TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                 

“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur? - KTN-də ciddi korrupsiya şübhəsi
Tarix: 31-08-2019, 12:07 | Çap et
“Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur?
Bu ilin aprel ayına qədər Azərbaycanın dövlət qurumlarını ərzaq malları ilə təchiz edən idarənin adı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti idi. Qurum 2016-ci ilin 11 aprel tarixində Prezident İlham Əliyevin imzaladığı 1944 saylı Sərəncamla yaradılmışdı.

Amma bu idarənin ömrü uzun sürmədi. Yaradılışından tam 3 il sonra ləğv edilərək yerinə “Aqrar Tədarük və Təchizat” ASC şirkəti təsis olundu. Biri digərini əvəz edən bu iki dövlət qurumunun adlarına nəzər salsaq, görərik ki, dəyişilən sadəcə bir söz idi - “Ərzaq” “Aqrar”la əvəz olunmuşdu. Bu iki ad arasında önəmli fərq olmadığından istər-istəməz sual doğurdu: Əcəba, Prezident niyə bir-birinin az qala sinonimi olan addan ötrü Sərəncam imzalayıb?

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, adı dəyişdirilən “Ərzaq Tədarük və Təchizat” ASC Prezidentin ümidi doğrultmadığına görə ləğv olunub. Belə ki, həmin qurum dövlət orqanları yerli məhsullarla təmin etmək üçün yaradılmışdı. Məqsəd həm də yerli kənd təsərrüfatı müəssisələri üçün daxili bazar yaratmaq, dolayısıyla ölkədən xaricə axan kapitalın qarşısını almaqdı.

Ölkə rəhbərinin bu xoş niyyətlə yaratdığı Səhmdar Cəmiyyəti isə bütün səylərinə baxmayaraq, bu vəzifənin öhdəsindən gələ bilmədi. Amma bunun günahını yalnız şirkət rəhbərliyinin bacarıqsızlığı ilə bağlamaq da ədalətsizlik olardı. Media orqanlarında gedən məlumatlara görə, Səhmdar Cəmiyyətin rəhbərliyi əslində əlindən gələni etməyə çalışır, rayonları bir-bir gəzərək fermerləri istehsalı artırmağa və məhsullarını dövlət orqanlarına satmağa təşviq edirmiş. Məsələn, qurum rəhbərliyinin 2017-ci ilin fevral ayında Şəmkir-Qazax Regional Bölməsi üzrə (Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir) Tovuz şəhərində dövlət satınalan təşkilatları, istehsalçılar və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirdiyi o dövrün mətbuat səhifələrində öz əksini tapıb. Həmin görüşdə ASC İH sədr müavini Elşən Əsədov Gəncə bölgəsində yaşayan fermerləri iqtisadi aktivliyə çağıraraq deyib: “Gəncə ətrafı rayonların fermerlərinin bütün məhsullarının alınmasına dövlət zəmanəti veririk. Bu bölgədə əsas prioritetimiz, idxalı əvəzləyən məhsulların – kartof, mərci, noxud, qarabaşaq və digər məhsulların intensiv əkininin genişləndirilməsidir. Bölgənin aktiv fermerlərini Cəmiyyətlə əməkdaşlığa, arxasında dövlət zəmanəti dayanan müqavilələrin imzalanmasına dəvət edirik”.

Di gəl ki, Səhmdar Cəmiyyət fermerlərə verdiyi bu sözü tuta bilməyib. Ərzaq satınalmalarında iştirak edən bir çox nazirliklər xarici tədarükçülərdən aldıqları “otkat” xətrinə Prezidentin tapşırıqları və Sərəncamını görməzlikdən gəliblər. Nəticədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin sözünə arxayın olub istehsalatı artıran fermerlər böyük zərərlə qarşılaşıblar.

Cəmiyyətin yerli ərzaq məhsullarını əhaliyə satmaq təşəbbüsləri də baş tutmayıb. Bu barədə dövri mətbuatda deyilir: “ASC-nin "Gəzər bazar" proyekti, qeyd olunan loqo altında səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsulları yarmarkalara çıxararaq istehlakçılara satmağı planlamışdı. İlkin mərhələ olaraq cari ilin iyul ayının 30-da 6 ədəd yük maşını ilə 30 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulu Bakı və Sumqayıt şəhərlərində, 5 satış nöqtəsində alıcılara təklif olundu. Ancaq təklif olunan məhsulların marketlər və bazarlardakı qiymətlərlə ciddi formada fərqlənməməsi, bəzi məhsulların isə bazarlardakına nisbətən keyfiyyətsiz olması alıcıları narazı saldı."Gəzər bazar"da eyniadlı məhsulun təklif olunan qiyməti ilə təsərrüfat bazarlarında olan qiymət arasında ən yaxşı halda təxminən 20 faiz fərq var idi ki, bu da alıcıları qane etmirdi”.

Sözsüz ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti də süddən çıxmış ağ qaşıq deyildi. İddialara görə, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflıq tam təmin olunmur, xüsusulə politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr vardı.

Bütün bu şikayətlərdən boğaza yığılan ölkə başçısı sonunda həmin qurumun ləğv edilməsi və yerinə yaradılan varisini Kənd Təsərrüfatı Nazirliyinə tapşırmağa qərar verdi. Prezidentin bu qərarında nazir İnam Kərimova bəslədiyi inamın da xüsusi rolu vardı.

Kənd Təsərrüfatı naziri isə Sərəncamdan cəmi 3 ay sonra adı dəyişdirilərək nazirliyin tabeçiliyinə keçirilən qurumun rəhbər heyətini formalaşdırdı. İdarə Heyətinin rəhbəri isə “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova təyin olundu. Hansı ki, Leyla xanım cəmi bir il əvvəl “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə rəhbərlik edirdi. Bir il sonra isə o, həm də “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri vəzifəsini daşıyacaqdı. Yəni özü satıb, özü alacaqdı.

Yəqin siz də razılaşarsınız ki, ilk baxışdan eyni məhsulun həm ticarətinin, həm də satışının eyni əldə cəmləşməsi korrupsiyaya münbit zəmin hazırlanması barədə təəssürat yaradır. Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır. İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın “Azadlıq” radiosuna verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunur. Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Təqdim etdiyimiz videonun 5.30-cu dəqiqəsindən sonrasına diqqət yetirsəniz, fikrimizlə siz də razılaşarsınız.

Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?

Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var və onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi. Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir, o zaman bazar qiymətindən 7 dəfə baha satılan ərzaq malları ilə KTN-nin qaz vurub qazan doldurduğunu anlamaq çətin deyil. Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC həm də ordunu, DİN-ni və digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru