İcra idarəsi rəisinin qardaşının tikintisi niyə yarımçıq qalıb? - FOTOLAR
Tarix: 14-03-2017, 10:39 | Çap et
 İndi Bakının ayrı-ayrı yerlərində çoxlu sayda yarımçıq binalar görmək olur. Yəqin siz də paytaxtda tikintisi yarımçıq qalan binalara rast gəlmisiniz. Bu yazımızda məhz həmin binaların ikisindən bəhs edəcəyik. O binalardan ki, uzun illər öncə tikintisinə başlanılanda ərazidə çoxlu sayda ağac qırılıb, sakinlər etiraz etsədə də, baxan olmayıb...
Şəkildə gördüyünüz bu 4 mərtəbəli tikintinin 7-8 il bundan əvvəl inşasına başlanılanda Binəqədi rayonunun Cəfər Xəndan küçəsində, “Zirvə” şadlıq sarayı ilə üzbəüzdə yerləşən 16 mərtəbəli binanın sakinləri etiraz ediblər. Çünki binanın tikiləcəyi yerdə çoxlu sayda ağac olub. Binanı tikdirənlər özlərinə o qədər arxayın olublar ki, sakinlərin etirazı və aidiyyəti qurumlara şikayəti onların istəyinin qarşısını ala bilməyib. Hələ o vaxt sakinlər bildiriblər ki, binalarının qarşısındakı yeganə boş ərazi buradır, avtomobil yolu ilə binanın arasına daha bir binanı pərçim etməklə onların istirahətinə əngəl törədəcək, yollarını daraldacaq. Sakinlər ərazidə olan əməkdaşımıza açıqlamasında qeyd ediblər ki, problemlə əlaqədar vaxtilə bir neçə dəfə Binəqədi rayon İcra Hakimiyyətində olublar. Lakin oradan sakinlərə deyiblər, tikintini elə bir şəxs aparır ki, onların müdaxilə edə biləcəyi məsələ deyil: “Ona görə də həmin ərəfədə tikintinin başlanılmasına mane ola bilmərik. Tikinti işləri aparılan ərazidə 58 ədəd ağac vardı. Hamısını kökündən çıxarıb maşınlara yükləyib apardılar. Sonra da ərazi hasara alındı. Biz isə gecə ikən hasarı sökdük. Səhəri gün gəlib yenidən hasarladılar. Beləcə, bir neçə dəfə onlar hasarladı, biz sökdük. Həmin vaxt əraziyə çoxlu sayda polis, generallar gəldi. Tikintinin sahibi bizi hətta həbs etdirəcəyi ismarıcını göndərdi. Fikirləşdik ki, bu adam kimdirsə, arxası çox güclüdür. Sonradan dedilər ki, binanı tikdirən Milli Məclisin deputatıdır. Beləcə, tikinti işlərinə başlanıldı. Lakin bir müddətdən sonra tikinti dayandırıldı. Dedilər, guya deputat ərazini başqasına satıb. Həmin adam da tikintini davam etdirmək üçün buranı banka girov qoyaraq kredit götürüb. Lakin o da krediti ödəyə bilmədiyi üçün tikili bankın hesabına keçib. Bu səbəbdən də tikinti yarımçıq qalıb. Zarafat deyil, buraya milyonlar xərclənib. Məsələ ondadır ki, əgər təyinatı bilinməyən bu yöndəmsiz binanı başa gətirməyəcəkdirlərsə, niyə tikib göz dağı kimi qoyublar? Tikintinin zirzəmisi isə it günündədir, siçanlar, mişovullar məskən salıb. Bəzən mişovullar dəstə ilə binamızın bloklarına doluşurlar. Görəsən, aidiyyəti qurumlar şəhərin mərkəzindəki bu boyda binanı görmürlər? Bəlkə sizin yazınızdan sonra bu göz dağına bir əlac tapıla”. *** Qeyd etdiyimiz digər yarmçıq qalan bina da Binəqədi rayonu ərazisindədir. Söhbət rayonun Əcəmi Naxçıvani küçəsi ilə Atatürk prospektinin kəsişməsində, “X-Petrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 8 mərtəbəli binadan gedir. Qonşuluqdakı binada yaşayan sakinlərin sözlərinə görə, binanın tikintisi 10 il əvvəl başlayıb, lakin məlum olmayan səbəbdən tikinti yarımçıq dayanıb. Bu binanın isə uzun müddət DİN sistemində rəhbər vəzifələrdə çalışan, hazırda isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin region üzrə İcra idarəsi rəisinin qardaşına məxsus olduğu bildirilir. Binanın yarımçıq qalmasına gəlincə, səbəbi bəlli deyil. Sakinlərin dediyinə görə, yarımçıq tikintinin davam etdiriləcəyi bildirilsə də, il yarımdan çoxdur əraziyə gələn yoxdur: “İndi isə bu yarımçıq tikili gözdağına çevrilib. Gördüyünüz kimi, binanı şəhərsalma və tikinti normalarını pozmaqla tikiblər. Hazırda tikilinin birinci mərtəbəsini taxta ilə örtüb anbar kimi istifadə edirlər. Deyəsən, içərisinə mebel yığıblar. Arada gözətçi gəlib tikintiyə baş çəkir”. Onu da əlavə edək ki, hər iki tikintini hansı şirkətin apardığı gizli saxlanılır. Eyni zamanda, binaların qarşısında tikinti ilə bağlı lövhənin, əlaqə telefonunun olmaması, ətraflı məlumat əldə etmək imkanımızı məhdudlaşdırdı. Binəqədi rayon İcra Hakimiyyətindən isə suallarımızı cavablandıracaq hər hansı bir vəzifəli şəxslə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, məsələ ilə əlaqədar bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. \\tezadlar.az\\    


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40 |
|
|
|
• Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35 |
|
|
|
• Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32 |
|
|
|
• Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30 |
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49 |
|
|
|
• AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45 |
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
16-08-2025, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
16-08-2025, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16-08-2025, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
16-08-2025, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
16-08-2025, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
16-08-2025, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
16-08-2025, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
16-08-2025, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
16-08-2025, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
16-08-2025, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
16-08-2025, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
16-08-2025, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
16-08-2025, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
16-08-2025, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
16-08-2025, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
16-08-2025, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
16-08-2025, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
16-08-2025, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
16-08-2025, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
16-08-2025, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
16-08-2025, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
16-08-2025, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
16-08-2025, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
16-08-2025, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
16-08-2025, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
16-08-2025, 08:39 |
|
|
|
|