HEYDƏR BABAYEV MÖVQEYİNİ NİYƏ BİLDİRMİR?
Tarix: 26-09-2013, 11:41 | Çap et
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev qarşıdan gələn prezident seçkisi ilə bağlı mövqeyini açıqlamaqdan imtina edib. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu yaxınlarda keçəmiş nazirə hökumətə yaxın şəxslərdən hakimiyyət namizədini müdafiə etməsi yönündə açıqlama ilə çıxış etmək təklifi ünvanlanıb. Amma Babayev həmin təklifi cavabsız qoyub. Bir müddət sonra həmin təklif keçmiş iqtisadi inkişaf nazirinə yenidən edilib. Bu dəfə isə Babayev Azərbaycandakı daxili proseslərə qarışmaq, bir daha siyasi fikirlər səsləndirmək istəmədiyini deyib. Xatırladaq ki, qəzetimizin keçən saylarında "Sabiq nazirlərin müəmmalı susqunluğu" başlıqla yazı dərc edilmiş və ciddi rezonans doğurmuşdu. Yazıda qeyd edilirdi ki, Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır. Həmin yazı dərc edildikdən dərhal sonra keçmiş maliyyə naziri Əvəz Ələkbərov bəyanatla çıxış etdi və qarşıdan gələn prezident seçkisində YAP-ın namizədi, hazırki ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəyini bildirdi. İndi isə daha bir neçə sabiq nazirin oktyabr seçkilərində hansı mövqedə dayandığı maraq doğurur ki, bunların da başında 2008 prezident seçkilərindən sonra gözlənilmədən görəvindən kənarlaşdırılan, biznesinin əhəmiyyətli hissəsinə əl qoyulan, bundan sonra Azərbaycanı tərk edən, ailəsi ilə birlikdə xaricdə yaşamağa və oradakı biznesini genişləndirməyə və gücləndirməyə üstünlük verən Heydər Babayev gəlir. Amma əgər mənbəmizin iddiasına inansaq, görünən budur ki, sabiq iqtisadi inkişaf naziri qarşıdan gələn seçkidə vaxtilə təmsil olunduğu komandanın namizədini dəstəkləmək istəyində deyil. Xatırladaq ki, hələ bir neçə ay əvvəl saytlardan biri Babayevin hazırki hakimiyyəti dəstəkləmək məsələsində mövqeyini öyrənməyə çalışmış və keçmiş nazir bundan dolayısı yolla yayınmışdı. Belə ki, artıq siyasətlə maraqlanmadığını deyən sabiq nazir ölkə həyatına dair heç bir məsələ barəsində danışmayacağını demişdi: "Məni nə siyasət, nə də iqtisadiyyat maraqlandırır. Mən öz işlərimlə məşğulam". Bunun ardınca "sizdən xahiş edirəm ki, nə siyasi, nə də iqtisadi məsələlərlə bağlı mənə sual ünvanlamayın" deyən sabiq nazir telefonun dəstəyini asmışdı. Elə bu da sabiq nazirin hələ də vaxtilə təmsil olunduğu iqtidar komandasından xeyli küskünlüyünün olduğunu deməyə əsas yaradır. Ola bilər ki, bunun səbəblərindən biri 5 il əvvəlki prezident seçkisindən sonra çoxlarının gözləmədiyi halda vəzifəsindən vidalaşmaq məcburiyyətində qalmasıdır. Digər səbəb postunu itirdikdən sonra Azərbaycandakı geniş biznes imkanlarının önəmli hissəsinin əlindən alınması ola bilər. Sonuncu - üçüncü səbəb kimi isə bunların hər ikisinin birlikdə sabiq iqtisadi inkişaf nazirinin qəlbini qırdığı, bu səbəbdən Azərbaycandakı daxili siyasi proseslərdə hər hansı formada iştirak etməməyə söz verməsidir. Xatırladaq ki, Heydər Babayev vəzifəsindən gedənədək olan son 11 il müddətində şəxsi biznes və karyera pilləkənləri ilə sürətlə yüksəlirdi. 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən sabiq nazir 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdı. 2005-ci il 19 oktyabrda iqtisadi inkişaf naziri təyin edilən Heydər Babayev bu görəvdə üç ildən bir qədər çox çalışa bildi və 2008-ci il 30 oktyabrda həmin postdan azad olundu. Həmin vaxtdan isə Babayevin yalnız karyera yüksəlişinin deyil, həm də şəxsi biznesinin enişə keçdiyi göz önündədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48 |
|
|
|
• Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44 |
|
|
|
• Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26 |
|
|
|
• Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06 |
|
|
|
• Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04 |
|
|
|
• Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59 |
|
|
|
• Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56 |
|
|
|
• Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54 |
|
|
|
• "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50 |
|
|
|
• Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41 |
|
|
|
• Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37 |
|
|
|
• “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32 |
|
|
|
• Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29 |
|
|
|
• "Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26 |
|
|
|
• II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20 |
|
|
|
• Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16 |
|
|
|
• İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09 |
|
|
|
• "Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04 |
|
|
|
• Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54 |
|
|
|
• “Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53 |
|
|
|
• Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49 |
|
|
|
• "17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00 |
|
|
|
• Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58 |
|
|
|
• “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56 |
|
|
|
• Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51 |
|
|
|
• Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43 |
|
|
|
• Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41 |
|
|
|
• Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38 |
|
|
|
• Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31 |
|
|
|
• Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26 |
|
|
|
• “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24 |
|
|
|
• Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15 |
|
|
|
• Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13 |
|
|
|
• Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10 |
|
|
|
• CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59 |
|
|
|
• Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54 |
|
|
|
• Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32 |
|
|
|
• “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
• Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29 |
|
|
|
• Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28 |
|
|
|
• Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25 |
|
|
|
• Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17 |
|
|
|
• Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52 |
|
|
|
|