“Fal biznesi”nin QURBANLARI .....                     Azərbaycanlılar daha ət yemirlər? .....                     TSEK bu dəfə LAP AĞ ELƏDİ .....                     ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR .....                     Ağlar günə qalan Ağsu səhiyyəsi .....                     Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı .....                     Arif Qaraşov illər sonra... .....                     Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT .....                     Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... .....                     "Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" .....                     Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ .....                     ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır .....                     Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? .....                     "Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" .....                     Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... .....                     “Azneft” İstehsalat Birliyi cərimələnə bilər .....                     Fətulla Mustafayev NQS işçilərindən pul yığır .....                     Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür .....                     Paşinyan Qarabağ klanına qarşı .....                     “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” .....                     Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: .....                     Rəqsanənin səhhətində problemlər var .....                     AZƏRİQAZ LƏĞV OLUNUR? .....                     Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... .....                     Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı .....                     "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" .....                     Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək .....                     Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil .....                     Ukrayna çoxlu ərazi qazanacaq .....                     İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi .....                     Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq .....                     Şair Məmməd İsmayıl vəfat edib .....                     Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                 

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub” - Ərdoğanın baş sözçüsündən ilginc açıqlamalar
Tarix: 31-05-2017, 09:47 | Çap et
“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”
Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş sözçüsü, akademik Seyid Sərtçəlik “Ölkə.Az”-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik.

- Bakıya nə zaman gəlmisiniz?

- Bakıya iki gün öncə, Astanada keçirilən bir toplantıdan gəlmişəm. Səfərin əsas məqsədi qondarma erməni soyqırımından bəhs edən kitabımın Azərbaycan dilində nəşrinin təqdimatıdır.

- Azərbaycanla bağlı təəssüratınız necədir?

- Azərbaycan, paytaxt Bakı hər gün daha çox gözəlləşir. Doğrudan da Prezident İlham Əliyev Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hətta, bura ilk gələn an həyat yoldaşım mənə söylədi ki, Bakı Parisdən daha gözəl şəhərdir. Doğrudan da Bakının həm gündüzləri, həm də gecələri göz oxşayır. Bir türk şəhəri olan Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi bizi yalnız qürurlandırır.

- Azərbaycanda kimlərlə görüşmüsünüz və ya görüşəcəksiniz?

- Bayram olmasına baxmayaraq, bu gün Prezidentin köməkçisi cənab Əli Həsənovla və bir neçə azərbaycanlı millət vəkilləri ilə görüşmüşəm. Sabah isə ola bilsin ki, Bakıda keçiriləcək neft-qaz sərgisində cənab Prezident İlham Əliyevlə görüşüm.

- Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcud olub və bunun yaxın gələcəkdə də olması istisna deyil. Sizcə, Azərbaycan-Türkiyə dostluğu bu cür qüvvələrə qarşı adekvat addımlar atmağa nə qədər hazırlıqlıdır?

- Türkiyə-Azərbaycan dostluğu bir millət, iki dövlət prinsiplərinə söykənir. Ona görə də bu dostluq münasibətlərini pozmağa nail olmaq heç bir kəsin həddi deyil. Kimsə, Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Biz eyni xalq və soydanıq. Ona görə də dünyada Türkiyə-Azərbaycan dostluğunu poza biləcək dövlət və ya qüvvə yoxdur.

Digər tərəfdən isə bildirim ki, 2015-ci ildə ermənilərin böyük ümidləri var idi ki, qondarma soyqırım iddialarının “100-cü ildönümü”nü qeyd etsinlər. Amma ermənilərin bütün fəaliyyətləri yalnız Avropa parlamentinin qərəzli qərarı və Roma papasının qınamasından o yana keçə bilmədi. İnanmıram ki, ermənilər bundan sonra da nə isə əldə etsinlər. Çünki Fransa və İsveçrə məhkəmələrinin qərarları da erməniləri məyus edib.

Tarixən də Azərbaycan və Türkiyə torpaqlarında əsl soyqırımı törədən türklər deyil, ermənilər olub. Bunun bariz nümunəsi kimi 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı söyləmək olar. Əgər Avropa soyqırımı törədənlərdən hesab tələb edirsə, o zaman gedib ermənilərdən Xocalının hesabını istəsin! Ermənilər dünyanın gözü qarşısında Xocalıda yüzlərlə dinc və günahsız insanları qətlə yetirib. Nə üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmır? Niyə Avropa konkret görüntüsü, faktı, dəlili olan Xocalı məsələsi ilə bağlı səsini çıxartmır? Bütün bunlar xristian-müsəlman ayrı-seçkiliyi deyilmi? Ona görə də hesab edirəm ki, Türkiyə-Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Bu baxımdan da dünyada yaşayan Azərbaycan və Türkiyə soydaşlarımız ayrı-ayrı diaspora kimi deyil, bir diaspora kimi fəaliyyət göstərirlər. Bütün siyasətçilərimiz və diplomatlarımız bu məsələdə birgə iş aparırlar. İnanıram ki, bu birgə faəliyyət çox böyük uğurlar qazanacaq.

- Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bütün bu kimi görüşlər bir daha onu göstərir ki, qardaş Türkiyənin dünyada mövcud olan nüfuzu daha da artır. Sizcə, bütün bunların fonunda Türkiyə rəhbərliyi Donald Trampın diqqətini Qarabağ məsələsinin həllinə yönəldə biləcəkmi?

- Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün ən böyük rolu Rusiya oynayır. Ancaq çox təəssüf ki, indiyədək Rusiya bu münaqişənin tezliklə həllində ciddi maraq ortaya qoymayıb. Baxmayaraq ki, Rusiya zaman-zaman Qarabağla bağlı danışıqlarda təşəbbüs ortaya qoyub. Ancaq bu görüşlərin indiyədək müsbət nəticəsi əldə olunmayıb. Bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük müttəfiqi işğalçı Ermənistandır. Bu səbəbdən də Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşir. Rusiyanın Azərbaycanla münasibətləri nə qədər yaxşı olsa da, ancaq Kremlin işğalçı Ermənistana dəstək verməsi hər kəsə yaxşı məlumdur. Düşünürəm ki, bu səhv addımdır. Rusiya region dövləti olaraq ədalətli mövqe nümayiş etdirməlidir.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın təmas xəttində hərbi əməliyyatların yenidən alovlanması nə qədər realdır?

- Azərbaycan və erməni hərbçiləri arasında döyüşlər zaman-zaman baş verir. Mən bu cür döyüşlərin yenə də baş verəcəyini düşünürəm. Amma inanmıram ki, bu döyüşlər aprel müharibəsi kimi şiddətli olsun.
Ümumiyyətlə, bu gün işğalçı Ermənistanın Azərbaycan ordusuna qarşı müharibə etməsi ağılsızlıqdır. Çünki Azərbaycan ordusu 1991-ci ildən bəri çox dəyişib və güclənib. Hətta, bu gün türk respublikaları arasında Türkiyədən sonra ən güclü ordu Azərbaycana məxsusdur. Əminəm ki, Azərbaycanın müasir və qüdrətli ordusu bundan sonra daha da güclənəcək.

- Rəsmi Ankaranın bəyənatlarına əsasən, son zamanlara qədər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən və təhdid edən qüvvələr arasında başda gedəni “FETÖ” üzvləri idi. Bəs hazırda vəziyyət necədir, sizcə bu münasibətlər “FETÖ” təhlükəsindən tam xilas ola bilibmi?

- İlk növbədə onu söyləyim ki, ötən ilin 15 iyulunda törədilən xain qiyama cəhd hadisələrindən sonra türk respublikaları arasında bu hadisəni birmənalı olaraq qınayan və Türkiyəni ən çox dəstəkləyən Azərbaycan Prezidenti olub. Həmin ərəfələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ancaq Türkiyədə törədilən xain terror aktından sonra bu səfər təxirə düşdü. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük bir qardaşlıq nümayiş etdirərək, özü Ankaraya səfər etdi və öz dəstəyini nümayiş etdirdi.
Həmçinin, “FETÖ”-ya ən böyük zərbə Azərbaycanda vurulub. Hələ 15 iyul hadisələrindən əvvəl Azərbaycanda fəaliyyət göstərən “FETÖ” məktəbləri bağlanılmışdı. Sonradan digər sahələrdə çalışan “FETÖ” üzvləri də işdən azad edildi. Bildiyim qədər, həmin “FETÖ”-çülər artıq Azərbaycandan gediblər. Bütün bunlar qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək idi. Ona görə də biz bundan çox məmnunuq.

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
"Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" - GƏLİŞMƏ
Bu gün, 06:13
Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ - AKTUAL
Bu gün, 06:09
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır - “Fox News”
Bu gün, 06:04
Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37
Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Dünən, 17:33
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Dünən, 17:13
"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:05
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Dünən, 17:01
Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Dünən, 16:54
Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Dünən, 16:49
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Dünən, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Dünən, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Dünən, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Dünən, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Dünən, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Dünən, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Dünən, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Dünən, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Dünən, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Dünən, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Dünən, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Dünən, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Dünən, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Dünən, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Dünən, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Dünən, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Dünən, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru