DEPUTATLARDAN HANSI SİLAH GƏZDİRİR?
Tarix: 16-01-2012, 13:33 | Çap et
“DEPUTAT ÖNCƏ SİLAHLA DAVRANMA QAYDALARINI BİLMƏLİDİR”
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Modern.az-ın məlumatına görə, Milli Məclis üzvlərinə silahın verilməsi öncə 1997-ci il dekabrın 30-da qəbul edilən В«Xidməti və mülki silah haqqındaВ» Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:
“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".
Araşdırmalar göstərir ki, ötən çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb.
Bəs dördüncü çağırış Milli Məclisin deputatlarından kimsə silah almaq istəyində olubmu?
“Milli Məclisin deputatlarından heç biri son vaxtlar xidməti silah üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib”. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına belə deyib. O, bunun səbəbini belə izah edib: “Deputatların fikrincə, bizim nazirlik də daxil olmaqla hüquq-mühafizə orqanları ölkədə asayişin qorunmasını yüksək səviyyədə təmin edirlər. Məhz bunu nəzərə alaraq deputatlar da hər bir vətəndaş kimi onların da həyatı üçün heç bir təhlükənin olmadığını düşünürlər”.
Ehsan Zahidovun sözlərinə görə, Azərbaycanda sabitliyin qorunması sahəsində hüquq-mühafizə orqanları həqiqətdə elə bir təcrübəyə malikdirlər ki, bu bütün vətəndaşların təhlükəsizliyinə tam zəmanət verirlər.
DİN rəsmisi deyib ki, deputatın statusu ilə bağlı qanunun icrasına dair nazirliyin təlimatı qəbul edilib. Əgər hansısa deputat ona xidməti silahın verilməsi üçün müraciət edərsə, mütləq araşdırma aparılır: “Bu zaman qanunvericiliyə və təlimata uyğun olaraq ölkədəki ictimai-siyasi vəziyyət, kriminogen durum nəzərə alınır. Əgər ölkədəki ictimai-siyasi vəziyyət və kriminogen durum deputatın silah gəzdirməsinə zərurət yaratmırsa, bu halda deputata xidməti silah verilmir. Bir daha bildirirəm ki, dövlətimiz və hüquq-mühafizə orqanları bütün vətəndaşların, o cümlədən, deputatların təhlükəsizliyini tam qoruyur və onların təhlükəsizliyi üçün narahatlığa heç bir əsas yoxdur”.
Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.
Millət vəkili Konstitusiyada və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda nəzərdə tutulduğu kimi yalnız həyat üçün təhlükə törədən xüsusi hallarda silahdan istifadə edə bilər.
Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Bu gün, 18:03 |
|
|
|
• Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Bu gün, 18:02 |
|
|
|
• Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Bu gün, 17:59 |
|
|
|
• Litva Rusiyaya nota verib
Bu gün, 17:58 |
|
|
|
• Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Bu gün, 17:55 |
|
|
|
• “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Bu gün, 17:53 |
|
|
|
• Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Bu gün, 17:50 |
|
|
|
• Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Bu gün, 17:46 |
|
|
|
• Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Bu gün, 17:43 |
|
|
|
• Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Bu gün, 17:28 |
|
|
|
• Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Bu gün, 17:19 |
|
|
|
• Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Bu gün, 17:16 |
|
|
|
• Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Bu gün, 17:08 |
|
|
|
• Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Bu gün, 16:53 |
|
|
|
• Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Bu gün, 16:42 |
|
|
|
• LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Bu gün, 16:38 |
|
|
|
• Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Bu gün, 16:35 |
|
|
|
• Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Bu gün, 16:27 |
|
|
|
• “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Bu gün, 16:26 |
|
|
|
• Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Bu gün, 16:23 |
|
|
|
• Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Bu gün, 16:19 |
|
|
|
• TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Bu gün, 16:04 |
|
|
|
• "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Bu gün, 15:59 |
|
|
|
• “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Bu gün, 15:48 |
|
|
|
• Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Bu gün, 15:45 |
|
|
|
• Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Bu gün, 15:41 |
|
|
|
• Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34 |
|
|
|
• Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21 |
|
|
|
• Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19 |
|
|
|
• Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08 |
|
|
|
• Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02 |
|
|
|
• “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00 |
|
|
|
• Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55 |
|
|
|
• Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52 |
|
|
|
• Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46 |
|
|
|
• Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44 |
|
|
|
• Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42 |
|
|
|
• Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33 |
|
|
|
• Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27 |
|
|
|
• Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10 |
|
|
|
• Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08 |
|
|
|
• Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06 |
|
|
|
• "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• "Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03 |
|
|
|
• Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58 |
|
|
|
• Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53 |
|
|
|
|