Azad Rəhimov bu adamı 7 ildir süründürür... - GİLEY
Tarix: 4-09-2019, 11:28 | Çap et
 Bakı sakini Heydər Cəfərov metronun В«20 YanvarВ» stansiyasının yaxınlığında yerləşən əmlakına görə 7 ildir ki, Gənclər və İdman Nazirliyi ilə çəkişir. DİA.AZ bildirir ki, bu çəkişmənin son iki ili məhkəmələrdə olub və prosesə Maliyyə Nazirliyi də qoşulub.
Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi-red.) prospekti, 3007-ci məhəllədə H.Cəfərova məxsus 33.75 kvadratmetr qeyri-yaşayış sahəsi olub. O, sadəcə tikinti sahəsinin 33.75 kvadratmetr, ikimərtəbəli obyektin ümumi sahəsinin isə 322.5 kvadratmetr olduğunu iddia edir. Əlində olan mülkiyyət hüququ haqqında şəhadətnamə isə 33.75 kvadratmetrə aiddir.
Əmlakının 2012-ci ilin noyabrında dağıdıldığını, yerində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikildiyini deyən H.Cəfərovun sözlərinə görə, dağıntı vaxtı obyektin içindəki bütün avadanlıqlar da məhv olub. Amma ona 1 manat da kompensasiya ödənilməyib.
Bu dağıntılar nəticəsində ona 2 milyona yaxın ziyan dəydiyini iddia edən H.Cəfərov bildirir ki, o, dəfələrlə həm Gənclər və İdman Nazirliyinə, həm də başqa dövlət orqanlarına məktublar göndərib: В«2016-cı ilin dekabrında nazirliyin aparat rəhbəri Rüfət Həsənov cavab məktubu göndərib obyektin cizgisini tələb elədi. Onu əlavə edib, təkrar müraciət elədim. Bu məktubuma cavab gəlmədi. Sonra 2017-ci ilin aprelində bir də müraciət etdim. Yenə cavab gəlmədi...В».
H.Cəfərov bundan sonra məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldıran H.Cəfərov nazirlikdən 1 milyon 956 min manat kompensasiya tələb edib. Məhkəmənin gedişində Maliyyə Nazirliyi də üçüncü tərəf kimi prosesə cəlb olunub. Bu məhkəmə iddianı rədd edib. Belə nəticəyə gəlib ki, sözügedən əmlakı məhz Gənclər və İdman Nazirliyinin sökməsi müəyyən edilməyib.
H.Cəfərov bu qərardan şikayət verib və nəticədə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişib. Apellyasiya Məhkəməsi belə qərara gəlib ki, şəxs əmlakından məhrum olduğuna görə ona vurulmuş zərər ödənilməlidir. Ancaq kompensasiyanın məbləğini 84 min 375 manat müəyyənləşdirib.
Bu qərar isə nə H.Cəfərovu qane edib, nə Gənclər və İdman Nazirliyini, nə də Maliyyə Nazirliyini. Onların üçü də Ali Məhkəməyə şikayət verib.
H.Cəfərov deyir ki, В«Qiymətləndirmə Xidməti MərkəziВ» MMC-dən rəy alıb, orada Moskva (Tbilisi) prospektində qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinin real bazar qiymətinin 2500 manat olduğu göstərilib. Bu qurum onun əmlakını da 2 milyon 100 min manat dəyərləndirib. Onun sözlərinə görə, apellyasiya məhkəməsi 84 min 375 manatlıq kompensasiyanı təyin edəndə obyektin içində məhv edilmiş avadanlıqları da nəzərə almayıb.
В«Mövcud olmayan, yeri bilinməyən obyektin yalnız mülahizələr əsasında olmasının qeyd edilməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçıya məxsus obyektin və ya torpağın dövlət ehtiyacları üçün alınması barədə hər hansı sübut yoxdurВ», – bunu isə Gənclər və İdman Nazirliyinin nümayəndəsi bildirib.
Maliyyə Nazirliyi də yazıb ki, sözügedən obyektin hansı sahədə yerləşməsi, sökülmə tarixi, sökülmənin hansı təşkilat tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmayıb. Ona görə də kompensasiya ödənilməsi barədə qərar əsassızdır.
Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edib və işi yenidən araşdırılması üçün həmin instansiyaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası yenidən həmin işə baxıb. Bu dəfə nazirliklərin xeyrinə qərar çıxarılıb – 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Yəni əmlak sahibinə kompensasiya ödənilməməlidir.
H.Cəfərov yenidən Ali Məhkəməyə şikayət vermək niyyətindədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28 |
|
|
|
• Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54 |
|
|
|
• Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52 |
|
|
|
• “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38 |
|
|
|
• Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20 |
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
• Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58 |
|
|
|
• Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56 |
|
|
|
• Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• 102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
• “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40 |
|
|
|
• “Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37 |
|
|
|
• "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27 |
|
|
|
• Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25 |
|
|
|
• Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
• Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14 |
|
|
|
• `Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57 |
|
|
|
• Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47 |
|
|
|
• DİN araşdırma başlatdı
Bu gün, 08:41 |
|
|
|
• Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32 |
|
|
|
• “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30 |
|
|
|
• Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29 |
|
|
|
• Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
• Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12 |
|
|
|
• “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10 |
|
|
|
• " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
• Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56 |
|
|
|
• İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46 |
|
|
|
• Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41 |
|
|
|
• "Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34 |
|
|
|
• Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29 |
|
|
|
• Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27 |
|
|
|
• Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25 |
|
|
|
• "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21 |
|
|
|
• Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16 |
|
|
|
• Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11 |
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
|