Tiktoker “Miray” saxlanıldı .....                     Döyülən uşaqların anası yenə hamilədir... .....                     DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək .....                     “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? .....                     Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi .....                     İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu .....                     "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" .....                     “Dövlətin dəstəyi olmasa, .....                     Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz .....                     Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi .....                     “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu .....                     Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... .....                     Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar .....                     Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                 

SABİQ NAZİRLƏRİN MÜƏMMALI SUSQUNLUĞU
Tarix: 23-09-2013, 10:48 | Çap et
SABİQ NAZİRLƏRİN MÜƏMMALI SUSQUNLUĞU
Prezident seçkiləri ərəfəsində üç sabiq nazir mövqelərini açıqladılar. Əvvəlcə həbsdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyev müxalif namizəd və yaxın qohumu Cəmil Həsənliyə hörməti olduğunu desə də, cəzaçəkmə müəssisəsindən hakimiyyətin namizədini müdafiə edəcəyinə dair mesaj göndərdi.

Bir neçə gün əvvəl isə keçmiş rabitə naziri Nadir Əhmədov prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini, kimin qalib gəlməsini arzuladığını açıqlayıb. modern.az saytına danışan eks-nazir seçkilərdən böyük gözləntilərinin olduğunu deyərək, seçiminin hazırki prezident İlham Əliyev olduğunu gizlətməyib: "Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah. Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm"-deyə eks-nazir qeyd edib.
Dünən isə keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev prezident seçkilərində kimi dəstəkləyəcəyini və hansı namizədi qalib görmək istədiyinə dair açıqlama verib. Eks-nazir ölkədə dinamikanın və aparılan kursun müsbət olduğunu qiymətləndirib: "Mən indiki prezident İlham Əliyevi dəstəkləyəcəyəm. Eks-nazir olaraq ölkədə dinamikanın müsbət olduğunu deyə bilərəm. Görülən işlər və Heydər Əliyevin başladığı siyasət uğurla davam etdirilir. Əsasən də Heydər Əliyevin vaxtında qoyulan proqram yerinə yetirilir. Bütün görülən işlər bunu deməyə əsas verir ki, növbəti beş ildə də prezidentimiz İlham Əliyev olmalıdır".
Sabiq nazirlərdən yalnız hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun mövqeyi fərqlidir və o müxalifətin vahid namizədi Cəmil Həsənlinin tərəfində olduğunu bəyan edib.
Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır.
Bu mövzuda qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə prezident seçkilərinə xeyli vaxt qaldığını və bu müddətdə bir çox tanınmış sabiqlərində kimə səs verəcəkləri yönündə mövqelərinə aydınlıq gətirə biləcəklərini istisna etmədi: "Amma onu da gözardı etmək olmaz ki, bəzi sabiqlərin susqunluğunun özünəməxsus səbəblərinin ola bilməsi tamamilə mümkündür. Məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir və əgər bu deyilənlər doğrudursa, Babayevdən hər hansı mövqe ifadə edəcəyini gözləmək yersizdir. Elə sabiqlər də var ki, onlar yeni vəzifə təyinatı ümidində olduqlarını gizlətmirlər. Məsələn, bir müddət əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov belə bir istəyini eyhamlı şəkildə saytların birinə açıqlamasında dilə gətirmişdi. Ola bilər, sabiq nazir ona seçkilərdən sonra hər hansı yeni post təklif edilərsə, öz mövqeyini açıq nümayiş etdirsin".
Mənbə sabiq nazirlərdən Əli Nağıyevin hansı mövqedə olduğunun onsuz da bilindiyini və ondan xüsusi açıqlama gözləməyin yersizliyini diqqətə çatdırıb: "Əli müəllim 2006-cı ildə diplomatik fəaliyyətə başlamasına əsasən Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilmişdi. 2012-ci ilin may ayında isə diplomatik fəaliyyətinə xitam verilməsi ndən sonra YAP sıralarına yenidən qəbul olundu. Bu mənada onun mövqeyi aydındır".
Mənbəmiz qarşıdakı günlərdə yalnız sabiq nazirlərin deyil, bir çox başqa keçmiş iri məmurların seçkilərlə bağlı mövqe ifadə edəcəklərini proqnozlaşdırır: "Xüsusilə yenidən hər hansı vəzifə istəyində olanların hazırki dövlət başçısına dəstəyini dilə gətirərək indidən siyasi xal qazanmağa çalışacaqları istisna olunmamalıdır. Amma mən hesab edirəm ki, seçkilərdən sonra ölkə rəhbərliyi keçmiş və hazırki komanda üzvlərinə etimaddan daha çox, yeni kadrların önə çəkilməsinə üstünlük verəcək. Bunu YAP rəhbərliyinin, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun son bəyanatları da təsdiqləyir. Bu səbəbdən də hesab edirəm ki, sabiqlərin yeni təyinat ümidlərinin reallaşması hazırki bəzi komanda üzvlərinin seçkidən sonra da postlarını qorumaq cəhdlərinin səmərə verəcəyi qədər az ehtimal edilən bir məsələdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktoker “Miray” saxlanıldı - FOTO
Bu gün, 17:29
Döyülən uşaqların anası yenə hamilədir... - Video
Bu gün, 17:24
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Bu gün, 17:09
“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Bu gün, 17:03
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Bu gün, 16:53
İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Bu gün, 16:47
"Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Bu gün, 16:43
“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Bu gün, 16:31
Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Bu gün, 16:29
Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Bu gün, 16:25
“Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Bu gün, 16:20
Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Bu gün, 16:16
Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Bu gün, 16:11
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru